Nazir Cəlilabada bir göz salsın... - İTTİHAM
Cəlilabadın Təhsil Şöbəsi “Yeni il” bazarı açıb. Rayonda işləyən müəllimlərdən biri Ramil Sadıqlı facebook-da yazıb ki, bayram şənliyinə görə məktəblərdə bilet satışı həyata keçirilir.

Bütün şagirdlər 2 manat ödəməklə bilet almağa məcbur edilir: “Hörmətli Cəlilabad Rayon Təhsil Şöbəsi, sizdən xahiş edirik ki, məktəblərə məcburi qaydada sırıdığınız “Yeni il” şənliyi üçün biletlərin pulunu Siz və yaxud

Sizin idarə zəhmət çəkib ödəsin. Camaatın balasının 2 manatı yoxdur ki, sizin cibinizi doldursun. Şəxsən mənə də 20 bilet verilib, uşaqlara paylamışam. Pul yığan da deyiləm, zəhmət çəkib 40 manat ödəyərsiniz”.

Müəllim bildirib ki, onsuz da təhsil şöbəsinin “qara kassası” var. Onun sözlərinə görə, şəhər 8 saylı məktəbdə 1200 uşaq oxuyur. Bu da 2400 manat edir: “İnsafınızı və tamahınızı allah kəssin!

Milletinsesi.info yazıb ki, Cəlilabadın təhsil şöbəasi müdiri Qərənfil Əhmədova gələndən öz qaydaları yeridir.

Məktəblərdə qonşu məktəblərdən əvəzçilik üzrə dərs demək üçün gələn müəllim RTŞ-yə 200 AZN, öz məktəbində bülletenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə veriləcəksə buradan RTŞ-ə 50 AZN verilməlidir.

Rayonda aparılan TİKİNTİ-ABADLIQ işlərinə aylıqdan əlavə şəhər məktəblər 200 AZN , şəhər ətrafı məktəblər 100 AZN , kənd tam orta məktəbləri 50 AZN , ümumi orta məktəblər 40 AZN ödəməyə başladılar.

Qərənfil Əhmədova RTŞ yə müdir təyin olunandan 14 saylının Cəlilabad rayon şöbəsinin baş mühasibi Zaur Əzizov önəmli rol oynamağa başlayıb.

Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan ard-arda kobud səhvlər edən Qərənfil Əhmədova növbəti dəfə də Təhsil Nazirinin verdiyi əmri pozdu.

Cəlilabad şəhər 1 nömrəli lisey məktəbin direktoru Füzuli Quliyevlə əlbir olaraq iyunda məktəbin 1-ci sinfindən – 11-ci sinfə qədər şagirdlərdən 4 manat yığmaqla SINAQ TESTİ keçirdiblər.

TŞ müdirəsinin “qanqal müşavirəsi” rayonda gülüş hədəfi olub. Təhsildəki problemlərdənsə təmizlikdən, qanqallara, alaq otlarına qarşı mübarizədən danışan müdirin çıxışı xoş qarşılanmayıb.

Qərənfil Əhmədovanın təyinatından sonra rayon təhsilin adı bir neçə dəfə qalmaqalda hallanıb. Bunlardan biri də müəllimin döyülməsi ilə bağlı idi.

Belə ki, 2 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. Yeni rəhbərliyə qarşı rayonun ən tanınmış pedaqoqu da sərt çıxış edib.

Özü də ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır.

Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.

Müəllif yazır: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib.

Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır.

Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.

Müəllif yazır:
“Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib”.

Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki “besperedel”lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb.

Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.

Qərənfil Əhmədova rayon məktəbləri ilə yanaşı, çox gəliri olan, Şabanlı, Hacıməmmədli, Abşabad, Adnalı, Calayır, Təzəkənd, Mirzəli,Cəfərli, Yedişə, Zəhmədabad, Ləkin və s. orta və tam orta təhsil ocaqlarının adı var, özü yox… Təhsil sistemi yaradaraq qazanc mənbəyinə çevirib.
XalqXeber.Az

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Əhməd Əhmədzadə: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
27 Fevral 2020 Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27 Fevral 2020 Biləsuvarın təhsil şefi haqda nazirə inanılmaz faktlar- Olmazın iş...
27 Fevral 2020 ADPU-nun Ağcabədi filialının direktoru haqda sensasion faktlar
27 Fevral 2020 Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edir
27 Fevral 2020 Şahmar İbadovun maklerləri vətəndaşa hədə qorxu gəlir..- NİYƏ? VİDEO
26 Fevral 2020 Tovuzda dövlətin pulu belə havaya sovrulub - Atəşfəşanlıq, bir paket yardım...
26 Fevral 2020 "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti- SİYAHI
26 Fevral 2020 Bakının Nizami rayonunda “yaşıl soyqırım” – Video
26 Fevral 2020 Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir?(VİDEO +QİYMƏTLƏR)
26 Fevral 2020 TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR
25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO

Dünyapress TV

Xəbər lenti