“General məni həbslə təhdid edir…” — DYP inspektorundan Vilayət Eyvazova MÜRACİƏT
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Məhərrəmov Malik İbad oğlu “AzPolitika.info” saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab nazir, bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tərəfindən təhdid olunduğuma görə Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldım.

Məruzə edərək bildirirəm ki, mən 2008-ci il tarixdən Daxili İşlər Orqanlarında – Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyirəm. 28.07.2019-cu il tarixdə Şəmkir RPŞ-nın rəisi, polis polkovniki Elnur Həsənov tərəfindən heç bir qanuni əsas olmadan, onun müəyyən qanunsuz tələblərini yerinə yetirmədiyimə görə (Uzun illər sıralarında olduğum Daxili İşlər Orqanlarının nüfuzuna xələl gətirməmək üçün təfərrüatı burda yazmıram) daxili sərəncama götürülmüşəm. 02.08.2019-cu il tarixdə Sizə yazdığım raportdan sonra Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində başlayan araşdırma zamanı işdən çıxarılmağımın qanunsuz və qərəzli olduğunu sənədlərlə sübut etməyimə baxmayaraq, idarənin rəisi, general-mayor Sahib Mirzəyev ilk gündən ortada təkzibolunmaz sübutlar olmasına əhəmiyyət vermədən mənim şikayətimə obyektiv yanaşmamış, cinayət xarakterli bu sübutları görməzlikdən gələrək polkovnik Elnur Həsənovun tərəfini tutmuşdur.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568138056_2.jpg
Bir aydan artıq davam edən araşdırma zamanı mənim və ümumilikdə polis rəisinin təqibinə məruz qalan, onun qanunsuz tələblərilə üzləşən 50-dən yuxarı polis əməkdaşının şikayətinə obyektiv qiymət verilmədiyindən rayonumuzun hörmətli ağsaqqalları, təqaüddə olan keçmiş polis işçiləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlayaraq, Elnur Həsənovun qanunsuz əməllərini sadaladılar və onun cəzalandırılmasını xahiş etdilər. Bundan qəzəblənən general-mayor Sahib Mirzəyev bu gün məni qəbuluna çağıraraq, həbslə təhdid etdi. Eyni zamanda Prezidentə və Mehriban xanıma şikayət edən ağsaqqalların, keçmiş polis işçilərinin “başına oyun açacağını” da bildirdi. S.Mirzəyev şikayətimin obyektiv araşdırılması, ortaya qoyduğum cinayət xarakterli sübutlara hüquqi qiymət verilməsi əvəzinə mənim yanımda şikayətçi olduğum polkovnik Elnur Həsənova zəng vuraraq, “o yanımdadır, başına oyun açacağam. Ordan 3-4 nəfər tap bunun üzünə qoy, həbs edək” deyə məni bir daha təhdid etməklə, şikayətimə obyektiv qiymət vermək iqtidarında olmadığını açıq nümayiş etdirdi.

Cənab nazir, bunları nəzərə alaraq, məni qəbul etməyinizi və dinləməyinizi xahiş edirəm”.

“AzPolitika”
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568138134_1.jpg

Bölmənin digər xəbərləri

20 Oktyabr 2019 “Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət
19 Oktyabr 2019 POLİSİN GÖZÜ QARŞISINDA “YAŞIL SOYQIRIM”: YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO + FOTOLAR
19 Oktyabr 2019 Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM
19 Oktyabr 2019 Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...
19 Oktyabr 2019 Səfər Mehdiyevin nəzərinə: DGK-nın generalı Vəzir Həsənov və DGK-nın şöbə müdürünün Çexiyada göz qamaşdıran şərikli biznesi -Milyonlarla ölçülən sərvət FOTO
19 Oktyabr 2019 Binəqədi DSMF-dən ciddi narazılıq
19 Oktyabr 2019 Yardımlı İcra başçısı müavininin DƏBDƏBƏLİ HƏYATI - saxta MMC-lər, milyonluq şirkətlər, malikanələr, bahalı maşnlar...VƏ NƏLƏR
18 Oktyabr 2019 Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM
18 Oktyabr 2019 “Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT
18 Oktyabr 2019 "ARAZ-ALKO” MMC-DƏ ALMAZ SALMANOVANIN MÜƏMMALI ÖLÜMÜ
18 Oktyabr 2019 İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov “informatoru” axtarır
18 Oktyabr 2019 ƏDLİYYƏ NAZİRİNİN RAYONUNDA MƏHKƏMƏ İCRAÇILARI KİMİN SİFARİŞİNİ YERİNƏ YETİRİR-VIDEO FAKT
18 Oktyabr 2019 Əhmədzadənin işçisi haqda iddia... - Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR
18 Oktyabr 2019 Əhmədzadənin işçisi haqda iddia... - Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR
18 Oktyabr 2019 Taleh Qaraşov bağçadan haqq alır - İTTİHAM/VİDEO
18 Oktyabr 2019 Biznesmen məktəb direktoru
17 Oktyabr 2019 NAZİRƏ MÜRACİƏT: “5-Cİ POLİS BÖLMƏSİ ŞİKAYƏTİMƏ BAXMIR” – FOTO
17 Oktyabr 2019 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI
17 Oktyabr 2019 Şabranda nə baş verir?
17 Oktyabr 2019 50 minlik maşın, Bakıda villa..- Salyan hərbi komissarının dəbdəbəli həyatı

Dünyapress TV

Xəbər lenti