Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO
"Gəncədəki 3 saylı peşə litseyinin sabiq direktoru Fazil İsmayılov rəhbərlik etdiyi təhsil ocağına özünün pul xırmanı kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini biçib mənimsəyirdi". Bu ittiham Teref.az-a göndərilən müraciətdə yer alıb. Müraciət müəllifi daha sonra yazır:

"Özünün idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş...

Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü "həzm rabe"dən keçirən bu "elm adamı" nın yarıtmaz fəaliyyəti nəticəsində liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki, Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.

Onlarla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb.

Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, "sözünə baxmayan" şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.

Direktor litseyin şagirdi Ömər Həsənovun anasına telefon zəngi etdirərək Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində, direktor şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edib. Son ay üçün isə kartı tələb edib. Ana isə cavabında, oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyib, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün vaxt istəyir. Nəticədə, ana pulu verə bilmir və oğlu liseydən qovulub.

Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə "pul gücünə" təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.

Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.

Bunlardan - İsmayılov Əhliman Ruslan oğlunun;

Qasımov Murad Əbülfəz oğlunun;

Abdullayev Qurban Akif oğlunu;

Tanrıverdiyev İmran İlqar oğlunun;

Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə "kart bazarı" açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar qeyd etmək olar ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edənlər olub.

Şəkillərdə bir neçə tələbə onların təqaüd kartlarının Fazil İsmayılov tərəfindən mənimsənilməsini öz imzaları ilə təsdiq edib".

Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
1582521024_1.jpg
1582521018_2.jpg
1582521090_3.jpg
1582521098_4.jpg
1582521014_5.jpg

Bölmənin digər xəbərləri

28 Mart 2020 Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
27 Mart 2020 “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”NİN ASTARA ŞƏHƏR 6 SAYLI MƏKTƏBLƏ BAĞLI HESABATI BARƏDƏ AÇIQLAMA
27 Mart 2020 Cəlilabadda dərman qırğını - VİDEO
26 Mart 2020 Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…
26 Mart 2020 Əziz Əzizov koronovirusdan pul qazanır: Suraxanıda dezinfeksiya üçün obyektlərdən pul yığılır -VİDEO
26 Mart 2020 Ekologiya Nazirliyi Lerik, Yardımlı və Cəlilabad meşələrini məhv edir - Fotolar
26 Mart 2020 Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR? - İTTİHAM
26 Mart 2020 Tovuzda 7 milyondan çox pul ayrılan yolun axırı....- Sarıtala bələdiyyəsindəki 7 kəndin xəstəxanası və mədəniyyət evi bu gündədir FOTOFATLAR
26 Mart 2020 Tərtər sakinləri İlham Əliyevə müraciət etdilər: " Bizi bu zülmdən qurtarın.." VİDEO
26 Mart 2020 Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?
26 Mart 2020 Bələdiyyə sədrinin qatili Zakir Fərəcovun adamı olub
25 Mart 2020 Bizi Firdovsi​ Əliyevin​ zülmündən​ xilas​ edin – ŞOK GƏLIŞMƏ
25 Mart 2020 Adil Xudadatov Sumqayıtda niyə pul yığır? – Sahibkarlar şikayətçidir
24 Mart 2020 "Azərsu” üçün Hövsan sakinləri iri bir məmurun itindən-pişiyindən daha dəyərsizdir – FOTO-FAKT
24 Mart 2020 Şəmkir rayon Poliklinikasının baş həkimi rüşvət alır - ÖZÜ TƏSDİQ ETDİ (səs yazısı)
24 Mart 2020 Zakir Fərəcov, koronavirus və ...QARANQUŞ
24 Mart 2020 Sumqayıt Nəqliyyat Departamentinin biznes maraqları... - İDDİA/FOTO
23 Mart 2020 Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb... - GİLEY
23 Mart 2020 İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi
23 Mart 2020 Oqtay Şirəliyevin nəqliyyat biznesi: Ambulanslarla paytaxta sərnişin daşıyırlar – ŞOK VİDEO

Dünyapress TV

Xəbər lenti