5 yaşlı qızını itirən ata fəryad edir: "Qızım həkim səhlənkarlığının qurbanı oldu" - FOTO
Azərbaycanda daha bir körpə xəstəxanada dünyasını dəyişib.
Bu barədə Bakı sakini, 1990-cı il təvəllüdlü Ceyhun Məmmədov BAKU.WS-ə şikayətində bildirib.

O, bildirib ki, qızı, 2014-cü il 20 sentyabr təvəllüdlü Füruzə Məmmədova yanvarın 13-də günorta saatlarında A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında dünyasını dəyişib.

Ceyhun bildirib ki, qızını ağır vəziyyətdə gecə saatlarında xəstəxanaya aparıblar. Xəstəxanaya daxil olarkən uşağın vəziyyəti ağır olub. Xəstəxananın Könül adlı növbətçi həkimi valideynlərə bildirib ki, Füruzənin halı olduqca pisdir. Ailə hər şeyə hazır olmalıdır.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-01_1579104715_2.jpg

C.Məmmədov deyir ki, qızı həkim səhlənkarlığının qurbanı olub.

O, bildirib ki, qızını Tibb Universitetinin Klinikası və "New med" tibb klinikasında çalışan Nəzakət adlı həkim müalicə edib.

Ata iddia edir ki, həkimin düzgün aparmaqdığı müalicə xəstədə əks göstərişə səbəb olub.

“Nəzakət xanım Füruzənin 2 aylığından həkimi olub. Biz getdik yanına, dedi ki, uşaqda heç nə yoxdur. Yanvarın 7-də onu "New med" tibb klinikasına apardıq.

Uşağı müayinə etdi, sonra bizi göndərdi Tibb Universitetinin Klinikasına. Uşağa günorta növbəsində sistem vuruldu. Əslində isə ona sistem vurulmamalıydı.

Uşağım həkimin səhlənkarlığdan öldü. Ona dedik ki, rentgenə salaq, dedi ehtiyac yoxdur.

Dedi ki, qrip belə davam edir. Uşağı ölümcül vəziyyətdə xəstəxanaya aparmışıq. A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında uşağın vəziyyətini ağır qiymətləndirdilər.

Lakin Nəzakət xanım deyirdi ki, qrip virusudur, düzələcək”, - deyə Ceyhun Məmmədov bildirib.

Qeyd edək ki, Füruzə Məmmədov xəstəxanaya aparılarkən oksigen 75-dən yuxarı qalxmırmış. Həkimlərin səyinə baxmayaraq, uşağın vəziyyətini düzəldə bilməyiblər.

Səhlənkarlıqda ittiham olunan Nəzakət xanımla əlaqə saxladıq. Həkim BAKU.WS-ə bildirdi ki, uşaqların ölümündə valideynlərinin də səhlənkarlığı az deyil.

“Onların ağrı-acısı böyük olduğu üçün danışqlarını bilmirlər. Burada valideyn məsuliyyətsizliyi də rol oynayır. Bundan artıq nəsə demək istəmirəm.

Məsələ ilə əlaqədar Füruzənin dünyasını dəyişən xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Azər Xudiyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaq xəstəxanaya gətirilərkən halı çox pis olub.

“20 sentyabr 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci il tarixində saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına gətirilib.

Ona plevropnevmoniya, ikincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb.

Ağciyərlər süni ventilyasiya aparatına qoşulub.

Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə dünyasını dəyişib”, - deyə Azər Xudiyev bildirib.

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Əhməd Əhmədzadə: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
27 Fevral 2020 Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27 Fevral 2020 Biləsuvarın təhsil şefi haqda nazirə inanılmaz faktlar- Olmazın iş...
27 Fevral 2020 ADPU-nun Ağcabədi filialının direktoru haqda sensasion faktlar
27 Fevral 2020 Millət vəkilinin qardaşı tərəfindən aldadılan vətəndaş yenidən I vitse-prezidentə müraciət edir
27 Fevral 2020 Şahmar İbadovun maklerləri vətəndaşa hədə qorxu gəlir..- NİYƏ? VİDEO
26 Fevral 2020 Tovuzda dövlətin pulu belə havaya sovrulub - Atəşfəşanlıq, bir paket yardım...
26 Fevral 2020 "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti- SİYAHI
26 Fevral 2020 Bakının Nizami rayonunda “yaşıl soyqırım” – Video
26 Fevral 2020 Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir?(VİDEO +QİYMƏTLƏR)
26 Fevral 2020 TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR
25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO

Dünyapress TV

Xəbər lenti