Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!"
Tərtərin icra başçısının saysız-hesabsız obyektləri

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.

Teref.az vitualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”.

Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: “Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.

Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır…

Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.


Həmin sakin daha əvvəl də yerli KİV-lərdə icra başçısı haqda şikayətlərlə çıxış edib, amma raton İcra Hakimiyyətindən onun şikayətlərinin “əsassız olduğunu, Müstəqim Məmmədova şər-böhtan atdığını” bildiriblər.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.

Bölmənin digər xəbərləri

11 İyul 2020 Rəis Müavini, Yoxsa Reket?! – Gəncə Sakinləri Narahatdırlar
11 İyul 2020 LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi - Vilayət Eyvazova və Kamran Əliyevə müraciət
11 İyul 2020 Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib – VİDEOREPORTAJ
11 İyul 2020 Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir
11 İyul 2020 Göygöldə Yezid peyda olub: “7 aydır su üzünə həsrətik” (VİDEO)
11 İyul 2020 Aldanmış, təhdid olunmuş meşə gözətçisinin məcburən cinayətə sövq edilmiş qəribə sərgüzəştləri - VİDEO
11 İyul 2020 Kürdəmirli ailənin həyatı təhlükədə!-İcra başçısı isə…-FOTOLAR
11 İyul 2020 AzTV yaydı: İcra başçısının qanunsuzluğu... - VİDEO
11 İyul 2020 Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti
11 İyul 2020 ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb - NƏ BAŞ VERİR?
10 İyul 2020 Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
10 İyul 2020 Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
10 İyul 2020 Nizami rayon İcra başçısı Leyla Əliyevanın abad etdiyi parkda restoran tikir – Fotolar
10 İyul 2020 Şair Alxasov haqqında ŞOK İTTİHAMLAR - Prezidentə müraciət olundu
10 İyul 2020 Cinayət cəzasız qalanda... – FOTO-VİDEO
10 İyul 2020 "Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
10 İyul 2020 Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
10 İyul 2020 Cavabdeh şəxslərin qəzəbinə tuş gələn Lerik meşələri - VİDEO+FOTOLAR
10 İyul 2020 Azərbaycanda bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
10 İyul 2020 Sədərəkdən “yaşıl soyqırım”la əlaqədar yeni foto-şəkillər – Görünən kəndin bələdçiyə ehtiyacı yoxdur

Dünyapress TV

Xəbər lenti