Korrupsiya yuvası, yoxsa Doğum şöbəsi? Yardımlı Mərkəzi Rayon Xəstəxanasında rüşvətxorluq geniş vüsət alıb
 
 

Son dövrlər ölkədə gedən kadr islahatları, korrupsiyaya qarşı mübarizə hamımıza yaxşı məlumdur.

Azərbaycan Prezidentinin yanında iqtisadi müşavirədə geniş nitq söyləyən zaman cənab İlham Əliyev qeyd etmişdir ki, "...İslahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, əlbətdə işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbətdə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik...”

Görünür ölkə başçısının bu çıxışından Yardımlı Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinin xəbəri yoxdur. Əgər xəbərləri olsaydı heç bir tərəddüd etmədən rüşvət tələb etməkdən çəkinərdilər.
Doğum Şöbəsinin həkimi Zəhra Şabıyeva rüşvəti adamdan elə təkidlə istəyir ki, bir anlıq düşünürsən ki, sanki Zəhra həkiməborcum var. Yalnız rüşvət marağında olan Zəhra həkim bir anlıq xəstəni belə unudur. "Əvvəlcə haqqımı verin, sonra xəstənizə baxacam” – deyən Zəhra həkim xəstəni və uşağı soyuq otaqda saxlamaqdan belə çəkinmir. Bütün bunlar azmış kimi tabeçiliyində olan tibbi personala göstəriş verərək deyir ki, bəlkə pul vermədilər, işıqları söndürün, qızdırıcılardan istifadə etməyin, işıq pul yazır. Dövlət müəssisəsini "özəlləşdirərək” şəxsi biznesi kimi təsəvvür edən Zəhra həkimin "HESAB"ınçatdırmayacağınız təqdirdə, ana və yeni doğulmuş körpənin "GİROV” saxlanılacağı təhlükəsi ilə üzləşsəniz, heç də təəccüblənməyin. Onun belə əməllərindən rayon sakinlərinin böyük əksəriyyəti zara gəliblər.
Görəsən, rüşvət iddiasında olan belə həkimlərə kimlər və necə havadarlıq edir?

Korrupsiya yuvası, yoxsa Doğum şöbəsi? Yardımlı Mərkəzi Rayon Xəstəxanasında rüşvətxorluq geniş vüsət alıb.
Baş həkim Rasim Əkbərova bu barədə şəxsən müraciət etsək də, heç bir fayda vermədi. Buradan belə bir fikir meydana çıxır.
Ya bu rüşvətdən Rasim həkimə də pay çatır, ya da Zəhra xanım onu rəhbər kimi saymır.
Təbii ki, ikinci variant inandırıcı görünmür, əgər Zəhra xanım baş həkimi saymasaydı, Rasim Əkbərov yəqin ki, onun barəsində ölçü götürməmiş olmazdı. Deməli birinci versiya daha reallığa uyğun gəlir.

Səhiyyə naziri, cənab Oktay Şirəliyevin və Yardımlı rayon İcra Hakimiyyəti başçısının Mərkəzi Rayon Xəstəxanasında baş verən bu və ya digər neqativ hallar barədə münasibətini öyrənməyə çalışacağıq.

Reportyor.tv

Bölmənin digər xəbərləri

19 Noyabr 2019 Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
19 Noyabr 2019 Füzulidə yeni korrupsioner şəbəkə
19 Noyabr 2019 Ekologiya nazirliyində şübhəli tender - “Köhnə hava“da olanlar kimlərdir?
18 Noyabr 2019 Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür
18 Noyabr 2019 MASALLIDA DƏHŞƏTLİ “EKOLOJİ TERROR” HÖKM SÜRÜR – NAZİRƏ MÜRACİƏT
18 Noyabr 2019 Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı
18 Noyabr 2019 Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi
17 Noyabr 2019 16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?
17 Noyabr 2019 AĞDAM İCRA BAŞÇISI APREL QAZİSİNİ İNCİDİR: ”İSTƏDİYİ ADAMI QƏBULDAN QOVUR, İSTƏDİYİN HƏBS ETDİRİR”-VİDEO
17 Noyabr 2019 "30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür." - Məşhur "Qarabağın Həcəri" İlham Əliyevə müraciət etdi...
17 Noyabr 2019 Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!"
16 Noyabr 2019 ZAKİR FƏRƏCOVUN ADI DAHA BİR QALMAQALA QARIŞIB - 8 MİLYON MANAT ÖDƏNİLMƏYİB
16 Noyabr 2019 YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB
16 Noyabr 2019 Bərdədə aksiya keçirildi, nazir müavini çətin vəziyyətdə - Foto
16 Noyabr 2019 Cavid Qara: Şəkidə 2500 hektar yaşıllıq ərazisi məhv edilib – (VİDEO)
16 Noyabr 2019 Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?
16 Noyabr 2019 ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
15 Noyabr 2019 Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
15 Noyabr 2019 Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir - Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?
15 Noyabr 2019 QARABAĞ DÖYÜŞÇÜSÜ: “MƏNİ İCRA BAŞÇISI DÖYÜDÜRÜB” – VİDEO

Dünyapress TV

Xəbər lenti