Sahil Babayevin işçiləri yetimlər üçün tikilən evləri necə satıblar - VİDEO
Rüşvətin bir xəstəlik olduğunu hələ o vaxt ümumilli lider mərhum Heydər Əliyev müsahibələrinin birində qeyd etmişdir. Təbii ki,hər bir dövlətdə olduğu kimi Azərbaycan respublikasında da korrupsiyaya qarşı mübarizə idarəsi fəaliyyət göstərir. Buna baxmayaraq bu çirkin əməlin qarşısını almaq,bu qurum üçün heçdə asan başa gəlmir. Bu cür iyrənc əməllər, bir çox hallarda böyük biznesmenlərin iş fəaliyyəti zamanı qeydə alındığının şahidi olmuşuq.

Bu günki "qəhrəmanlarımız" isə nə biznesmendir,nə də ki, sıravi vətəndaş. Dövlət adına ləkə gətirən bir qrup məmur yığnağıdır. Gördükləri iyrənc əməli kimsəsiz bir internat məzununun üzərinə yıxmağa çalışan parazitlərdir. Belə ki, "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən, internat məzunlarından fəal gənc olan Kazımlı Seymur olmuşdur. Dövlət himayəsində olan fəal gənc, Seymur Kazımlı "QHT" nın rəhbəri Validə adlı dələduzun qurbanına çevrilib.

Kiçik şəbəkə halında fəaliyyət göstərən "QHT" nın rəhbəri Validə "xanım", ƏƏSMN-nin tabeliyində olan DSMF-nun şöbə müdri Vüqar bəy, deyilənə görə Prezident aparatında işləyən "QHT"nın rəhbəri Validə "xanım"ın oğlu Səbuhi bəy, internat məzunu gənclərin Masazır qəsəbəsindəki yaşayış kompleksinin direktoru Rüksarə Axundova DSMF-nun şöbə müdri Vüqar Behbudov bəyin katibəsi Pərvanə "xanım", ümumi internat məzunlarının baş derktoru Adət bəy, internat məzunları üzrə fəaliyyətdə olan "QHT"nın rəhbəri Araz bəy və ən nəhayət "QHT"nın rəhbəri Gülarə "xanım"ın da adı siyahıda yer almışdır.

Adları qeyd olunan şəbəkə,internat məzunları üçün tikilən evləri məzunlara rüşvət qarşılığında satıblar. Korrupsiya əməlinin ifşa olmasına səbəb,pulları alınmış bir neçə məzunu, evlə təmin etməmələri olmuşdur.

Halbuki, dövlət tərəfindən tikilən bu evlər,təmənnasız olaraq internat məzunlarına verilməli idi. Görünən mənzərə onu göstərir ki, ƏƏSMN-nin növbəti yarıtmaz fəaliyyəti,bu dəfə açıq-aşkar korrupsiya əməlləri ilə gündəmi bəzəyir.

Ən acınacaqlı durum burdadır ki,hadisə barədə Abşeron rayon polis idarəsində açılan cinayət işində,məsuliyyətə cəlb olunan şəxs,yalnız internat məzunu olan aktiv, fəal Kazımlı Seymur olmuşdur. Bu gənci,dərhal hakim qərarı ilə həbs edib, Kürdəxanı adlı müvəqqəti saxlanma məntəqəsində üç ay müddətinə saxlayıblar. Hazırda isə müvəqqəti azadlığa buraxılan S.Kazımlı korrupsiyaya bulaşmış kiçik şəbəkəyə aid olan faktları aidiyatı qurumlara və eyni zamanda bizim redaksiyaya təqdim etmişdir.

Necə deyərlər, "Böyük balıqlar, kiçik balıqları udar" deyiminə bənzəyir. Maraqlı məqam burasındadır ki, "QHT"nın rəhbəri Validə "xanım" rüşvət qarşılığında görülən işlərin hər birini telefon vasitəsi ilə həyata keçirirmiş. Bu gün həmin audio və video görüntülər artıq əlimizdədir.

Danışıqlarda açıq-aydın şəkildə Validə "xanım" bildirir ki, ƏƏSMN-nin işçiləri, internat məzunlarını kriminal adlandıraraq evlərin onlara rüşvətlə satılmasına bir növ razılıq verib. Düşünürük ki,hələlik bu qədər məlumat yetərlidir. Gələn buraxlışımızda nazirlik əməkdaşları haqda,"QHT"nın rəhbərləri haqda və müəssisə rəhbərləri barədə danışılan audio və video görüntüləri diqqətinizə çatdıracağıq.

Nəzərinizə çatdıraq ki,adları qeyd olan şəxslərlə telefon əlaqəsi saxladıq. Bəzisi telefona cavab vermədi,bəzisi isə telefonu açsada suallarımızı cavablandırmaqdan imtina etdi.

Bir daha bildiririk ki, mövqeylərini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

19 Noyabr 2019 Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
19 Noyabr 2019 Füzulidə yeni korrupsioner şəbəkə
19 Noyabr 2019 Ekologiya nazirliyində şübhəli tender - “Köhnə hava“da olanlar kimlərdir?
18 Noyabr 2019 Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür
18 Noyabr 2019 MASALLIDA DƏHŞƏTLİ “EKOLOJİ TERROR” HÖKM SÜRÜR – NAZİRƏ MÜRACİƏT
18 Noyabr 2019 Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı
18 Noyabr 2019 Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi
17 Noyabr 2019 16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?
17 Noyabr 2019 AĞDAM İCRA BAŞÇISI APREL QAZİSİNİ İNCİDİR: ”İSTƏDİYİ ADAMI QƏBULDAN QOVUR, İSTƏDİYİN HƏBS ETDİRİR”-VİDEO
17 Noyabr 2019 "30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür." - Məşhur "Qarabağın Həcəri" İlham Əliyevə müraciət etdi...
17 Noyabr 2019 Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!"
16 Noyabr 2019 ZAKİR FƏRƏCOVUN ADI DAHA BİR QALMAQALA QARIŞIB - 8 MİLYON MANAT ÖDƏNİLMƏYİB
16 Noyabr 2019 YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB
16 Noyabr 2019 Bərdədə aksiya keçirildi, nazir müavini çətin vəziyyətdə - Foto
16 Noyabr 2019 Cavid Qara: Şəkidə 2500 hektar yaşıllıq ərazisi məhv edilib – (VİDEO)
16 Noyabr 2019 Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?
16 Noyabr 2019 ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
15 Noyabr 2019 Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
15 Noyabr 2019 Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir - Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?
15 Noyabr 2019 QARABAĞ DÖYÜŞÇÜSÜ: “MƏNİ İCRA BAŞÇISI DÖYÜDÜRÜB” – VİDEO

Dünyapress TV

Xəbər lenti