“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual
Bir neçə gündür “Azəriqaz” İstehsalat Birliyinə yeni baş direktor – Ruslan Əliyev təyin olunub. Sabiq baş direktor Əkbər Hacıyev isə başqa vəzifəyə təyinat alıb. Yəni islahatlar fonunda “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun dəyişdirilməsi o deməkdir ki, bu qurumda olan və ya olacaq problemlərin həlli istiqamətində daha çevik addımlar atılmalıdır.

Başlayaq problemlərdən və konkret faktlardan. Hansı ki, bu məsələlər hər bir vətəndaşı narahat edir və qanunu yolları bilmək istəyir.

Elə isə yeni baş direktor Ruslan Əliyevə sabiq Əkbər Hacıyevin illərdir cavablandıra bilmədiyi bir sadə sualı ünvanlamaq istəyirik. Yəqin ki, yeni direktor Ruslan Əliyev bu suallara cavab verəcək qədər təcrübəlidir. Çünki, son vəzifəyə kimi elə “Azəriqaz”-da yüksək vəzifədə çalışıb. Yəni bu işdə naşı deyil.

Bu gün Azərbaycan Respublikasında yaşayan, 18-yaşı olmuş hər bir vətəndaş şəxsi ev sahibi olmaq hüququna malikdir. Bununla yanaşı özünə tikdirdiyi yeni evinə qaz, işıq, su, telefon təminatında da qadağa yoxdur. Amma insanları hələ də bu sayaq məsələlərlə get-gələ salırlar. Prezident İlham Əliyev “Asan Xidmət” mərkəzlərini yaratdı ki, rüşvət olmasın, insanlar qaz, işıq, su idarə müdirləri tərəfindən bezdirilməsin və sairə…

Axı necə olur ki, vətəndaşlar yenə bezdirilir, qanunsuz yollarla məcbur edilir… Axı bu neçə illər davam edəcək? Xəbəriniz varmı ki, bölgələrdə insanlar öz mənzillərinə qaz xətti çəkdirmək üçün hansı zülmlərə qatlaşır? Anlaya bilirsinizmi ki, insanların neçə faizi qapısının qarşısından qaz xətti keçsə də qazla təmin olunmur. Bunun səbəbi bilirsiz nədir? Deyim bilin.

Hər bir abonent evinə qaz xətti çəkilişi həyata keçirmək üçün “Asan Xidmət” də 300-manata yaxın rəsmi pul ödəyir. 1-2 aydan sonra sənədlər hazırlanır və vətəndaşa göndərilir. Əsl müsibət də elə bundan sonra başlayır. Qaz çəkilişini həyata keçirən “Global Services” MMC-nin əməkdaşları vətəndaşa bildirir ki, qaz çəkilişi üçün, filan-filan avadanlıqlar almalıdır, ustaya pul ödəməlidir, traktor gətirməlisən və sairə. Bu rəqəm də təxminən 300 manat edir. Elə bu səbədən də insanlar evinə qaz xətti çəkdirmir. Anlaya bilirsinizmi bunu? “Global Services” MMC-nin Neftçala rayonundakı rəhbərliyi açıq formada bildirir ki, qaz xəttinin çəkilişi üçün sayğaca qədər olan hissəni vətəndaş öz cibindən almalıdır. Doğrudurmu bu, yoldaş Ruslan Əliyev? Qanun beləmi deyir? Yoxsa buda başqa əmmalar var? Əgər bunu vətəndaş alırsa, sıradan bir usta bunu həyata keçirirsə o zaman “Global Services” MMC nəyə və kimə lazımdır? O zaman bu MMC-ni “Azəriqaz”-a bağlayan nədir? Hansı pulla əmək haqqı verir işçilərinə? Podratçı şirkət nə deməkdir, yoldaş Ruslan Əliyev? Bəlkə anladasız, podratçı şirkət “Azəriqaz”-dan layihəni niyə udur?

Əcəba, hörmətli Ruslan Əliyev bu qanunun harasında yazılıb? Hər kəs bilir ki, sayğaca qədər olan hissə dövlət tərəfindən həyata keçirilir. “Global Services” MMC-nin rəhbəri kimdir? Bu MMC-ni vətəndaşları bezdirmək, soymaqmı üçün yaradıblar? “Global Services” MMC-nin rəhbəri kimdirsə buna bir dur deyən tapılacaqmı?
 //bizimxeber.az//

Bölmənin digər xəbərləri

19 Noyabr 2019 Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
19 Noyabr 2019 Füzulidə yeni korrupsioner şəbəkə
19 Noyabr 2019 Ekologiya nazirliyində şübhəli tender - “Köhnə hava“da olanlar kimlərdir?
18 Noyabr 2019 Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür
18 Noyabr 2019 MASALLIDA DƏHŞƏTLİ “EKOLOJİ TERROR” HÖKM SÜRÜR – NAZİRƏ MÜRACİƏT
18 Noyabr 2019 Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı
18 Noyabr 2019 Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi
17 Noyabr 2019 16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?
17 Noyabr 2019 AĞDAM İCRA BAŞÇISI APREL QAZİSİNİ İNCİDİR: ”İSTƏDİYİ ADAMI QƏBULDAN QOVUR, İSTƏDİYİN HƏBS ETDİRİR”-VİDEO
17 Noyabr 2019 "30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür." - Məşhur "Qarabağın Həcəri" İlham Əliyevə müraciət etdi...
17 Noyabr 2019 Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!"
16 Noyabr 2019 ZAKİR FƏRƏCOVUN ADI DAHA BİR QALMAQALA QARIŞIB - 8 MİLYON MANAT ÖDƏNİLMƏYİB
16 Noyabr 2019 YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB
16 Noyabr 2019 Bərdədə aksiya keçirildi, nazir müavini çətin vəziyyətdə - Foto
16 Noyabr 2019 Cavid Qara: Şəkidə 2500 hektar yaşıllıq ərazisi məhv edilib – (VİDEO)
16 Noyabr 2019 Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?
16 Noyabr 2019 ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
15 Noyabr 2019 Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
15 Noyabr 2019 Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir - Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?
15 Noyabr 2019 QARABAĞ DÖYÜŞÇÜSÜ: “MƏNİ İCRA BAŞÇISI DÖYÜDÜRÜB” – VİDEO

Dünyapress TV

Xəbər lenti