Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib?  7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı
Səhiyyə müəssisələrinin “piştaxta bazarı”na çevrilməsi, az qala adi sidik-qan analizi verməyə xaricə üz tutulması bu günün mövzusu deyil. Bu “bazar”da poliklinikaların özəl özbaşınalıq, korrupsiya payı lap çoxdandandan gündəmdədir. Faktiki olaraq poliklinikaların ayrı-ayrı məqsədlər üçün ödənişli arayış verməkdən özgə bir funksiyası da yoxdur . Ödənişin məbləği isə 5 manatdan 5 min manata kimi dəyişir. Bəli, ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Mərkəzinə (TSEK) əlilliyin müəyyən edilməsinə “forma -88” arayışının göndərilməsi bəzən 5 min manatdan da baha başa gəlir. ..

7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın 3 ildir ağır ürək-tənəffüs çatmazlığı, şəkərli diabet ,vərəm xəstəsi olan yataq xəstəsinin (Bədəlov Zahid Xanmalı oğlu ) arayışını ƏƏSMN yanında TSEK-ə göndərməkdən imtinasına Ombudsmandan tutmuş bütün dövlət qurumları, hüquq mühafizə orqanları və 4-cü hakimiyyət-media reaksiya verib. Di gəl, hələ də xəstənin sənədləri ƏƏSMN -ə göndərilmir. Baş həkim Ombudsmana, dayısının evində 30 ildir qeydiyyatda olan xəstənin “ qonaq “ kimi poliklinikada uçota götürüldüyü, Xətai prokurorluğuna yataqdan arayış almağa gəlmədiyi nağılını uydurub və hər iki qurumu nağılına necə inandırıbsa, hələ də tibb müəssisəsinin həkimin uçotunda olan xəstəyə xidmətdən imtinasına hüquqi qiymət verilməsi bir yana, heç “forma -88” -in ƏƏSMN -ə göndərilməsi də təmin olunmur! (?). Onu da vurğulayaq ki, Səhiyyə Nazirliyinin özü bir neçə dəfə müvafiq tibbi rəy hazırlayıb Bakı Baş Səhiyyə İdarəsiniə (BBSİ) xəstənin sənədlərini ƏƏSMN -ə göndərməyə göstəriş versə də, BBSİ rəisi Nelli Veysova və 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova rəhbərliyin göstərişlərini heçə sayıblar.

Bu günlərdə 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın “forma-88” üzrə “ daha bir özbaşınalığı üzə çıxıb. 1992-ci ildən 1999-cu ilə kimi 7 il hərbi xidmət əlili olan İlham Ağa-Hüseyn oğlu Ağayevin əlilliyinin bərpası üçün bu ilin iyulunda və sentyabrında iki dəfə 88 saylı arayış ƏƏSMN yanında TSEK-ə göndərilsə də , heç bir əsas olmadan imtina edilib ki, xəstənin müalicəyə ehtiyacı var. Qohumlarının köməyi ilə ƏƏSMN yanında TSEK-ə aparılan xəstənin əyani ekspertizası ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verdiyindən, 3-cü dəfə poliklinikadan göndəriş verilməsinin vacibliyini vurğulayıblar. Di gəl, 3 aydır baş həkim Şəlalə Səfərova “daş atıb , başını tutur” ki, Səhiyyə Nazirliyi ,şəxsən nazir Oqtay Şirəliyev 3-cü dəfə “forma-88” arayışının verilməsini qadağan edib! ? Nə ƏƏSMN -in tövsiyəsini, nə xəstənin ağır durumunu vecinə alan baş həkim Şəlalə Səfərovanı , görəsən, özbaşınalıqdan kim, hansı hipokrit sığortalayıb? 7 il hərbi xidmət əlili olan İlham Ağayev 1999-cu ildə dolanışıq ucbatından Rusiyada yaşayan qardaşımın yanına gedib və gəlib -qayıtmaq olduqca böyük xərc tələb etdiyindən növbəti 3 ilin “əlillik testi”ndən keçməməsi nədəni ilə əlilliyi ləğv olunub. İndi isə ƏƏSMN yanında TSEK əlilliyi bərpa etməkdə problem olmadığını bildirib, di gəl yeganə problem 7 saylı poliklinika və baş həkimi Şəlalə Səfərovanın özbaşınalığındadır. Ağır qapalı kəllə-beyin travması, asteno-nevrotik sindrom, tez-tez (8-9 dəfə ) təkrarlanan generalizə olunmuş tonik -klonik epileptiform -ürəkgetmə tutmaları , astenik labil ensefalopatiya.... Diaqnozun özü elə vərəqin yarısını tutur və NK-nın “Əlilliyin müəyyən edilməsi meyarlarına dair” Əsasnaməsinin tələbinə uyğun olaraq hətta 1-ci dərəcəli əlillik təyin edilməsi üçün əsasdır.

Tibb və sosial ekspertiza həkim-ekspertləri nə NK qərarını tanıyır , nə də əsasnamə. Tanınan arayışa görə alınan qanunsuz ödənişdir. O da hamıya nəsib olmur. Ödəniş ala bilməyən həkim-ekspertlər nazirdən tutmuş baş nazirə kimi “forma -88” verilməsinə qadağa qoymalarınaa əsaslanırlar.

Görəsən, “qadağa (əsasnaməsi)” haçağ götürüləcək?

Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1574061299_mg-20191117-wa0004.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1574061284_mg-20191117-wa0008.jpg

Bölmənin digər xəbərləri

11 İyul 2020 Rəis Müavini, Yoxsa Reket?! – Gəncə Sakinləri Narahatdırlar
11 İyul 2020 LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi - Vilayət Eyvazova və Kamran Əliyevə müraciət
11 İyul 2020 Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib – VİDEOREPORTAJ
11 İyul 2020 Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir
11 İyul 2020 Göygöldə Yezid peyda olub: “7 aydır su üzünə həsrətik” (VİDEO)
11 İyul 2020 Aldanmış, təhdid olunmuş meşə gözətçisinin məcburən cinayətə sövq edilmiş qəribə sərgüzəştləri - VİDEO
11 İyul 2020 Kürdəmirli ailənin həyatı təhlükədə!-İcra başçısı isə…-FOTOLAR
11 İyul 2020 AzTV yaydı: İcra başçısının qanunsuzluğu... - VİDEO
11 İyul 2020 Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti
11 İyul 2020 ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb - NƏ BAŞ VERİR?
10 İyul 2020 Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
10 İyul 2020 Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
10 İyul 2020 Nizami rayon İcra başçısı Leyla Əliyevanın abad etdiyi parkda restoran tikir – Fotolar
10 İyul 2020 Şair Alxasov haqqında ŞOK İTTİHAMLAR - Prezidentə müraciət olundu
10 İyul 2020 Cinayət cəzasız qalanda... – FOTO-VİDEO
10 İyul 2020 "Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
10 İyul 2020 Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
10 İyul 2020 Cavabdeh şəxslərin qəzəbinə tuş gələn Lerik meşələri - VİDEO+FOTOLAR
10 İyul 2020 Azərbaycanda bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
10 İyul 2020 Sədərəkdən “yaşıl soyqırım”la əlaqədar yeni foto-şəkillər – Görünən kəndin bələdçiyə ehtiyacı yoxdur

Dünyapress TV

Xəbər lenti