soccar (3)

Azərbaycanın müxtəlif çaplı dövlət məmurlarının qanunlara zidd olaraq, biznes və digər qadağan edilmiş fəaliyyət növləri ilə məşğulluqlarına dair məlumatların ardı-arası kəsilmir. Mediada və sosial şəbəkələrdə yüksək dövlət vəzifələrində çalışan şəxslərin, o cümlədən, onların ailə üzvlərinin qurduqları biznes şəbəkələri haqda sənədli-sübutlu materiallar dərc edilməkdədir. Hətta o məlumatların yayımlanmasında intensivlik o qədər artıb ki, bu və ya digər məmurun ölkə xaricində biznesə malik olduğunu təsdiqləyən materiallar artıq heç kəsi təəccübləndirmir.

Redaksiyamıza daxil olan bu kateqoriyaya aid növbəti informasiya da dövlətin strateji şirkətində yüksək post tutan məmurun öz övladlarının gələcəyinə “sərmayə yatırımı” ilə bağlıdır. Söhbət Dövlət Neft Şirkətinin (SOCAR-ın) Xarici Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiye”nin İdarə Heyətinin sədri Vaqif Əliyevdən gedir.

Xatırlatmaq yerinə düşər ki, Vaqif Əliyev son illərdə adı mətbuatda neqativ planda davamlı hallandırılan məmurlar sırasında xüsusi yer tutur. İlk növbədə FETÖ terror şəbəkəsi ilə sıx bağlılıqda, “SOCAR Türkiye”ni gülənçilərin “plasdarm”ına və maliyyə qaynağına çevirməkdə ittiham olunan Əliyevin bu zərərli fəaliyyəti Türkiyə mediasında da geniş işıqlandırılıb. Doğrudur, FETÖ-nün 15 iyul dövlət çeüvrilişinə uğursuz cəhdindən sonra gülənçilərin “SOCAR Türkiye”də yerləşdirdikləri bır sıra mühüm kadrlar zərərsizləşdirildi. Bununla belə, Vaqif Əliyevin həm Azərbaycan, həm də Türkiyə üçün misilsiz əhəmiyyətə malik şirkətin başında qalaraq, qardaş ölkəyə kapital qoyuluşlarını idarə etməsi onun imkanlarını daha da genişləndirib.

Təbii, Vaqif Əliyevin fəaliyyətində FETÖ-nün dirçəlməsi və Türkiyədə itirdiyi mövqeləri geri qaytarmağa hesablanmış xətt əsas yer tutur. Ancaq “SOCAR Türkiye”nin rəhbəri heç də “ideal ictimaiyyətçi” olmadığını burada da göstərməyə imkan tapıb. İsveçrə banklarından birində onun azyaşlı oğlunun adına olan 28 milyon dollar (47,6 milyon manat) oturdulmuş bank hesabının dondurulmasına dair ötən il verilmiş qərar hələ də müzakirə olunmaqdadır. Vaqif Əliyevin azyaşlı oğlunun hesabna köçürülmüş milyonların mənbəyi haqda sual isə bütün hallarda ritorik xarakterlidir. Dövlət vəsaitlərinə sərəncam vermək səlahiyyəti əldə etmiş Vaqif Əliyev o pulları “xalqın sərvəti” sayaraq, ailə üzvlərinin payını özbaşına ayıracaq qədər irəli getməyə cəsarətlənib. Həm də o 28 milyon dolların “dərya damla olduğunu” bilmək xüsusi istedad tələb etmir.

Vaqif Əliyevin adının qarışdığı məsələlər yuxarıda sadalananlarla məhdudlaşmır. Onun baldızının oğlu, bir neçə ay əvvələ qədər “Azfen” Birgə Müəssisəsində mühüm vəzifə tutan Ncat Qarayevin həbsi Vaqif Əliyevi və oğlunu yenidən diqqət mərkəzinə gətririb. Üzə çıxan faktlara əsasən, Nicat Qarayev Vaqif Əliyevin oğlu Orxan Əliyevin payçısı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycanda fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” üçün müəyyən işlər həyata keçirib. Lakin xalası oğlunun bir qrup vətəndaşa qarşı külli miqdarda dələduzluq etdiyini iddia edən Orxan Nicatla bağlı hüquq-mühafizə orqanlarına, daha konkret Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Ortada olan dələduzluq faktından zərər çəkənlər isə Vaqif Əliyevlə oğlunun bu yolla törətdikləri qanunsuz əməllərdən “sığortalanmağa” çalışdıqlarını bildiriblər. Hazırda məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir. Zərərçəkənlər bütün dələduzluq əməllərinin arxasında Vaqif Əliyev və oğlu Orxan Əliyevin dayandığını israrla bildirirlər. Görünən idur ki, bu “qohum qalmaqalı”nin davamı daha maraqlı faktları aşkarlayacaq.

Ancaq bu da Vaqif Əliyevin adının hallandığı son qalmaqal deyil. “SOCAR Türkiye” rəhbərini yenidən ön plana çıxaran məsələ bu dəfə daha ciddi və dövlətin əleyhinə yönələn fəaliyyət kateqoriyasına aiddir. Əldə olunan məlumatlara görə, törətdiyi qanunsuz əməllərin qarşılığında cəzasız qalmağın yeganə yolu kimi Azərbaycanda xaotik proseslərin başlamasını görən Vaqif Əliyev artıq radikal müxalifətin maliyyələşdirilməsi üçün hərəkətə keçib. Qeyd olunur ki, bu məqsədlə xüsusi kanallar yaradan “SOCAR Türkiye” rəhbəri bu işə yaxın çevrəsindəki ən inandığı şəxsləri cəlb edib. O baxımdan, vurğulanan dəstək müxalifətin radikal kəsiminin ciddi maliyyə tələb edən kütləvi tədbirlər hazırlığı üçün “sponsor dəstəyi”nin istiqaməti barəsində təsəvvür yaradır.

Vaqif Əliyevin adının gündəmdən düşməməsi, FETÖ-yə bağlılığı və korrupsiya əməlləri fonunda siyasi müxalifətə maddi dəstək verməyə qalxması hər halda, dövlətin müvafiq strukturlarının diqqətini cəlb etməlidir. Əks halda, yenə də gec olacaq.

AFN-in Analitik Qrupu

KK-1-300x52-3-300x52.jpg

Bölmənin digər xəbərləri

15 Oktyabr 2019 QEYDİYYAT-İMTAHAN İDARƏSİNDƏ YENƏ - "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"DIR...
15 Oktyabr 2019 BAXIŞ NAĞIYEV RƏHBƏRLİK ETDİYİ TƏHSİL ŞÖBƏSİNDƏ - KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ PİK HƏDDƏ - ŞİKAYƏT
15 Oktyabr 2019 Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM
15 Oktyabr 2019 20 NÖMRƏLİ MƏKTƏB-LİSEYDƏ HƏR BİR ŞAGİRDDƏN AYDA 3 MANAT YIĞILIR? - İDDİA
15 Oktyabr 2019 OĞUZDA EKOLOJİ "TERROR": MEŞƏDƏ AĞACLAR VƏHŞİCƏSİNƏ QIRILIR - VİDEOFAKT
15 Oktyabr 2019 Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
15 Oktyabr 2019 Müəllimə valideynləri etiraza səslədi... - "Valideynlər, qalxın..."
14 Oktyabr 2019 Bakıda qəza törədib qaçan “S-class”ın xanım sürücüsünü kim himayə edir? - "Mayor Qafar deyir ki, əxlaqlı xanımdır..."
14 Oktyabr 2019 "TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO
14 Oktyabr 2019 SUMQAYIT ŞƏHƏR 6 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR?
14 Oktyabr 2019 VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”
14 Oktyabr 2019 Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət... - “Kömək edin”Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət... - “Kömək edin”
14 Oktyabr 2019 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? — ŞOK FAKTLAR
14 Oktyabr 2019 XƏTAİ RİH-İN ƏHMƏDLİDƏ QORXULU SƏRGÜZƏŞTLƏRİ - FOTO
14 Oktyabr 2019 "Azpolt" MMC dağları "sökür", Ekologiya nazirliyi göz yumur - ŞİKAYƏT
14 Oktyabr 2019 İcra başçısı Füzulidə iğtişaş yetişdirib
13 Oktyabr 2019 Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
13 Oktyabr 2019 Ağsunun təzə başçısı da camaatı dinləmir... - “Evim başıma uçur, şikayətimə baxan yoxdur”
13 Oktyabr 2019 Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar
13 Oktyabr 2019 GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti