Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…




“İnsan hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə-hüquq sisteminin təkminləşdirilməsi sahəsində dövlət tərəfindən aparılan siyasət xalq tərəfindən bəyənilərək dəstəklənsə də, özünün şəxsi maraqlarını üstün tutan bir sıra hakimlər aparılan islahatların ziddinə hərəkətlərin yol verilməsindən çəkinmirlər…”

Məlum olduğu kimi, son illər ölkədə məhkəmə-hüquq sistemində bir sıra dəyişikliklərin həyata keçirilməsinə başlanılmışdır.

Xüsusilə də, 2019-cu ilin əvvəllərindən etibarən Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlara strat verilmişdir.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, məhkəmələrdə ədalətin daha yüksək səviyyədə təmin edilməsi, qanunsuz qərar və qətnamələrin çıxarılmasının qarşısının alınması, bu kimi neqativ hallarım aradan qaldırılması, şəffaflığın təmin olunması və sair nəzərdə tutulmuşdur.

Ancaq çox təəssüflər olsun ki, hələ də məhkəmə-hüquq sistemində qanunsuzluqlar, ədalətsiz qərarlar, qətnamələr qəbul edilməsi, vətəndaşların incidilməsi kimi neqativ hallar davam etməkdədir. Bəzi hakimlər hələ də öz şəxsi maraqlarını dövlətin maraqlarından, ədalət, qanunun aliliyi prinsipindən üstün tutmaqdadırlar.

Bugünlərdə Etikxeber.az-a daxil olan müraciətdə də məhz məhkəmə instansiyalarındakı bəzi qanunsuzluqlardan, orada çalışan bəzi hakimlərin qanunsuz əməllərindən bəhs edilir.

Belə ki, sahibkarlar-Xanlar Məmmədov və Elnur İsgəndərovun ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Ədliyyə naziri Fikrət Məmmədova ünvaladıqları birgə müraciətdə onların qanuni haqlarını təmin etməli olan məhkəmə orqanlarının, bəzi hakimlərin haqsız, ədalətsiz mövqeyindən və qərarından şikayət edilir, tapdanmış hüquqlarının bərpası üçün ali rəhbərlikdən kömək istənilir.

“Bir sıra hakimlər, o cumlədən, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və həmin məhkəmənin hakimi İlham Əhmədov cəmiyyətdə aparılan islahatlara zidd olaraq və ozünün şəxsi maraqlarını hakimlik vəzifəsindən üstun tutaraq, ayrı-ayrı məmurların şəxsi sifarişlərinin yerinə yetirilməsinə önəm vermiş, qeyri-qanuni qərarların qəbul edilməsinə təşəbbus ğöstərmişlər…”

Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…

Müraciətdə deyilir:

“Cənab Prezident!


Son illər ərzində sizin tərəfinizdən insan hüquq və azadliqlarının müdafiəsi, məhkəmə hüquq sisteminin təkminləşdirilməsi sahəsində bir sıra islahatlar həyata kecirirlmişdir. Qeyd olunan islahatların başlıca məqsədi olaraq qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəcilik mexanizmində nüfuzu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinini həyata kecirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yuksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırırlması nəzəzrdə tutulmuş və müsbət nəticələr əldə olunmuşdur. Qeyd olunan islahatlar Xalqimiz tərəfindən, o cümlədən də bizim tərəfimizdən sevinclə qarşılanmış və Ölkə başçısı İlham Əliyevə olan inam və ümüdlərimizin inkşafinda növbəti bir dəstəyə cevrilmişdir.

Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi ücün məqsədəyönlü işlər aparılmışdır. Şübhəsiz ki, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşakarlığı, onların mənəvi keyfiyyətləri ilə bir-başa bağlıdır. Lakin bütün bunlara baxmayaraq bir sıra hakimlər, o cumlədən, əsasən Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və həmin məhkəmənin hakimi İlham Əhmədov cəmiyyətdə aparılan islahatlara zidd olaraq və ozünün şəxsi maraqlarını hakimlik vəzifəsindən üstun tutaraq, ayrı -ayrı məmurların şəxsi sifarişlərinin yerinə yetirilməsinə daha önəm vermiş, qeyri –qanuni qərarların qəbul edilməsinə təşəbbus ğöstərmişlər.

Belə ki, Sahibkar Məmmədov Xanlar Nüsrəddin oğlu və digər sahibkar İsgəndərov Elnur Ramiz oğlu ilə “Standart Lizinq” MMC və “Yuqo Holdinq ” MMC arasinda müxtəlif vaxtlarda, üçtərəfli Alqı-satqı müqavilələrinə və Daxili Maliyyə Lizinq müqavilələrinə əsasən 20 ədəd yuk nəqliyyat vasitələrini “Standart Lizinq” MMC öz şəxsi vəsaiti hesabına “Yuqo Holdinq ” MMC -dən almalı və Sahibkar Məmmədov Xanlar Nüsrəddin oğluna və digər sahibkar İsgəndərov Elnur Ramiz oğluna təhvil verilməli idi.

Bütün bunların müqabilində 20 ədəd yuk nəqliyyat vasitələrinə görə “Standart Lizinq” MMC-nin guya bizim ücün ayirdiqları kreditin ümumi məbəği olaraq 860 250 (cəkkiz yüz altımış min iki yüz əlli) AZN əsas məbləğ və 264 638 (iki yüz altmış dörd min altı yüz otuz cəkkiz) AZN 3 illik faiz məbəği, cəmi 1 124 888 ( Bir milyon bir yüz iyirmi dörd min səkkiz yüz səksən səkkiz) AZN ödənməli idi.

Bunun müqabilində “Standart Lizinq” MMC- nin göstərişinə əsasən hələ ayrı-ayrı müqavilələr bağlanmamışdan 5-10 gün əvvəl satıcı olan “Yuqo Holdinq ” MMC-yə maşınların dəyərinin 60-70 faizi qədər əvvəlcədən avans olaraq, cəmi maşınların dəyəri olan 865000 AZN- nin 60%- dən artıq 528000 AZN avans olaraq pul ödəmişik və 12.12.2014 –cu il tarixinə 521 900 AZN “Standart Lizinq” MMC –yə ödənilmişdir.

Bundan əlavə bizə verilmiş 20 ədəd yuk nəqliyyat vasitələrindən 6 ədədi “Standart Lizinq” MMC tərəfindən qaçırılmışdır.

İş üzrə məhkəmə zamanı iki dəfə nəqliyyat vasitələrinin qiymətləndirmə ekspertizaları kecirilmiş və ekspertizanın 05.09.2016- cı il tarixli rəyində hər maşın 53 000 AZN, 03.10.2018- ci il tarixli rəyində 63 000 AZN qiymətləndirilmişdir. Orta hesabla hər maşın ücün 57 000 AZN hesablanarsa “Standart Lizinq” MMC- yə qaytarılan 6 ədəd nəqliyyat vasitəsinin dəyəri 342 000 (üc yuz qirx iki min ) AZN təşkil edir.

Yuxarida qeyd olunan toplam məbləği nəzərdən kecirdikdə müəyyən olunur ki, 1 124 888 ( Bir milyon bir yüz iyirmi dörd min səkkiz yüz səksən səkkiz) AZN məbğin əvəzində bizdən 1 386 980 AZN, yəni 262 092( iki yüz altmış iki min doxsan iki) AZN əlavə pul alınmışdır”.

“384 730 manat məbləğin qaytarılmasını təsdiq edən məxaric qəbzlərinin əsilləri cavabdeh “Yuqo Holdinq” MMC-dən tələb olunsa da, məhkəmə qərəzli surətdə bunları tələb etməmişdir…”

Müraciətdə sonra qeyd olunur ki, bütün qeyd olunan məbləğlər iş üzrə sübuta yetirilmişdir və Ali Məhkəmənin Qərarında da öz təsdiqini tapmasına baxmayaraq, işə baxan Apellyasiya Məhkəməsinin hakimi İ. Əhmədov qərəzli olaraq bu sübutları nəzərə almamış, Ali Məhkəmənin göstərişlərini yerinə yetirməmişdir. Əksinə kənardan olunan tapşırıqlar əsasında işə baxan məhkəmə qarşı tərəfin subutlara deyil, heç bir sübutu olmayan dəlillərə ustunluk vermişdir:

“Belə ki, “Standart Lizinq” MMC yük-nəqliyyat vasitələrinin əldə olunması üçün zəruri olan vəsaitin üçtərəfli Alqı-satqı müqaviləsinə əsasən alıcı qismində çıxış edən” Satnart Lizinq” MMC tərəfindən satıçı “Yuqo Holdinq” MMC-yə ödənildiyini bildirmişlər. Eyni zamanda, müxtəlif tarixlərdə bağlanmış üçtərəfli Alqı-satqı müqavilələrinin 2.2-ci maddəsinə əsasən Alıcı (“Standart Lizinq” MMC) bu müqavilə üzrə əmlakın 100 faiz dəyərini müqavilə bağlandığı tarixdən 10 (on) iş günü ərzində Satıcının hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür.

Qey olunanları nəzərə alaraq tərəfimizdən o2.07.2012-ci il tarixli № AS 231 saylı Alqı-satqı müqaviləsi üzrə 09.07.2012-ci il tarixli № AS saylı 237 Alqı-satqı müqaviləsi üzrə, 26.09.2012-ci il tarixli № AS 290 saylı Alqı-satqı müqaviləsi üzrə, 01.11.2012-ci il tarixli № AS 302 saylı Alqı-satqı müqaviləsi üzrə, 04.02.2013-cü il tarixli № AS 326 saylı Alqı-satqı müqaviləsi üzrə Alıcı “Stanardt Lizinq” MMC satıcı “Yuqo Holdinq” MMC-yə ödənilmiş pul məbləğləri barəsində rəsmi sənədləri (ödəniş tapşırıqları və s.) cavabdeh “Standart Lizinq” MMC-dən tələb etsək də, məhkəmə bilərəkdən buna əhəmiyyət verməmişdir.

Belə məlum olur ki, “Standart Lizinq” MMC yük maşınlarının alınması üçün “Yuqo Holdinq ” MMC-yə pul ödəməmiş, bizim tərəfimizdən “Yuqo Holdinq ” MMC-yə, “Standart Lizinq” MMC-nin göstərişinə əsasən avans olaraq ödədiyimiz pulun müqabilində yük maşınlarını satıcı“Yuqo Holdinq ” MMC-dən almış, bizə yenidən lizinq yolu ilə satış etmişdir.

Eyni zamanda, cavabdeh tərəf olan “Yuqo Holdinq” MMC 523 080 AZN-nin ilkin ödəniş kimi onlar tərəfindən 384 730 manat məbləğinin bizə qaytarıldığını bildirmişlər. Bununla əlaqədar, 384 730 manat məbləğin bizə qaytarılmasını təsdiq edən məxaric qəbzlərinin əsilləri cavabdeh “Yuqo Holdinq” MMC-dən tələb olunsa da, məhkəmə qərəzli surətdə bunları tələb etməmişdir. Bununla yanaşı bilbirmək istəyirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı ilə hazırkı iş üzrə araşdırma aparan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən bir sıra nöqsanların olduğu və ziddiyyətli məqamlara yol verildiyi göstərilərək, bildirilmişdir ki, işə yenidən baxlarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalıdır.

Belə ki, Ali Məhkəmənin qərarında göstərilən, “İddiaçıların kassasiya şikayəti tam təmin olunmalıdır”, qərarına heç bir əhəmiyyət verilməmişdir. Eyni zamanda, iş materiallarına əsasən iddiaçılar tərəfindən “Maşınların alınması üçün satıcıya avans olaraq ödənilmiş 528 000 manat pulun Lizinq ödənişlərinə aid edilməli olması barədə” qərarına, “İddiaçılar tərəfindən “Standart Lizinq” ММC- yə 660250 manat ödəniş edildiyi halda dəyəri tam ödənilmiş Lizinq obyektlərinin iddiaçıların mülkiyyətinə verilməlidir” qərarına, “İş üzrə təyin edilmiş iddiaçıların “Standart Lizinq” MMC–yə borc barədə və qiymətləndirilməsi barədə təkrarən 2 dəfə ekspert rəyləri verilmiş, MPM- nin 88- ci və 103- cü maddələrinə əsasən düzgün qiymətləndirmə təmin edilməlidir” qərarına da əhəmiyyət verməmişdir”.

“Bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır…”

Müraciətdə qeyni zamanda qeyd edilir ki, ümumiyyətlə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır:

“Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktından işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla da işə baxan məhkəmə çox qərəzli, dövlətin, onun qanunlarına zidd olan qeyri-qanuni qətnamə qəbul etməklə faktiki olaraq, özünün şəxsi maraqları çərçivəsində dövlətə, onun büdcəsinə xələ gətirmək istəyən bir şəxsə-iddiaçıya dəstək vermiş, onun iddasını təmin etmişdir”.

“İlham Əhmədov barəsində xüsusi qərardad çıxarılsın”

Müraciət müəllifləri sonda bunları xahiş edirlər:

“Cənab Prezident !

Təəsüflər olsun ki, insan hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə-hüquq sisteminin təkminləşdirilməsi sahəsində dövlət tərəfindən aparılan siyasət xalq tərəfindən bəyənilərək dəstəklənsə də, özünün şəxsi maraqlarını üstün tutan bir sıra hakimlər aparılan islahatların ziddinə hərəkətlərin yol verilməsindən belə çəkinməmişlər.
Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…

Cənab Prezident!


Sizə müracit etməklə Xahiş edirik ki, qanunun aliliyinin təmantçısı kimi haqqın, ədalətin bərpa olunmasına köməklik edəsiniz və mübahisəli işə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun baxılmasını Azərbaycan Respublikası Ali Məhkəməsindən tələb etməklə qanunun aliliyinin təmin edilməsinə, MPM-nin 421.2- ci maddəsinə əsasən işə baxan hakim İlham Əhmədov barəsində xüsusi qərardad çıxarılmasına göstəriş verəsiniz”.

Etikxeber.az

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Əhməd Əhmədzadə: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
27 Fevral 2020 Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27 Fevral 2020 Biləsuvarın təhsil şefi haqda nazirə inanılmaz faktlar- Olmazın iş...
27 Fevral 2020 ADPU-nun Ağcabədi filialının direktoru haqda sensasion faktlar
27 Fevral 2020 Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edir
27 Fevral 2020 Şahmar İbadovun maklerləri vətəndaşa hədə qorxu gəlir..- NİYƏ? VİDEO
26 Fevral 2020 Tovuzda dövlətin pulu belə havaya sovrulub - Atəşfəşanlıq, bir paket yardım...
26 Fevral 2020 "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti- SİYAHI
26 Fevral 2020 Bakının Nizami rayonunda “yaşıl soyqırım” – Video
26 Fevral 2020 Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir?(VİDEO +QİYMƏTLƏR)
26 Fevral 2020 TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR
25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO

Dünyapress TV

Xəbər lenti