Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
Tərtərçay Hidroqovşağı İstismar İdarəsi 1974-cü ildə yaradılıb. Hidroqovşağın xidmət etdiyi rayonlara Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi daxildir. Hidroqovşağa daxildir: Sərsəng Su anbarı-həcmi:600 ml.m3 Madagiz Su anbarı-həcmi: 6 ml.m3 Sağ sahil M.K.-uzunluğu: 70,2 km Sol sahil M.K.-uzunluğu: 22,4 km. Hidrotexniki qurğuların sayı isə 433 ədəddir. Ştatda olan işçilərin sayı 344 nəfərdir ki, onlardan 180 nəfəri dondurulmuş əmək haqqı alır.

Azerinfo.az-a verilən məlumata görə bu idarənin rəisi Böyükkişi Cümşüdovun işdə yol verdiyi qanun pozuntuları yuxarıda adları çəkilən rayonlarda suvarma suyu ilə bağlı ciddi problemlərin əmələ gəlməsinə səbəb olub. Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər. İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. Başqa sözlə desək, Böyükkişi müəllim həmin texnikaları iş adamlarına aylıq icarəyə verib. Dövlət tərəfindən Tərtərdə və hidroqovşağa tabe olan rayonlarda suvarma suyu probleminin həllini tapması üçün mühüm tədbirlər həyata keçirilir. Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur. Rayonun qəhrəman əhalisi əkinçiliklə məşğul olur, heyvandırlığı inkişaf etdirir və sairə. Amma Tərtərin ən böyük problemi əkin sahələrini suvarmaq üçün zəruri olan sudur.

İddialardan biri belədir ki, B.Cümşüdov Əhmədzadəni razı salmaqla dövlətin büdcəsini sümürür. Əvəzində isə bölgədə əkin sahələri quruyur, su belə satışa çıxarılır. Böyükağa Cümşüdovun Tərtər camaatına suyu pulla satması onu karxana, ferma və bahalı maşın sahibi edib.

Onun fermerlərdən, kasıb kəndlilərdən suvarma üçün aldığı pullar sonradan karxana yaradılmasına sərf olunub. Hazırda onun Tərtər çay üzərində daş karxanasının olduğu bildirilir. Bundan başqa, Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb. İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur.

Bu idarədə «ölü canlı»lardan tutmuş, kartıq müdirin cibində olan işçilərə qədər hər şey baş verir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

20 Oktyabr 2019 “Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət
19 Oktyabr 2019 POLİSİN GÖZÜ QARŞISINDA “YAŞIL SOYQIRIM”: YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO + FOTOLAR
19 Oktyabr 2019 Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM
19 Oktyabr 2019 Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...
19 Oktyabr 2019 Səfər Mehdiyevin nəzərinə: DGK-nın generalı Vəzir Həsənov və DGK-nın şöbə müdürünün Çexiyada göz qamaşdıran şərikli biznesi -Milyonlarla ölçülən sərvət FOTO
19 Oktyabr 2019 Binəqədi DSMF-dən ciddi narazılıq
19 Oktyabr 2019 Yardımlı İcra başçısı müavininin DƏBDƏBƏLİ HƏYATI - saxta MMC-lər, milyonluq şirkətlər, malikanələr, bahalı maşnlar...VƏ NƏLƏR
18 Oktyabr 2019 Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM
18 Oktyabr 2019 “Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT
18 Oktyabr 2019 "ARAZ-ALKO” MMC-DƏ ALMAZ SALMANOVANIN MÜƏMMALI ÖLÜMÜ
18 Oktyabr 2019 İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov “informatoru” axtarır
18 Oktyabr 2019 ƏDLİYYƏ NAZİRİNİN RAYONUNDA MƏHKƏMƏ İCRAÇILARI KİMİN SİFARİŞİNİ YERİNƏ YETİRİR-VIDEO FAKT
18 Oktyabr 2019 Əhmədzadənin işçisi haqda iddia... - Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR
18 Oktyabr 2019 Əhmədzadənin işçisi haqda iddia... - Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR
18 Oktyabr 2019 Taleh Qaraşov bağçadan haqq alır - İTTİHAM/VİDEO
18 Oktyabr 2019 Biznesmen məktəb direktoru
17 Oktyabr 2019 NAZİRƏ MÜRACİƏT: “5-Cİ POLİS BÖLMƏSİ ŞİKAYƏTİMƏ BAXMIR” – FOTO
17 Oktyabr 2019 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI
17 Oktyabr 2019 Şabranda nə baş verir?
17 Oktyabr 2019 50 minlik maşın, Bakıda villa..- Salyan hərbi komissarının dəbdəbəli həyatı

Dünyapress TV

Xəbər lenti