Əhmədzadənin qohumları bu bölgədə meydan sulayır... - İTTİHAM
 
 
Bu günlərdə redaksiyamızın Qax rayonunda ezamiyyətdə olan əməkdaşına yerli sakinlərin biri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasında həkimin xəstədən rüşvət almasını əks etdirən video-görüntülər təqdim olunub. Qax RMX-na isə Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə rəhbərlik edir. Qax Rayon İcra Hakimiyyətinin başçısı isə bildiyiniz kimi, Əhməd müəllimin xalası oğlu Musa Şəkiliyevdir. Yerli DSMF Şöbəsində də sədrin digər qardaşı oğlu Vüqar Əhmədzadə müdirdir. Qonşu Zaqatala rayonu da Əhmədzadələrin külli-ixtiyarındadır. Çünki, bu rayona Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə başçılıq edir. Zaqatalanın da səhiyyəsində korrupsiya hüquqpozmalarına rəvac verildiyi barədə indiyədək çox deyilib, çox yazılıb. Bir müddət əvvəl Zaqatala mərkəzi xəstəxanasında da rüşvət faktını əks etdirən video-çəkilişi saytlardan biri internetdə görüntüləmişdi.

Bəzi reallıqlar var ki, onlarla barışmaz lazım gəlir, amma müəyyən dövr ərzində. Görünən odur ki, bir qərinə boyu Qax-Zaqatala-Balakən bölgəsində öz ağsaqqallıq missiyasını uğurla həyata keçirən cənab Əhməd Əhmədzadə indi artıq qohumlarına yetərincə nəzarət edə bilmir. Müdrik adam batan günəş olunca gözləməməli, səhnədən vaxtında getməyi bacarmalıdır.

İntertv.az xəbər verir ki, Dövlətin səmərəli idarə edilməsi, məhz kadr siyasəti ilə sıx bağlıdır. Dövlətimiz dünya standartlarına cavab verən kadr siyasəti həyata keçirməklə, müasir dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Kadrlara ciddi şəkildə nəzarət edilməlidir. Görülən işlərin icrasına, dövlət büdcəsinin xərclənməsinə ciddi şəkildə diqqət edilməlidir. Bununla yanaşı, kadrlarla bağlı ictimai rəyə də diqqət etmək lazımdır. Çünki insanların imicinin müəyyən edilməsində ictimai rəy əhəmiyyətli amillərdən biridir. Ona görə də şəxsin haqqında cəmiyyətdə formalaşmış fikir və mülahizələrə də diqqət edilməsi əsas şərtlərdəndir. Sözsüz ki, kadr vətənpərvər olmalı, öz xalqını, vətənini sevməlidir. Bununla yanaşı, regionçuluq duyğularından da uzaq olmalı, ümummilli, dövlət maraqlarına sadaqətlə xidmət etməyi bacarmalıdır. Bütün bunların fonunda insanlar da əmin olmalıdırlar ki, onlara rəhbərlik edən adamlar bu millətə xidmət edirlər. Bütün bunlar ciddi və fədakar işdən, dövlətçiliyin qorunmasından keçir.

//İntertv.az//

Bölmənin digər xəbərləri

15 Oktyabr 2019 QEYDİYYAT-İMTAHAN İDARƏSİNDƏ YENƏ - "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"DIR...
15 Oktyabr 2019 BAXIŞ NAĞIYEV RƏHBƏRLİK ETDİYİ TƏHSİL ŞÖBƏSİNDƏ - KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ PİK HƏDDƏ - ŞİKAYƏT
15 Oktyabr 2019 Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM
15 Oktyabr 2019 20 NÖMRƏLİ MƏKTƏB-LİSEYDƏ HƏR BİR ŞAGİRDDƏN AYDA 3 MANAT YIĞILIR? - İDDİA
15 Oktyabr 2019 OĞUZDA EKOLOJİ "TERROR": MEŞƏDƏ AĞACLAR VƏHŞİCƏSİNƏ QIRILIR - VİDEOFAKT
15 Oktyabr 2019 Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
15 Oktyabr 2019 Müəllimə valideynləri etiraza səslədi... - "Valideynlər, qalxın..."
14 Oktyabr 2019 Bakıda qəza törədib qaçan “S-class”ın xanım sürücüsünü kim himayə edir? - "Mayor Qafar deyir ki, əxlaqlı xanımdır..."
14 Oktyabr 2019 "TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO
14 Oktyabr 2019 SUMQAYIT ŞƏHƏR 6 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR?
14 Oktyabr 2019 VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”
14 Oktyabr 2019 Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət... - “Kömək edin”Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət... - “Kömək edin”
14 Oktyabr 2019 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? — ŞOK FAKTLAR
14 Oktyabr 2019 XƏTAİ RİH-İN ƏHMƏDLİDƏ QORXULU SƏRGÜZƏŞTLƏRİ - FOTO
14 Oktyabr 2019 "Azpolt" MMC dağları "sökür", Ekologiya nazirliyi göz yumur - ŞİKAYƏT
14 Oktyabr 2019 İcra başçısı Füzulidə iğtişaş yetişdirib
13 Oktyabr 2019 Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
13 Oktyabr 2019 Ağsunun təzə başçısı da camaatı dinləmir... - “Evim başıma uçur, şikayətimə baxan yoxdur”
13 Oktyabr 2019 Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar
13 Oktyabr 2019 GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti