DSMF-nin Göyçay rayon Şöbəsinin müdirinin qanunsuzluqları - ŞİKAYƏT
 
 

Göyçay rayon sakinləri tərəfindən
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ MÜRCİƏT
​ ​Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirik.
Belə ki, Kamran Xəlilov bayramlarda işçilərə verilən mükafatları və prezidentin sərəncamına əsasən işçilərin əmək haqlarının artırılan hissəsini zorla işçilərdən tələb edir alır. Bu qanunsuzluğa etira edən işçiləri isə işdən azad edəcəyi ilə hədələyir. Kamran Xəlilov hay salıb danışır ki, “Gömrük generalı mənim qohumumdur, şikayət etsənizdə nazir Sahil Babayev mənə heçnə edə bilməz”. Kamran Xəlilovun qeyd etdiyimiz hərəkətləri cənab prezidentin siyasətinə daban-dabana ziddir.
Cənab prezident, cənab nazir Kamran Xəlilovu yaxın qohumu (əmisi oğlu), gömrük generalı Ehtiram Xəlilov himayə edir.
Kamran Xəlilov hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə hərbi xidmətə yararsız hesab edilib.Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq, belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bununda bir səbəbi isə onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov həqiqətən də dəli kimi dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib: "Dəliyə yer ver, əlinə bel ver".
2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlu sayda rayon sakininə saxta əmək stajı təyin etdirib və dövlətə külli miqdarda zərərlər vurub. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon Məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanuniləşdirir, nəticədə külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var.​

Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Nazirliyin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur".
Odur ki, hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə Kamran Xəlilovun orduya yararsız hesab edilməsi faktının yoxlanılması, Kamran Xəlilovun 10 illik fəaliyyətinin yoxlanılması və işçilərdən qanunsuz alınan pulların işçilərə geri qaytarılmasına göztəriş verməyinizi xahiş edirik.

İmza; Göyçay rayon sakinlər

Əlyev Mürvət Nizami oğlu Göyçay şəhəri Nizami küçəsi ev 43
Səmədov Əli Qasım oğlu
Quliyeva Səmayə Tələt qızı
Məmmədova Mahirə Usubəli qızı
Rəhimova Böyükxanım Əliheydər qızı
Kamilov Fərhad Oqtay oğlu
Nəsibov Vaqif Fəttah oğlu

Xalqxeber.

Bölmənin digər xəbərləri

26 May 2020 Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM
26 May 2020 Ağ Gölün qara günləri: Novruz Məmmədovun adamları Muxtar Babayevi necə aldadıb?
26 May 2020 Sərdar Həmidova məxsus mülkiyyəti oğlunun əlindən kim alır? - IDDIA
26 May 2020 Tərtər məhvərindən qopur: icra başçısına ağır ittihamlar – qara maskalı təcili gəlməsə…
26 May 2020 Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO
26 May 2020 Elxan Usubova ittihamlar seriyası... - "Rüşvəti köçürmə yolu ilə alır..."
26 May 2020 Arif getdi, bəs onun bir barmaq işarəsi ilə Göygölü talayanlar necə olacaq? - İTTİHAM
26 May 2020 Şantajçı hacının vergidən yayındırdığı maliyyə resursları əcəba PKK-ya yönəldilmir ki? – GƏLİŞMƏ
25 May 2020 Travmatologiya inisitutunda rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu - RƏZALƏT
25 May 2020 ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT
25 May 2020 Nazir olma sevdasına düşən İcra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində şampan məclisi düzənlədi
25 May 2020 İcra başçısı ilə İsgəndər Həmidovun qardaşı oğlu arasında qalmaqal: SENSASİON FAKTLAR - VİDEO
25 May 2020 Seymur Orucovun qayınatası ilə milyonluq fırıldağı – Şok faktlar
25 May 2020 Şəhid məzarlığına ögey münasibət bəsləyən icra başçısı - RƏZALƏT
25 May 2020 "Şikayətim “OBA market”in saxta qəbzlərindəndir” - GİLEY
25 May 2020 NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!”
25 May 2020 Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI
24 May 2020 Villasının görünməməsi üçün liseyin pəncərələrini hördürən icra başçısından daha bir addım - FOTO
24 May 2020 Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT
24 May 2020 Zakir Qaralov Kanal 13-ü susdurmaq istəyir: SAHİBİ OLDUĞU AKKORD İSƏ MİLLƏTİ ÜSYANA SÖVQ EDİR – VİDEO

Dünyapress TV

Xəbər lenti