Füzulidə yeni korrupsioner şəbəkə
Bu yaxınlarda “İcra başçısı Füzulidə iğtişaş yetişdirib” başlıqlı məqalə dərc etmişdik. Məqalədə rayonda bir təyinatla bağlı Füzuli RİH başçısı Alı Alıyevin əleyhinə etiraz aksiyasının keçirilməsi videogörüntülərlə təqdim edilmişdi. Belə ki, bu yaxınlarda Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədovun hədə qorxu yolu ilə zorla ərizəsi alınaraq işdən kənarlaşdırılmışdı. Onun yerinə isə Alı Alıyev Füzuli rayon səhiyyəsini bərbad etmiş baş həkim Natiq Şükürovun qardaşı oğlu olan Şaiq Şükürovu qanunsuz olaraq təyin etdirmişdi. C. Məmmədov bu qanunsuz təyinata tabe olmayaraq hələ ki, möhürü təhvil verməyib məhkəməyə müraciət etmişdi. Yeni təyinatdan narazı olan səhiyyə işçiləri də bu təyinata qarşı çıxaraq aksiya da keçirmişdilər.

Aktualxeber.az-a bu təyinatın əslində niyə baş tutduğu barədə yeni məlumatlar daxil olub. Belə ki, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı ilk gündən, adı çəkilən səhiyyə müəssisəsində baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlunun, təqribən oktyabrın ortalarında heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması zamanı müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymayıb. Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür. Belə bir təyinatın verilməsinə qəti etirazlarını ifadə edən əməkdaşlar bildirirlər ki, “Cümşüd Məmmədov baş həkim olarkən neçə-neçə imkansız şəxsləri öz vəsaiti hesabına əməliyyat etdirib, müəssisədə çalışan şəxslərin hər birinə dayaq olub, son vaxtlar isə, “Fizuli Futbol Komandası”nı maliyyələşdirirdi. Bu şəxs iki ay idi ki, Fizuli RİH-nin başçısı Alı Alıyevə “haqq-hesab” çatdıra bilmədiyindən, o, C.Məmmədovun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildi”. İddialara görə sabiq baş həkim hər ay icra başçısına 2 (iki) min manat “haqq-hesab” verirmiş.

Yaşanan olaylarla bağlı belə bir iddialar da səslənir ki, Diaqnostika Mərkəzinə yeni baş həkim təyin olunan Şaiq Şükürov, hər ay icra başçısına 5 (beş) min manat “haqq-hesab” verəcəyi haqda üzərinə öhdəlik götürdüyündən, RİH-nin başçısı bu yöndə addımını atır. Belə ki, 11 oktyabr 2019-cu il tarixdə, saat təqribən 10:30-da adı çəkilən səhiyyə müəssisəsində çalışan kollektiv üzvlərindən çoxu, verilmiş təyinata etiraz əlaməti olaraq Diaqnostika Mərkəzinin önünə çıxıb öz iradələrini ortaya qoydular, o halda ərazini polis əməkdaşları sanki “üzük qaşıtək” mühasirəyə aldılar.

Əldə etdiyimiz bəzi məlumatlara görə, Diaqnostika Mərkəzinə yeni təyin olunan baş həkimi kollektiv üzvlərinə Səhiyyə Nazirliyinin Anar adlı əməkdaşı və Fizuli Rayon Polis Şöbəsinin rəis müavini İsa müllim təqdim ediblər. İddialara görə Şaiq Şükürovla bağlı təyinatın verilməsi məsələsini, adı çəkilən şəxsin əmisi, hansı ki, hal-hazırda Fizuli MRX-da baş həkim vəzifəsini daşıyan Natiq Şükürov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə adlı şəxslə həll edib. Belə bir olayların varlığı onu göstərir ki, MRX-nın baş həkimi RİH-nin başçısı ilə əlbir olub müəyyən addımlarını atdığından, hər iki şəxsin işbirliyi rayonda korrupsiya hallarının “çiçəklənməsinə” yollar açır. Füzulidə yeni korrupsioner şəbəkənin yaradılması icra başçısı Alı Alıyevə yeni qazanclar gətirdiyindən özü buna şərait yaratmışdır.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Bölmənin digər xəbərləri

07 Dekabr 2019 "Oksigen"də əməliyyat olundu, sonu faciə ilə bitdi - İTTİHAM
07 Dekabr 2019 Füzuli rayonunun məktəbəqədər müəsissələrində saxta diplomlular - Növbə onlara da çatacaq
06 Dekabr 2019 Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA
06 Dekabr 2019 Bərdədə bu təhsil ocağında bazar açıblar
06 Dekabr 2019 Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM
06 Dekabr 2019 Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA
06 Dekabr 2019 Land Cruiser sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - VİDEO
06 Dekabr 2019 “Həkim 200 manat artıq qazanmaqdan ötrü qızımı öldürdü”
05 Dekabr 2019 İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA
05 Dekabr 2019 Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...
05 Dekabr 2019 Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT
05 Dekabr 2019 Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…
05 Dekabr 2019 Abşeronda torpaqları kim satır? - Gerçək bir xaosun izi ilə - araşdırma
04 Dekabr 2019 Cavid Qurbanovun bu dələduzluqdan xəbəri varmı?-"...yoxsul, ac vəziyyətdəyik"
04 Dekabr 2019 SİYAHIYAALMA QALMAQALI: ŞƏMKİRDƏ MƏMUR ONLARLA SAYICININ MAAŞ KARTLARINI ƏLİNDƏN ALDI - “VAZEH MEHDİYEV ÜSTÜMƏ ADAM GÖNDƏRDİ, HƏDƏ-QORXU GƏLDİ...”
04 Dekabr 2019 Başçının keçmiş müavini indi də qəsəbə sakinlərini bezdirib... - GİLEY
04 Dekabr 2019 GDU-da rektorun rüşvət piramidası
04 Dekabr 2019 Kollec direktorundan dəbdəbəli toy: onu Qüdrət Şükürov taleyi gözləyir...
04 Dekabr 2019 "Qardaşım polislərin verdiyi işgəncədən dünyasını dəyişdi..." - Müəmmalı ölümlə bağlı sensasion iddia (FOTOLAR)
04 Dekabr 2019 Şair Alxasovdan prezidentə şikayət olundu - Müraciət...

Dünyapress TV

Xəbər lenti