1568122041_69581324_2570329813031058_1741893797291229184_o.jpg
"Ruslan Əmirlinin yoxa çıxmasında dolayısı ilə əlim var. Bəs o bilmirdi ki, mənə toxunanda, insanların ana-bacısın söyəndə bunun cavabı olacaq?".
Bu sözləri Criminal.az saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yoxa çıxan mühafizəçisi Ruslan Əmirli ilə bağlı Criminal.az saytının sualına cavab olaraq Milli Fədailərin rəhbəri Fuad Muradov deyib. 
Onun sözlərinə görə, R.Əmirlini Milli Fədailər aparıbsa, az sonra səsi çıxacaq: "Demək nəsə var ki, yoxa çıxıb də. Kimsənin haqqına girəndə, kiminsə arxasınca danışanda və həmin adamların ətrafında olan insanlara lazımsız söz-söhbət aparanda bunun nəticəsi necə olmalı idi? AXCP nə cür susmalıdır? Söyüşün biri bir qəpikdən, bacı qalmayıb, namus qalmayıb, bəs bunlar necə susmalıdır? Ruslan Əmirli ətrafımda olan insanlara artıq-əskik söhbətlər aparıb. Bizə əli silahlı dəstə deyir. Bu vaxta qədər sənin başına tapança dirəyən olub? Sən kimsən ki, ətrafımdakı insanlarda mənim haqda fikir formalaşdırasan. Ruslan gedibsə demək nəsə səbəb var. Aparıblar də... Mən indi Ankaradayam, hər şey ola bilər. Bundan sonra ağılları başına gələr. Hazırda bilmirəm hardadır, amma whatsapp vasitəsilə öz lideri Əli Kərimli ilə əlaqə saxlayar.. Dünən Əli Kərimli ilə danışırdım. Mənə deyir ki, cəngəllik qanunlarıdırsa, cəngəllidə oynayaq. Yox hüquqi dövlətdirsə, hüquqi qaydada mübarizə aparaq. Əli Kərimli deyir ki, ətrafındakı insanlar düzdür. Ay kişi, sənin ətrafındakılar necə düzdür ki, ana-bacı, namus-qeyrət qoymadı. Bunun bir çıxış yolu var, ya yox? Ona dedim ki, məni hansısa siyasi partiya ilə səhv salma. Ona bildirdim ki, mən heç cinayətkar dəstə də deyiləm. Mən bu dövlətin fədaisiyəm. Kimsə artıq-əskik danışarsa, dövlətimin sütununa zərər yetirərsə, hər biri cəzasını alacaq. 3-4 saatdan sonra Ruslan özü öz cəzasını danışacaq". 
Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli yoxa çıxıb. R.Əmirlini Milli Onkologiya Mərkəzinin qarşısından tutaraq naməlum istiqamətə aparıblar. Artıq bir saatdan artıqdır ondan xəbər yoxdur.
AXCP iddia edir ki, R.Əmirlini ''fədailər'' aparıb. "Ruslan Əmirli bir neçə gün öncə özünü "fədailər"in rəhbəri adlandıran, sosial şəbəkələrdə əlində silah şəkillərini paylaşan Fuad Muradov tərəfindən ölümlə təhdid edilmişdi. Ruslanın başına gələcək hər hansı bir hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Hüquq mühafizə orqanlarından məlumat gözləyirik" - AXCP-nin gənclər komitəsinin sədri Emil Səlim belə qeyd edib.

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 “JEK” zibilliyin yerini satıb? -Sakinlər İcra hakimiyyətinə müraciət edəcək
17 Sentyabr 2019 QƏZA TÖRƏTDİ, BİR NƏFƏR ÖLDÜ – DAYDAYISI OLAN AĞCABƏDİ SAKİNİ AZDALIQDA
17 Sentyabr 2019 "BAKI NƏQLİYYAT AGENTLİYİ AĞINI ÇIXARIB, DİNC ƏHALİNİ İNCİTMƏK OLMAZ"
17 Sentyabr 2019 “Şah”ı ələ keçirmək üçün məmur-hakim işbirliyi –Xüsusi mülkiyyəti yağmalamağın ən absurd forması necə baş verir?
17 Sentyabr 2019 Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)
17 Sentyabr 2019 “İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar
16 Sentyabr 2019 Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
16 Sentyabr 2019 Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO
16 Sentyabr 2019 Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTOLAR
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - VİDEO
16 Sentyabr 2019 Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
16 Sentyabr 2019 “EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…
16 Sentyabr 2019 ƏHMƏDZADƏNİN BEYLƏQANDAKI KORRUPSİYA ŞƏBƏKƏSİ…
16 Sentyabr 2019 ƏLİHEYBƏT ŞİRİNOV CƏBRAYIL RAYON MƏCBURİ KÖÇKÜNÜNƏ DİRİYKƏN QƏBİR QAZDIRDI-İDDİA
16 Sentyabr 2019 Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
16 Sentyabr 2019 İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM
16 Sentyabr 2019 ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO
16 Sentyabr 2019 "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
15 Sentyabr 2019 İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR - RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ
15 Sentyabr 2019 SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI

Dünyapress TV

Xəbər lenti