"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
 
 
Ucar rayonu Ramal kənd sakini Şəhid atası Fikrət Məmmədov redaksiyamıza ünvanladığı məktubu ürək ağrısıyla paylaşırıq.
80 yaşlı Şəhid atası yazır:

"Mənim oğlum Məmmədov Ehtimat Qarabağ döyüşlərində şəhid olub. Həyat yoldaşı , iki övladı var. Onları mən böyütdüm atasız olmaqlarını hiss edib ,üzülməyə qoymurdum. Çox əziyyətlə , kənd şəraitində oxutdum, təhsil verdim, bu Vətənə layiqli övıad olmaları üçün, atalarının ruhu şad olsun deyə çox əziyyətlərim olub. Hal hazırda şehidin yoldaşı , oğlu ve ailesi bir körpe uşaq iıe menim himayemde İki otaqlı evde yaşayırıq.
Bu günə qədər Torpaqlarımız uğrunda canını qurban edən şəhidin ailəsi - gəlinim və iki övladının həmişə ev problemi olub, hal hazırda kənddə uçuq daxmada şəhid ailəsi oğlu , gəlini yaşayır. Hər yerə müraciət etmişəm, DSMF-yə, Prezdent aparatına dəfələrlə məktublar , teleqramlar vurmuşam , mənim səsimi Möhtərəm prezdentimizə İlham Əliyevə , ölkəmizin birinci xanımı Mehriban xanıma çatmağa imkan vermirlər, və əlavə olaraq müraciət etməyimə yasaq qoyurlar, kimsə qəbul etmir, hətta Ucar rayon icra hakimiyyətində şiddətlərə, aqressiv sözlərlə qarşılanıram. Şəhidlərə icra hakimiyyəti ev paylamır deyə bu yaşda mənə və şəhid ailəsinə qarşı hiddət göstərirlər. Hörmətli media. Bəs mən neyləyim? kimə müraciət edim? Mənim artıq 80 yaşım var, Ya maddi imkanım ya da fiziki gücüm yoxdu ki , Şəhidin ailəsinə ev tikəm.
Dövlətimdən , ölkəmizin mərhəmətli xanımı vitse prezdentimiz Mehriban xanımdan şəhid oğlumun ailəsinə yardım etməyi 80 yaşlı ata kimi xahiş edirəm. Ailəsinin Dövlət himayəsiylə evi olsa Şəhidimin ruhu şad olar, Mən də bu yaşımda atasız ailənin daxmada yaşamasına iztirab çıkmərəm.
Bilirəm ki , dövlət rəhbərimiz hər bir zaman Şəhid ailəsinin qayğısına qalır, xalqını sevən rəhbərimiz sizə böyük hörmət və ehtiramla ümidlərimizə dəstək gözləyirik.
Şəhid atası Məmmədov Fikrət"

//Ria24.az//

Bölmənin digər xəbərləri

25 May 2020 Travmatologiya inisitutunda rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu - RƏZALƏT
25 May 2020 ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT
25 May 2020 Nazir olma sevdasına düşən İcra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində şampan məclisi düzənlədi
25 May 2020 İcra başçısı ilə İsgəndər Həmidovun qardaşı oğlu arasında qalmaqal: SENSASİON FAKTLAR - VİDEO
25 May 2020 Seymur Orucovun qayınatası ilə milyonluq fırıldağı – Şok faktlar
25 May 2020 Şəhid məzarlığına ögey münasibət bəsləyən icra başçısı - RƏZALƏT
25 May 2020 "Şikayətim “OBA market”in saxta qəbzlərindəndir” - GİLEY
25 May 2020 NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!”
25 May 2020 Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI
24 May 2020 Villasının görünməməsi üçün liseyin pəncərələrini hördürən icra başçısından daha bir addım - FOTO
24 May 2020 Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT
24 May 2020 Zakir Qaralov Kanal 13-ü susdurmaq istəyir: SAHİBİ OLDUĞU AKKORD İSƏ MİLLƏTİ ÜSYANA SÖVQ EDİR – VİDEO
24 May 2020 Mingəçevir Dövlət Dram Teatrında DAHA BİR RƏZALƏT
23 May 2020 Mingəçevirdə kirvələr hakimiyyəti- Qanunlar ayaqlar altında-FOTO
23 May 2020 “METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…
23 May 2020 Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA
23 May 2020 Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan JEK müdirləri - onlar niyə düzəlmir…!?
23 May 2020 Milyarder həyatı yaşayan yol rəisi-BƏRDƏDƏ
23 May 2020 İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - SENSASİYA
22 May 2020 GORANBOYUN ICRA BAŞÇISININ BƏNZƏRI OLMAYAN VƏ HƏR KƏSI ŞOKA SALAN QANUNSUZ ƏMƏLLƏRI — FAKTLAR İTTİHAM EDİR

Dünyapress TV

Xəbər lenti