MƏMMƏDLİ QƏSƏBƏSİNDƏ ATA VƏ OĞUL NƏBİYEVLƏR KİMİ, ƏMİ-QARDAŞOĞLU HÜMMƏTOVLARIN DA İŞİ ARAŞDIRILMALIDIR

«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsində xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması halları da sadalanıb. O hallar sırasında «notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda» halı da vardır. Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır. Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır.

Bu məqalədə haqqında söz açdığımız xüsusi notarius Ramiz Hümmətov da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hazırda Sabunçu rayonunun Binə qəsəbəsində notariat ofisinə rəhbərlik edən Ramiz Hümmətov həmin halları — yəni, onun özünə məxsus «R-Petrol» adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqəda kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədliqəsəbəsində  (Məhəmmədi kəndində) tikdiribayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini peşə fəaliyyətinə mane olan faktor kimi aradan qaldıra bilməz, belə bir niyyəti də yoxdur. Elə bu halları nəzərə alaraq, Ramiz Hümmətov həmin obyektlərin çoxunu qohumlarının adına rəsmiləşdirmişdir ki, hüquq müstəvisində bunca böyük varidatın onun özünə məxsus olması sübuta yetirilməsin. «Şər deməsən, xeyir gəlməz» atalar sözünün mahiyyətini yaxşı anlayan Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlunun adına rəsmiləşdirmişdir.

Xatırladaq ki, torpaq və onunla bağlı münasibətlər sistemində, ələlxüsus da torpaq sahələrinin qanuni və ya qanunsuz satılması, istifadəyə, icarəyə verilməsi, zəbt olunmasına göz yumulması məsələsindərayon, şəhər icra hakimiyyətlərinin nümayəndəlikləri yerli özünüidarəetmə qurumları olan bələdiyyələrlə tərəf müqabili kimi çıxış edirlər. İcra hakimiyyəti başçılarının «görən gözü, eşidən qulağı» olan icra  nümayəndələri bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsində (alverində) bələdiyyə sədrlərinə bir növ nəzarətçi funksiyasını yerinə yetirir və onların qazancına şərik olurlar. Məmmədli qəsəbəsi isə Bakıətrafı qəsəbələr arasında ərazisində torpaq maxinasiyaları gedənlərin önündə olub. Bu səbəbdən hətta qəsəbə bələdiyyəsinə sədrlik estafetini atası Xəlil kişidən almış Vüqar Nəbiyev cinayət məsuliyyətinə də cəlb olunub, həbs edilib. Onu da yada salmağa dəyər ki, ata və oğul Nəbiyevlər kimi, əmi-qardaşoğlu Hümmətovlar da əslən Tovuz rayonundandırlar və sözsüz ki onların korruptiv işbirliyi qurmalarında bu amil əhəmiyyətli rol oynayıb.

Mövzuya qayıdacağıq.

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 “JEK” zibilliyin yerini satıb? -Sakinlər İcra hakimiyyətinə müraciət edəcək
17 Sentyabr 2019 QƏZA TÖRƏTDİ, BİR NƏFƏR ÖLDÜ – DAYDAYISI OLAN AĞCABƏDİ SAKİNİ AZDALIQDA
17 Sentyabr 2019 "BAKI NƏQLİYYAT AGENTLİYİ AĞINI ÇIXARIB, DİNC ƏHALİNİ İNCİTMƏK OLMAZ"
17 Sentyabr 2019 “Şah”ı ələ keçirmək üçün məmur-hakim işbirliyi –Xüsusi mülkiyyəti yağmalamağın ən absurd forması necə baş verir?
17 Sentyabr 2019 Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)
17 Sentyabr 2019 “İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar
16 Sentyabr 2019 Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
16 Sentyabr 2019 Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO
16 Sentyabr 2019 Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTOLAR
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - VİDEO
16 Sentyabr 2019 Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
16 Sentyabr 2019 “EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…
16 Sentyabr 2019 ƏHMƏDZADƏNİN BEYLƏQANDAKI KORRUPSİYA ŞƏBƏKƏSİ…
16 Sentyabr 2019 ƏLİHEYBƏT ŞİRİNOV CƏBRAYIL RAYON MƏCBURİ KÖÇKÜNÜNƏ DİRİYKƏN QƏBİR QAZDIRDI-İDDİA
16 Sentyabr 2019 Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
16 Sentyabr 2019 İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM
16 Sentyabr 2019 ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO
16 Sentyabr 2019 "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
15 Sentyabr 2019 İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR - RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ
15 Sentyabr 2019 SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI

Dünyapress TV

Xəbər lenti