ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsi dekan seçkilərinə hazırlaşır. Seçkilərə qısa zaman qalsa da, fakultənin ayrı-ayrı kafedra və müəllimləri prosesin gedişatından narazıdır. Rektorluq tərəfindən "elan" edilən dekanlıq seçkisinə süni maneə və təzyiqlər var. Şəxsən rektor İbrahim Cəfərovun özünün istəyilə bu vacib seçkinin adi təyinata çevrilməsi cəhdləri müşahidə olunur.

"Demokratik.Az"-ın məlumatına görə, əvvəllər Gəncədə bir neçə Dairə Seçki komissiyasının sədri olmuş İbrahim Cəfərov universitetdə dekan seçkisində şəffaflığı və ədaləti təmin etmək əvəzinə, birokratik əngəllərlə fakultədə çalışan professor-müəllim heyəti arasında seçmək və seçilmək azadlığını buxovlayaraq boğur. Əslində bu "boğulma" ölkənin yeganə aqrar təhsil ocağında axsayan tədrisin, elmi fəhimsizliyin səbəbinin növbəti çılpaq nümunəsidir.

Namizədliyi əlindən alınmış dosent Zahir Ələsgərov

1573846716_2.jpg

Rektor "öz adamı"nı asan yolla deyilən fakültəyə dekan "təyin etmək" üçün artıq tam hərəkətə keçib. O, dünən dekanlıq seçkisinə ən şanslı namizəd olan dosent (Mikrobiologiya və parazitologiya kafedrasının müdiri-red) Zahir Ələsgərovu yanına çağırıb, namizədliyini geri götürməyə məcbur edib. Kollektiv və tələbələr yanında kifayət qədər nüfuzu olan Zahir Ələsgərov da şansına küsərək rektorun şərtini icra etməyə aciz qalıb.

1573846701_3.jpg

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?

Ardından da,rektorun özünün təkidlə fakültə dekanlığına irəli sürdüyü namizədin kimliyi xeyli maraq və təəccüb oyadıb. Belə ki, rektor Universitetdə və fakültədə şəxsi keyfiyyətləri və nüfuzu mübahisələr doğuran bir professora - Famil Nəsibova dekanlıq yolunda öz "yaşıl işığını" yandırıb.

Bəs, rektorun özünün dekan etmək istədiyi əndirəbadi namizədi kimdir?

Hazırda bir həftə sonra baş tutacaq dekan seçkilərindən sevinmək əvəzinə, xeyli narahatlıq keçirən fakültədə əksər "seçici" Famil Nəsibovun namizədliyinin irəli sürüldüyündən narazıdır. İkrah doğuran və rektorluğun özbaşınalığını ehtiva edən ilk və ən diqqətçəkici hal isə professor Famil Nəsibovun seçkiyə alternativsiz atılmasıdır. Rektorluq bu adamı favorit edərək fakültəyə rəqabətsizlik bəxş edib. Təsəvvür edin ki, başqa hansısa namizədi "olmayan", və ya alternativ imkanlar tanımayan bir fakültə ya Famil Nəsibova səs verməli, ya da yeganə namizədi "seçməli" olacaq. Bu situasiya adi məntiqlə də rektorun birbaşa dekan təyinatından elə də fərqlənmir. Amma, dərd tək bu deyil.

"Demokratik.Az" xatırladır ki, dekanlığın bir addımlığındakı adıçəkilən professorun "dosye"si nöqsanlarla, töhmət və qüsurlarla, illərlə "daşıdığı" vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş "alim" - korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub.

Həmin illərdə KTN-in "Heyvandarlıq Elmi-Tədiqiqat" İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə "Gəlin ADAU-ya - baytar olun!"- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan "təyin" edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər!

Nə nümunəvi əxlaqı, nə elmi və idarəçilik üstünlükləri olmayan bir şəxs üçün belə canfəşanlıq yersizdir!

Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu "Yoluxmayan xəstəliklər" kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da "mütəxəssis hazırlığının qayğısını çəkib" deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.

Onu da bildirək ki, rektorun irəli sürdüyü dekan namizəd barədə qısa jurnalist təhqiqatı da apardıq və onu da əldə etdik ki, Famil Nəsibovun bir sıra elmi məqalələri və elmi-tədqiqat materialları fantaziyadan və quruca yalanlı söz yığınından ibarətdir. Belə ki, onun özünün və bir neçə rus soyadlı (əsasən, S.V.Fedotov və A.V.Pankratova - O.N) həmmüəlliflərin müxtəlif illərdə dərc etdirdikləri elmi məqalə və dərslikdə göstərilir ki, guya F. Nəsibov və qeyriləri 2009-2012-ci illərdə Rusiyanın Voloqda vilayətində ümumilikdə 22380 iribuynuzlu heyvan (inək) üzərində təcrübələr aparıblar. Guya heyvanlarda reproduktiv funksiya pozğunluqlarını, ətlik və südlük mal-qarada ginekoloji, daxili orqanların analiz təhlillərini müəyyənləşdiriblər. Belə bir təhlillərin F.Nəsibov tərəfindən aparılmaması, heç o tədqiqat işlərində iştirak etməməsi alimin həmin illərdə Azərbaycandan Rusiyaya səfər edib-etməməsi ilə tam müəyyənləşdirilə bilər. Bundan başqa, təhlillərdə 22 mindən artıq inəyin tədqiqat subyekt kimi qeyd edilməsi özü də bu təhlilin yalan olduğunu üzə çıxarır.

Famil Nəsibovun guya o yazdıqlarını özünün ayrıca etməsi üçün Voloqdada gedib orada ən azı 2-3 il qalması, hər gün isə azı 30-40 inəyi analiz etməsi vacibdir. Bu isəo illərdə Voloqdada olmayan, orada o illərdə yaşamayan alim üçün həm nəzəri, həm də fiziki imkanlar xaricində olan uydurmadır. (İstinad sənəd: (Jivotnovodstvo) Vestnik, Altayskoqo Qosudarstvennoqo Aqrarnoqo Universiteta N10(108) 2013 )

***

Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar - ADAU-da qeyri-şəffaf "dekanlıq seçimləri"nin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər...

Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin təhsil nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsinə kimin dekan "təyin" ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir.

ADAU-da şəffaf və ədalətli seçkilər yolu ilə dekan adını ləyaqətlə daşıya biləcək alimləri görmək ümidilə nazir İnam Kərimova özəl sayğılarımla...

Osman Nərimanoğlu

Demokratik.Az-dan: Sözügedən dekanlıq seçkisi barədə universitetin koridorlarında danışılır ki, fakultənin seçki marafonuna namizədliyin qeydə alınması ötən ayın 28-də yekunlaşıb. Həmin müddətə isə yalnız Zahir Ələsgərovun namizədliyi tanınıb. Seçkiyə bir həftə qalmış birdən-birə Famil Nəsibovun ortaya atılması, bəlkə də adının köhnə tarixə namizəd olaraq "qeyd" edilməsi, şanslı namizədə rektor tərəfindən açıq təzyiq edilməsi seçkinin qeyri-şəffaf mühitə dayandığına işarə edir.

Bölmənin digər xəbərləri

11 İyul 2020 Rəis Müavini, Yoxsa Reket?! – Gəncə Sakinləri Narahatdırlar
11 İyul 2020 LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi - Vilayət Eyvazova və Kamran Əliyevə müraciət
11 İyul 2020 Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib – VİDEOREPORTAJ
11 İyul 2020 Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir
11 İyul 2020 Göygöldə Yezid peyda olub: “7 aydır su üzünə həsrətik” (VİDEO)
11 İyul 2020 Aldanmış, təhdid olunmuş meşə gözətçisinin məcburən cinayətə sövq edilmiş qəribə sərgüzəştləri - VİDEO
11 İyul 2020 Kürdəmirli ailənin həyatı təhlükədə!-İcra başçısı isə…-FOTOLAR
11 İyul 2020 AzTV yaydı: İcra başçısının qanunsuzluğu... - VİDEO
11 İyul 2020 Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti
11 İyul 2020 ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb - NƏ BAŞ VERİR?
10 İyul 2020 Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
10 İyul 2020 Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
10 İyul 2020 Nizami rayon İcra başçısı Leyla Əliyevanın abad etdiyi parkda restoran tikir – Fotolar
10 İyul 2020 Şair Alxasov haqqında ŞOK İTTİHAMLAR - Prezidentə müraciət olundu
10 İyul 2020 Cinayət cəzasız qalanda... – FOTO-VİDEO
10 İyul 2020 "Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
10 İyul 2020 Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
10 İyul 2020 Cavabdeh şəxslərin qəzəbinə tuş gələn Lerik meşələri - VİDEO+FOTOLAR
10 İyul 2020 Azərbaycanda bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
10 İyul 2020 Sədərəkdən “yaşıl soyqırım”la əlaqədar yeni foto-şəkillər – Görünən kəndin bələdçiyə ehtiyacı yoxdur

Dünyapress TV

Xəbər lenti