Qəbələdə tibbi sığorta biabırçılığı
AzToday.az saytında dərc edilən Qəbələ səhiyyəsində baş verən qanunsuzluqlar barədə şikayəti Teref.az olaaq bəzi ixtisarlarla təqdim edirik:
2020-ci ilin 1 yanvar tarixindən başlayaraq ölkəmizdə “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikasının Qanunun tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqinə başlanılmış 20 rayondan biri də Qəbələdir. Amma Qəbələdə baş verənlər onu göstərir ki, bu işə məsul olan şəxslər icbari tibbi sığorta ilə bağlı maxinasiyalar həyata keçirərək, bu sosial layihənin effektlivliyini aşağı salmağa çalışır və rayon sakinlərini yeni sistemdən narazı qalmasına nail olmaq istəyirlər.

Rayon sakinlərindən aldığımız məlumata görə, rayon xəstəxanasının baş həkimi Fikrət Cəfərov və rayonda icbari sığortaya rəhbərlik edən Sabir adlı şəxs rayonun bütün kənd və qəsəbələrində fəaliyyət göstərən tibb müəsisələrində çalışan işçilərin gününü qara edib. Belə ki, Fikrət Cəfərov həmin işçiləri heç bir səbəb olmadan rayonun mərkəzi xəstəxanasına gətirib, orda işləməyə məcbur edir. Məqsəd uzaq kəndlərdən olan işçiləri işdən çıxarmağa nail olmaqdır. Yəni, əksər işçilərin qadın olan tibb işçilərini rayon xəstəxanasına gətirib, onları həkimlər vasitəsi ilə təhqir etdirir. Bu təhqirlərə və evlərindən uzaq məsafədə yerləşən rayon xəstəxanasında işləmək istəməyən işçiləri işdən çıxararq onların yerinə yeni işçilər götürülməkdədir. Hər bir yeni tibb işçinin işə qəbulu üçün yüksək məbləğdə rüşvət istənilir. Konkret desək hazırda Qəbələnin tibb müəsisələrində işə qəbulla bağlı alver gedir.

Halbuki uzun illər öz kənd və qəsəbələrində çalışan işçilərin bu yolla işdən uzaqlaşdırmaq cəhdləri ilə bağlı narazılıqlar da artıb. Rayon Səhiyyə Şöbəsinin rəhbərliyi isə narazı qalıb şikayət edən işçiləri yenidən əvvəlki iş yerinə bərpa edir. Təki şikayət olmasın. Amma şikayət etməyən işçilər isə işdən uzaqlaşdırılır.

Məlumatda deyilir ki, rayonun təcili tibbi yardımi ilə əsl biabirçılıq yaşanır. Maşınların heç birinə yanacaq verilmir. Təcili yardim işçilərindən xəstələrdənm pul almaq tələb olunur.
Rayon xəstəxanasında baş həkim olan zaman xəstəxananın arxivini 2 dəfə yandırmaqda da ittiham olunur. Sabiq Əli oğlunun Qəbələdə, Bakıda və Türkiyədə bahalı imarətlərə sahib olduğu da deyilir…

İbad Manafov
.aztoday.az/

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Əhməd Əhmədzadə: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
27 Fevral 2020 Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27 Fevral 2020 Biləsuvarın təhsil şefi haqda nazirə inanılmaz faktlar- Olmazın iş...
27 Fevral 2020 ADPU-nun Ağcabədi filialının direktoru haqda sensasion faktlar
27 Fevral 2020 Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edir
27 Fevral 2020 Şahmar İbadovun maklerləri vətəndaşa hədə qorxu gəlir..- NİYƏ? VİDEO
26 Fevral 2020 Tovuzda dövlətin pulu belə havaya sovrulub - Atəşfəşanlıq, bir paket yardım...
26 Fevral 2020 "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti- SİYAHI
26 Fevral 2020 Bakının Nizami rayonunda “yaşıl soyqırım” – Video
26 Fevral 2020 Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir?(VİDEO +QİYMƏTLƏR)
26 Fevral 2020 TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR
25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO

Dünyapress TV

Xəbər lenti