Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO


"Lakin məhkəmə dəymiş ziyanın ödənilməsinə görə, baxılması üçün ilk növbədə mal sahibin izahatı da tələb olunur ki,həqiqətən malın sahibi odur"

İxa.az Bolgexeber.com-a istinadən xəbər verir ki, oktyabrın 26-da axşam saat 21:30-da Ələt -Astara magistral yolunun 84-cü kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hissəsində Mirzəyev Rizvan Əli oglunun idarə etdiyi “Mercedes” markalı (furqon tipli) 99- GK -892 dövlət nömrə nişanlı avtomobil qəfil önünə çıxan iribuynuzlu heyvana-camışa dəyib.



Qəza nəticəsində avtomobilə 1480 manat miqdarında ziyan dəyib. Rizvan Mirzəyev qeyd edir ki, iribuynuzlu heyvanın keçdiyi yer mal-qaranın keçməsi üçün qadağan olunmuş ərazidir.Yolun kənarında isə əkin sahələri var .

Rizvan Mirzəyevin bildirdiyinə görə Biləsuvar Rayon Polis Şöbəsi baş vermiş hadisəni düzgün araşdırmayaraq və avtomobil sahibini ziyana düşüməsinə zəmin yaratmışdır .Hadisənin üstündən 3 ay keçməsinə baxmayaraq məsələ hələdə öz ədalətli həllini tapmayıb.

Bu səbəbdən Rizvan Mirzəyev məsələ ilə bağlı mətbuat vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək ondan kömək istəyir:

“Hörmətli nazir!

Baş Dövlət Yol Polis İdarəsinin 9-cu tağımında inspektor işləyən Şamo Möhlətov məsələyə qeyri-obyektib yanaşıb.Hadisədən sonra xeyli vaxt keçməsinə baxmayaraq Şamo Möhlətov tərtib etdiyi protokolu məhkəməyə göndərməyib ,məsələni uzadıb.

Mənə dəymiş ziyanın mal-qara sahibi tərəfindən ödənilməsi üçün protokolun məhkəməyə niyə gec göndəriməsini ondan soruşduqda Şamo Möhlətov cavabında dedi ki”get hara istəyirsən şikayət edirsən et!”.

Lakin məhkəmə dəymiş ziyanın ödənilməsi üçün məsələyə baxılması üçün ilk növbədə mal sahibin izahatı da tələb olunur ki,həqiqətən malın sahibi odur. Malın sahibinin Neftçala rayonu,Qaçaqkənd sakini Məmmədov Polad Zülfiqar olması müəyyən edilsə də, o bunu inkar edib.Lakin qəribədir ki,mal sahibinin adına protokol tərtib olunsa da ondan izahat alınmayıb ki,bu da çox şübhəlidir.Əgər mal həmin adama məxsus deyilsə onda niyə onun adına ümumiyyətlə protokol tərtib olunur?!



Qanuna görə bu cür hadisələr zamanı vurlmuş mal-qara ərazi nümayəndəsinə,ya da sahə müvəkkilinə təhvil verilməli idi.Lakin bu edilməyib.

Şamo əraziyə baxan Nicat adlı sahə müvəkkilinə zəng edib.Sonradan mənə məlum oldu ki,sahə müvəkkili mal sahibinin tanışı olduğuna görə bu məsələ bilərəkdən yubadılıb ki,malın sahibi dəymiş ziyanı ödəməkdən yayınsın.

Butün bunlar da onu deməyə əsas verir ki,bu məsələdə adlarını sadaladığm şəxslər bir-biri ilə əlbir olub belə qərəzli qərar verməklə mənə dəymiş 1480 manat ziyanı ödəməməyə çalışırlar.

Biləsuvar RPŞ-nin TQ-nun baş təhqiqatçısının qərarına görə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanılmasından imtina edilib.

Qərarda göstərilir ki, maddi ziyan vuran bir baş camışın sahibini guya müəyyən etmək mümkün olmamışdır və camışın sahibin müəyyən olunması üçün qərarın surəti RPŞ-nin CAB-na göndərilib.

Hörmətli nazir! Bir daha sizdən xahiş edirəm bu işin obyektiv araşdırılmasına və mənə dəymiş ziyanın mal sahibi tərəfindən ödənilməsinə yardımçı olasınız.

Hörmətlə , Mirzəyev Rizvan Əli oglu"



Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
 

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Əhməd Əhmədzadə: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
27 Fevral 2020 Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27 Fevral 2020 Biləsuvarın təhsil şefi haqda nazirə inanılmaz faktlar- Olmazın iş...
27 Fevral 2020 ADPU-nun Ağcabədi filialının direktoru haqda sensasion faktlar
27 Fevral 2020 Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edir
27 Fevral 2020 Şahmar İbadovun maklerləri vətəndaşa hədə qorxu gəlir..- NİYƏ? VİDEO
26 Fevral 2020 Tovuzda dövlətin pulu belə havaya sovrulub - Atəşfəşanlıq, bir paket yardım...
26 Fevral 2020 "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti- SİYAHI
26 Fevral 2020 Bakının Nizami rayonunda “yaşıl soyqırım” – Video
26 Fevral 2020 Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir?(VİDEO +QİYMƏTLƏR)
26 Fevral 2020 TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR
25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO

Dünyapress TV

Xəbər lenti