Laçnın deputatı varmı, yoxmu... - BİLİNMİR! - Axtarış...

Parlamentin adı “lal deputatlar” siyahısında yer alan bir üzvü də Laçın rayon seçki dairəsindən mandat almış Mahir Abbaszadədir. Adam MM-də varlığı ilə yoxluğu bilinməyən o deputatlardandır ki, küçədə dayanıb bir sorğu keçirsəniz, onu tanıyan olmayacaq.

Hətta yaxın zamanlarda jurnalistlər arasında keçirilən sorğuda da böyük əksəriyyət deputatı tanımadığını bildirmişdi. Yalnız bir nəfər – A. Niftiyev onu, sadəcə, bank müdiri kimi tanıdığını demişdi. “Deputat kimi onun hər hansı fəaliyyətindən və çıxışlarından xəbərim yoxdur. Bəlkə, Mahir müəllimin özü də unudub ki, millət vəkilidir…”

Doğrudan da, Mahir Abbaszadə deputat fəaliyyətinə kimi bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib.

2015-ci ildə Laçın seçki dairəsindən Milli Məclisin deputatı seçilən M. Abbaszadənin deputatlıq fəaliyyətindən heç laçınlıların da xəbəri yoxdur. Amma deyəsən onun “lallar” siyahısında yer alması ölkə rəhbərliyinin maraqlarına uyğun gəlir. Belə ki, 2018-ci ildə o daha önəmli bir vəzifəyə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin olunub. Bu ilin iyun ayında mətbuat deputatın qardaşının adının korrupsiya işində hallandığını gündəmə gətirərək, onun Fondun rəhbərliyindən kənarlaşdırılacağını yazdı. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almaqda təqsirləndirilən “Nikoil” bankın filialının vəzifəli şəxsləri arasında onun qardaşı “NİKOİL” bankın Sumqayıt filialının müdir müavini Zahir Abbasov da vardı. Məlum olmuşdu ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri ilə birlikdə 92 min manat məbləğində vəsaiti mənimsəmələrinə görə cinayət işi başladıb. Saxlanılan şəxslərin vətəndaşların kredit ilə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini fırıldaqçılıqla ələ keçirdikləri iddia olunurdu.

Həmin cinayət işində məsələlərin nə yerdə olduğunu bilmirik, amma Mahir Abbaszadə Fond rəhbəri kimi fəaliyyətinə əvvəlki qaydada davam edir.

Laçınlı deputatın səsi parlament tribunasından eşidilməsə də, mətbuatda tez-tez eşidilir. O, sorğuda adının “lal deputatlar” siyahısına salınmasını da “mətbuat vasitələrinin qara “piar”ı” adlandırır. “Əgər siz mənim seçicilərimlə ünsiyyətə girsəniz, onlardan soruşsanız, görərsiniz ki, mən aktiv olaraq seçicilərimlə ünsiyyətdəyəm. Müraciətlərin 50 faizi demək olar ki, həllini tapıb, yerdə qalanı isə tapmaq üzrədir.” “Amma internetdə axtarış verəndə seçicilərin sizi tapa bilməməsi, onlar yaşayan ərazilərdə öz biznesinizlə məşğul olmağınız barədə yazılar çıxır” sualına deputat belə cavab verir: “Mən bizneslə məşğul olmuram. İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Deputat fəaliyyətimə qədər bank sektorunda filial müdiri işləmişəm. Hazırda doktoranturada oxuyuram. Əgər həqiqətən biznesim varsa, onu yaradıb qura bilərəmsə, sadəcə, mən bununla qürur duyardım. Amma yoxdur. Laçınlıların bu gün yaşadığı ərazilərdə heç biznes yaratmaq üçün şərait də yoxdur. Gedib, orada yaşayan laçınlılardan soruşsanız, şahidi olarsınız ki, həqiqətən heç nəyim yoxdur.” İndi bizdən də “seçicilərin sözünə inanardınız, yoxsa deputatın” deyə soruşsalar, şübhəsiz, seçicilərin sözünü deyəcəyik. Çünki bu ölkədə deputat statuslu kimsənin sözünə zərrəcən inam qalmayıb. //siam.az//

Bölmənin digər xəbərləri

01 İyun 2020 ŞOK: Zərdab rayonu Alıcanlı kənd bələdiyyəsinin sədri Habil Əsədovun cənab Prezidentə XƏYANƏTİ
01 İyun 2020 İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır
01 İyun 2020 Neftçalanın gənc başçısı sakinlərlə yola getmir - Belə deyirlər...
01 İyun 2020 "Saatlı rayon Mərkəzi Xəstəxanasında bizdən açıq-aşkar rüşvət istəyirlər" - GİLEY
01 İyun 2020 "Qocalar evi"nin sakinləri və işçiləri etiraza qalxdılar. - VİDEO
01 İyun 2020 İCRA BAŞÇISINDAN ŞƏHİD ADINA HÖRMƏTSİZLİK - BAXIMSIZ ORTA MƏKTƏB, YOXA ÇIXAN 100 MİN MANAT (VİDEO)
01 İyun 2020 Vasif Novruzov Qobustanda kimdən və niyə gizlənir?
01 İyun 2020 “Azəriqaz”ı keçmiş rüşvətxorların,talançıların məskəninə kimlər çevirib?
01 İyun 2020 Fuad Hacıyevin 43400 manata avtomobil alması hansı zərurətdən yaranıb?
31 May 2020 Bakı İcra Hakimiyyətinin şöbə müdirinin milyonluq obyekti – Sənəd
31 May 2020 CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ TAXIL ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO
31 May 2020 Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun "Mədəni korrupsiyası".....
31 May 2020 ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
31 May 2020 İcra başçısı “Şamaxıda kişi yoxdur” deyib? – ŞOK İDDİA
31 May 2020 Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
31 May 2020 Cavid Qurbanov hekayəsi:qumar, xəyanət, korrupsiya... VIDEO
31 May 2020 İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ
30 May 2020 "CƏNAB PREZİDENT, BİZİ ƏHƏD ABİYEVİN RÜŞVƏTİNDƏN QURTARIN!"-ŞOK VİDEO
30 May 2020 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
30 May 2020 Beyləqanda PETrolçu hacının sərgüzəştləri: Atasının əməlləri məmur oğlunun karyerasını bitirə bilər

Dünyapress TV

Xəbər lenti