Vilyam Hacıyevlə Xaçmazın yeni başçısının həyat tərzi arasındakı fərq...

İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?..

Xaçmaz rayonuna yen təyin olunmuş İcra Hakimiyyəti başçısının həmin rayonda yerləşən "Elit" otelində qalması barədə xəbər tirajlanır. Bur barədə yayılan məlumatlarda bildirilir ki, icra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev oteldə gecələmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bir çox rayonlarda başçılar dövlətə məxsus olan xidmət binalarının özəlləşdirilməısi ilə bağlı məlumatlar var. Lakin burada, həmçinin söhbət dövlət mülkiyyətinin mənimsənilməsində də gedir və bu təbii ki, hüquqi məsuliyyət də yaradır.

Əslində Xaçmazın yeni başçısının ucuz oteldə yaşaması elə də ictimai infromasiya yükü olmayan xəbər hesab olunmalıdır. Başçı əlacsızlıqdan aşağı kateqoriyalı bir oteldə qalıb və ayağını yorğanına görə uzadır. Elnur Rzayev Xaçmazda çalışdığı vəzifəsindən sui-istifadə edərək maaşı ilə uzlaşmayan bahalı və təmtəraqlı oteldə qalsaydı, bu, artıq ictimai məzmun kəsb edən infomasiya sayıla bilərdi.

Misal üçün, İmişli rayonun icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin yaşadığı otel kimi...

PİA.az xəbər verir ki, Vilyam Hacıyev İmişli rayonuna İH başçısı təyin edilən gündən indiyə kimi hələ də “Azərsun” Holdinqə məxsus İmişli şəkər zavodunun yaşıllaşdırılmış zonasında qonaqlar üçün inşa edilmiş oteldə qalır. “Otel” dedikdə, ağlınıza hansısa 4 ulduz, yaxud kasıbvari bir ya da iki otaqlı nömrə gəlməsin. Vilyam Hacıyevin qaldığı villa tipli kottecdir ki, müəllim ailəsi ilə birlikdə neçə illərdə orada yaşayır. Təbii İmişlinin başçısı olduğundan “Azərsun” Holdinqin yerli nümayəndəliyi ona bir söz deyə bilmir.

Qeyd edək, Korrupsiyaya qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNuna görə, vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya GÜZƏŞTLƏR əldə etməsi KORRUPSİYA hesab edilir.

Göründüyü kimi, Vilyam Hacıyev vəzifəsindən faydalanıb ciddi güzəşt əldə edərək özəl bir şirkətin kottecində yaşayır. Deyə bilər ki, həmin villada yaşadığına görə kirayə pulu verir. Ancaq elə bir villanın aylıq kirayəsi İH başçısının vəzifə maaşından iki dəfə, bəlkə də daha çox edər. Elə isə Vilyam müəllimin ailəsi nə yeyir, nə içir? Müəllimin özü, övladları bahalı kostyumları necə geyinir, bahalı maşınlar hansı pulla alır?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Bölmənin digər xəbərləri

01 İyun 2020 ŞOK: Zərdab rayonu Alıcanlı kənd bələdiyyəsinin sədri Habil Əsədovun cənab Prezidentə XƏYANƏTİ
01 İyun 2020 İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır
01 İyun 2020 Neftçalanın gənc başçısı sakinlərlə yola getmir - Belə deyirlər...
01 İyun 2020 "Saatlı rayon Mərkəzi Xəstəxanasında bizdən açıq-aşkar rüşvət istəyirlər" - GİLEY
01 İyun 2020 "Qocalar evi"nin sakinləri və işçiləri etiraza qalxdılar. - VİDEO
01 İyun 2020 İCRA BAŞÇISINDAN ŞƏHİD ADINA HÖRMƏTSİZLİK - BAXIMSIZ ORTA MƏKTƏB, YOXA ÇIXAN 100 MİN MANAT (VİDEO)
01 İyun 2020 Vasif Novruzov Qobustanda kimdən və niyə gizlənir?
01 İyun 2020 “Azəriqaz”ı keçmiş rüşvətxorların,talançıların məskəninə kimlər çevirib?
01 İyun 2020 Fuad Hacıyevin 43400 manata avtomobil alması hansı zərurətdən yaranıb?
31 May 2020 Bakı İcra Hakimiyyətinin şöbə müdirinin milyonluq obyekti – Sənəd
31 May 2020 CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ TAXIL ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO
31 May 2020 Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun "Mədəni korrupsiyası".....
31 May 2020 ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
31 May 2020 İcra başçısı “Şamaxıda kişi yoxdur” deyib? – ŞOK İDDİA
31 May 2020 Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
31 May 2020 Cavid Qurbanov hekayəsi:qumar, xəyanət, korrupsiya... VIDEO
31 May 2020 İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ
30 May 2020 "CƏNAB PREZİDENT, BİZİ ƏHƏD ABİYEVİN RÜŞVƏTİNDƏN QURTARIN!"-ŞOK VİDEO
30 May 2020 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
30 May 2020 Beyləqanda PETrolçu hacının sərgüzəştləri: Atasının əməlləri məmur oğlunun karyerasını bitirə bilər

Dünyapress TV

Xəbər lenti