DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır
Redaksiyamızın elektron poçtuna bir qrup Göyçay rayon sakinlərinin müraciəti daxil olub. Müraciətdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyətindən bəhs olunur. Yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki çabalarımız nəticəsiz oldu:

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirik.

Belə ki, Kamran Xəlilov bayramlarda işçilərə verilən mükafatları və prezidentin sərəncamına əsasən işçilərin əmək haqlarının artırılan hissəsini zorla işçilərdən tələb edir alır. Bu qanunsuzluğa etiraz edən işçiləri isə işdən azad edəcəyi ilə hədələyir. Kamran Xəlilov hay salıb danışır ki, “Gömrük generalı mənim qohumumdur, şikayət etsəniz də nazir Sahil Babayev mənə heç nə edə bilməz”. Kamran Xəlilovun qeyd etdiyimiz hərəkətləri cənab prezidentin siyasətinə daban-dabana ziddir.
Cənab prezident, cənab nazir Kamran Xəlilovu yaxın qohumu (əmisi oğlu), gömrük generalı Ehtiram Xəlilov himayə edir.
Kamran Xəlilov hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə hərbi xidmətə yararsız hesab edilib. Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq, belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bunun da bir səbəbi isə onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov həqiqətən də dəli kimi dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib: "Dəliyə yer ver, əlinə bel ver".
2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlu sayda rayon sakininə saxta əmək stajı təyin etdirib və dövlətə külli miqdarda zərərlər vurub. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon Məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanuniləşdirir, nəticədə külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var.

Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Nazirliyin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur".
Odur ki, hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə Kamran Xəlilovun orduya yararsız hesab edilməsi faktının yoxlanılması, Kamran Xəlilovun 10 illik fəaliyyətinin yoxlanılması və işçilərdən qanunsuz alınan pulların işçilərə geri qaytarılmasına göztəriş verməyinizi xahiş edirik".

İmza; Göyçay rayon sakinlər

Əlyev Mürvət Nizami oğlu: Göyçay şəhəri Nizami küçəsi ev 43
Səmədov Əli Qasım oğlu
Quliyeva Səmayə Tələt qızı
Məmmədova Mahirə Usubəli qızı
Rəhimova Böyükxanım Əliheydər qızı
Kamilov Fərhad Oqtay oğlu
Nəsibov Vaqif Fəttah oğlu
Yenixeber.org

Bölmənin digər xəbərləri

12 Noyabr 2019 "CƏLİLABADDA KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI AMANSIZ MÜBARİZƏ APARILMALIDIR” - YADİGAR ƏZİZOVDAN PREZİDENTƏ MÜRACİƏT
12 Noyabr 2019 IMIŞLİDƏ “PENSİYA KARTLARI” ƏMƏLİYYATI – Niyə tutuldular, nə üçün buraxıldılar?
11 Noyabr 2019 Bələdiyyə sədri Təmraz Tağıyevin də öz konstitusiyası var? Nərimanov bələdiyyəsi ilə ƏMDK-nın saxta “ekspertiza oyunu”
11 Noyabr 2019 Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...
11 Noyabr 2019 Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO
11 Noyabr 2019 "Sahibkarlıq fəaliyyətilə yalnız başçının yaxınları rahat məşğul ola bilir" - Mingəçevirdə NARAZILIQ
11 Noyabr 2019 Bakıda ifşa edilən cinayətkar şəbəkənin başında İlham Məmmədov durur - ŞOK İTTİHAM (FOTOLAR)
11 Noyabr 2019 ÖLÜMLƏ TƏHDİD EDİLƏN AĞDAM SAKİNİ "TƏZADLAR"A DANIŞDI
11 Noyabr 2019 İMİŞLİDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNİN “PENSİYA KARTLARI” ƏMƏLİYYATI- ŞOK
11 Noyabr 2019 ON MİLYONLARIN HESABINI KİM SORACAQ? QUBANIN İCRA BAŞÇISI UKRAYNADA 9 MİLYON DOLLARA ZAVOD ALIB, HÖKUMƏTDƏ BİR ADAMIN TÜKÜ DƏ TƏRPƏNMİR
10 Noyabr 2019 Bayraqsız Xudatın Bayraq günü Bayramı - FOTOFAKT
10 Noyabr 2019 Deputatın qızı iynəni qadının bağırsağında unutdu - Özü insanların suyunu kəsir, həkim qızı insanların həyatını
09 Noyabr 2019 RƏŞAD ATAKİŞİYEVİN QARDAŞI OĞLU HƏR KƏSİ DUYĞULANDIRDI - FOTO
09 Noyabr 2019 Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir
09 Noyabr 2019 General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA
09 Noyabr 2019 Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
09 Noyabr 2019 Düşmənlə üzbəüz kəndlər soyuqdan donur-GƏDƏBƏYDƏN ŞİKAYƏT
09 Noyabr 2019 "QURBANLIQ AĞACLAR", Abşeron İH deyir ki, xəbərimiz yoxdur tikintidən-MÜƏMMA
09 Noyabr 2019 Sumqayıtda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - Video
09 Noyabr 2019 Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət

Dünyapress TV

Xəbər lenti