Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...
İndi payızdır. Lakin Lerikin Monidigah kəndinə qış çoxdan gəlib. Qış, ucqar dağ kəndinə fəsil olaraq deyil, həm də problemləri ilə daxil olub.

Monidigah kənd orta məktəbinin şagirdləri indidən başlarına papaq, əyinlərinə qalın jilet geyinməyə məcburdur. Ancaq onlar bu qəzalı məktəbdə daha çox kitab açmağa, qələm tutmağa həvəsli olmalı idilər. Reallıq isə başqa şeyi deyir.

Şagirdlər dərsə yox, qışa hazırlaşırlar

Bu məktəbdə vəziyyət olduqca acınacaqlıdır. Artıq şagirdləri dərsdən daha çox soyuq sinif, odun sobasının nə zaman işə düşəcəyi düşündürür. Halbuki, onlar cəmi bir neçə metr aralıqda modul tipli məktəbə köçə bilərlər.

Yanmayan sobada "yanan" təhsil

Prezident İlham Əliyevin tapşırığına əsasən, qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz edilməlidir. Lakin Lerikin Monidigah kəndində modul tipli məktəbi tenderdə qalib gələn PDL şirkəti tikməyə başlasa da, öz işini sona qədər çatdırmayıb. Adıçəkilən şirkət tərəfindən işlər 2018-ci ilin avqustunda başlanılmalı, bu ilin analoji dövründə bitməli idi. Başqa sözlə, şagirdlər builki tədris ilinə yeni modul tipli məktəbdə start verməli idi.

Lakin görünən budur ki, PDL şirkəti məktəbi təhvil verməməklə öz işinə laqeyd yanaşıb. Dolayısı ilə Prezidentin tapşırığına məhəl qoyulmayıb. Modul tipli 96 nəfərlik məktəb binasının işə salınmalı olduğu halda, hələlik kənd məktəbi ora köçə bilmir. Beləcə, 63 şagird öz təhsilini qəzalı məktəbdə davam etdirir.

Məsafə yaxın, yeni məktəb uzaq

Məktəbdən şirkətə dəfələrlə müraciət olunsa da, onların səslərinə səs verən tapılmır. Nəticədə bütün bunlardan şagirdlər və müəllim heyəti əziyyət çəkir. Əslində, iş görülüb, sadəcə məktəbin ətrafında son tamamlama işləri aparılmalı və təhsil ocağı təhvil verilməlidir. PDL şirkətinin məsuliyyətsizliyi onlarla şagirdin rahat təhsil almasına maneə törədir. Bu şagirdlər gələcəyin həkimi, müəllimi və digər peşə sahibi olmağa layiqdir. Ancaq onlara layiq olanı hələlik verə bilmirik.

Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun şəkildə rahatlıqla azaldılıb-artırılmasıdır.

Monidigah kəndində istifadəyə verilməyən modul tipli məktəb

Belə məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır.

Bir çox ölkələrdə iqtisadi baxımdan daha səmərəli, yüksək keyfiyyətli və sənaye üsulu ilə hazırlanan modul tipli məktəblərdən istifadə olunur. Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır. İnşaat işləri əsaslı tikintiyə nisbətən kiçik maliyyə vəsaiti tələb edir.

Dövlət başçısının tapşırığına əsasən, modul tipli məktəblərin ucqar kəndlərdə inşa olunması xüsusi əhəmiyyət kəsb edir. Lerikin Monidigah kəndində nəzərdə tutulmuş modul tipli məktəb də məhz bu qəbildəndir.

Ümid edirik ki, bu reportajdan sonra aidiyyatı qurumlar işə keçəcək, cavabdeh şirkət öz işini başa çatdıracaq və yekunda əziz balalarımız yeni məktəbə ən qısa vaxtda qədəm qoya biləcək.
Demokrat.az
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106053_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106107_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106069_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106060_5.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106087_6.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1573106107_49c9bce3-ba72-4fb6-bc6f-ceb1c497b018.jpg

Bölmənin digər xəbərləri

19 Noyabr 2019 Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
19 Noyabr 2019 Füzulidə yeni korrupsioner şəbəkə
19 Noyabr 2019 Ekologiya nazirliyində şübhəli tender - “Köhnə hava“da olanlar kimlərdir?
18 Noyabr 2019 Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür
18 Noyabr 2019 MASALLIDA DƏHŞƏTLİ “EKOLOJİ TERROR” HÖKM SÜRÜR – NAZİRƏ MÜRACİƏT
18 Noyabr 2019 Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı
18 Noyabr 2019 Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi
17 Noyabr 2019 16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?
17 Noyabr 2019 AĞDAM İCRA BAŞÇISI APREL QAZİSİNİ İNCİDİR: ”İSTƏDİYİ ADAMI QƏBULDAN QOVUR, İSTƏDİYİN HƏBS ETDİRİR”-VİDEO
17 Noyabr 2019 "30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür." - Məşhur "Qarabağın Həcəri" İlham Əliyevə müraciət etdi...
17 Noyabr 2019 Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!"
16 Noyabr 2019 ZAKİR FƏRƏCOVUN ADI DAHA BİR QALMAQALA QARIŞIB - 8 MİLYON MANAT ÖDƏNİLMƏYİB
16 Noyabr 2019 YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB
16 Noyabr 2019 Bərdədə aksiya keçirildi, nazir müavini çətin vəziyyətdə - Foto
16 Noyabr 2019 Cavid Qara: Şəkidə 2500 hektar yaşıllıq ərazisi məhv edilib – (VİDEO)
16 Noyabr 2019 Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?
16 Noyabr 2019 ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
15 Noyabr 2019 Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
15 Noyabr 2019 Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir - Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?
15 Noyabr 2019 QARABAĞ DÖYÜŞÇÜSÜ: “MƏNİ İCRA BAŞÇISI DÖYÜDÜRÜB” – VİDEO

Dünyapress TV

Xəbər lenti