Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
Azərbaycan səhiyyəsinin Şəmkir sakini Etibar Qasımovun başına gətirdiyi müsibət heç Kərbəlada olmayıb. Onun 2 yaşlı körpəsi Gülər həkimlərin laqeydliyi, soyğunçuluğu, qansızlığı ucbatından 8 saat can verərək tələf olub. Bunu erməni də eləməzdi ki, Şəmkir rayon Mərkəzi Xəstəxanası və Gəncə Mərkəzi Klinikası edib.

Reportyor.info xəbər verir ki, E.Qasımovun övladı ayın 25-də səhər saat 11- radələrində 2-3 metr yüksəklik olan pilləkəndən yıxılıb: “Mən gələnə qədər Qarabağ qazisi Rafiq Qasımov prezidentin ona bağışladığı əlil maşını ilə Güləri Şəmkir xəstəxanasına çatdırıb. Biz saat 12-dən axşam 6-ya qədər orada olduq. Dedilər ki, Gəncə xəstəxanasına çatdırmaq lazımdır, burada kömək edə bilməzlər. Bunun üçün təcili tibbi yardım maşını və kislorod balonu lazımıydı. İlahi, bu nə səhiyyədir, Şəmkirdə 10 təcili tibbi yardımı maşını var, birində kislorod balonu tapılmadı. Mən buradan səhiyyə naziri oqtay Şirəliyevə səslənirəm ki, hara baxır, necə yəni kislorod balonu yoxdur?” E.Qasımov bildirir ki, Gülərin həyatda qalması üçün Gəncə Mərkəzi Klinikası ilə əlaqə saxlayıblar: “Bizdən 1800 manat istədilər ki, Şəmkirdən gəlib götürüb kislorod balonu ilə Gəncəyə çatdırsınlar. Bu, Allahsızlıqdır. Onlara dedim ki, 800 manatım var, imkanım çatmır. Yalvardım ki, uşaq əldən gedir, amma razılaşmadılar. Belə qansızlıq harada görülüb? Axırda razılaşdıq ki, kislorod balonunu bizə versinlər, Şəmkirin təcili yardım maşını ilə gedək. Buna görə məndən 100 manat aldılar, sənədimi götürdülər ki, balonu qaytaranda geri verim. Görəsən, sonra bu balon mənim nəyimə lazım olacaqdı?” E.Qasımovun sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, 2 yaşlı Güləri həyatda saxlamaq mümkün olmur: “1800 manatım olmadı deyə balam dünyasını dəyişdi.

Cənab prezident, Mehriban xanım, biz dərdimizi hara deyək? O an uşağı görən ətrafdakı bütün adamlar həkimlərə yalvarırdı ki, kömək edin, amma deyirdilər ki, nə edək, kislorod balonumuz yoxdur. Səhiyyə Nazirliyinə səslənirəm, gəlsinlər, yoxlasınlar. Mən körpəmi verdim, bundan sonra qalan körpələri qorumaq lazımdır. İnsan həyatının bir qəpik dəyəri qalmayıb. Mən bunu Gəncə Mərkəzi Klinikasında gördüm. Bir ana yalvarırdı ki, uşağın boğazında qalan qəpiyi çıxarın. Amma deyirdilər ki, 700 manat ödə, sonra çıxaraq. Adamın qanı bədənində donur. Sən uşağı xilas elə, sonra lap 700 yox, 1700 manat al. Biz sonra getdik deyə o anadan xəbərim olmadı. Bizim 2 yaşlı körpəmiz 8 saat can verdi. Amma bu boyda Şəmkirdə kislorod balonu tapılmadı. Mən prezidenti, Mehriban xanımı, naziri bu rayona gəlməyə çağırıram”.
 
 

Bölmənin digər xəbərləri

25 Fevral 2020 Saatlıda qanunlar necə ayaqlar altına atılır... - İLGİNC
25 Fevral 2020 Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir FOTO Başçı və qardaşı Rövşən Quliyevin adını çəkirlər...FOTO
25 Fevral 2020 "Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
25 Fevral 2020 Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
25 Fevral 2020 Əhməd Əhmədzadənin bir ayda 29 tenderin qalibi etdiyi “Ruzi”MMC kimə məxsusdur?-Əlavələr olunub
25 Fevral 2020 Lənkəranda ana ölümünə görə Qair İsayevin həbsini tələb edirlər - GİLEY
25 Fevral 2020 Zakir Fərəcovun tikdiyi, İlyas Həsənovun yaşıllaşdırdığı Sumqayıtın görünməyən mənzərəsi
24 Fevral 2020 "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
24 Fevral 2020 Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO
24 Fevral 2020 Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- Əməllərinə cavab verməyəcək? FOTO
24 Fevral 2020 Qaxda məktəb direktoru həbs oluna bilər - korrupsiya faktları və...
24 Fevral 2020 Cəlilabad təhsilinin DTX əməliyyatına ehtiyacı var- İDDİA
24 Fevral 2020 Göyçay şefinin 1,2 milyonluq korrupsiyası: Prezident bilsə…
24 Fevral 2020 Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
24 Fevral 2020 XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR
24 Fevral 2020 QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR
24 Fevral 2020 İltizam Yusifovu deputat seçdirənlər hər şeyi üz-gözünə bulaşdırdı – Sensasion adlar
23 Fevral 2020 SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” – FOTO
23 Fevral 2020 Nefçala maliyyə müdiri təşvişdə - DTX icra başçısı ilə əlbir olan Rəşid Manafovu da həbs edəcək?
23 Fevral 2020 Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər

Dünyapress TV

Xəbər lenti