"Baby Star" uşaq bağçasında nə olub? - Narazılıq
Bakının "Neftçilər" metro stansiyasının yaxınlığında yerləşən "Baby Star" uşaq bağçası haqda "Facebook"da qrupların birində şikayət dolu bir məlumat paylaşılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Vəfa Əsədova adlı şikayətçi bir neçə gün öncə 2 yaşlı oğlunu həmin bağçaya qoymaq istəyərkən oradakı şəraitdən dəhşətə gəlib: "Uşaqlar yağışdan sonra yaranan gölməçədə antisanitar şəraitdə oynayırlar, oyuncaqlarının içini su ilə doldurub torpağa tökürlər, bəzilərinin ayağında yay səndəlləri olduğu üçün corabları islanıb, “müəllimlər və baxıcılar” isə kənarda dayanıb söhbət edirlər, digərləri isə onlara oturaraq tamaşa edirlər. Yaxınlaşıb iradımızı bildirdikdə isə bizə verdikləri cavab daha dəhşətli idi.

“Burada nə var? Uşaqlar hava almalıdırlar, içəri keçəndə əlləri yuyulacaq. Müəllimlər dedilər ki, suda oynayan Hüseyn adlı uşağın problemləri olduğu üçün valideynləri ona istədiyi hər şeyi etməyə icazə verməyi tapşırıblar. İlk olaraq onu qeyd edim ki, oradakı bütün uşaqlar palçıqlı su ilə oynayırdılar və şəkildəki uşağın adı Hüseyn ola bilməz, çünki qız uşağıdır".
"Aylığı 420 manat olan bağça təzə təmirdən çıxdığı üçün hər yer toz içində idi. Dəhlizdə isə uzun taxtalar, təmir ləvazimatları var idi. Bu taxta və ləvazimatlar uşaqlar üçün təhlükə mənbəyi sayıla bilər. Ayaqyoludakı vəziyyət də ürəkaçan deyildi. Balaca bir otaqda 3-4 oğlan və qız uşaqları üçün unitazlar qoyulmuşdu. Amma arada heç bir arakəsmə yox idi. Mən 4 uşağın, yəni oğlanlarla qızların ehtiyaclarını bir yerdə ödəmələrini normal hesab etmirəm".

Qeyd edək ki, bununla bağlı bağçanın media ilə əlaqələndirici şəxsi Azər Nəzərovla əlaqə saxlmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Bölmənin digər xəbərləri

16 Sentyabr 2019 Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
16 Sentyabr 2019 Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO
16 Sentyabr 2019 Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTOLAR
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - VİDEO
16 Sentyabr 2019 Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
16 Sentyabr 2019 “EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…
16 Sentyabr 2019 ƏHMƏDZADƏNİN BEYLƏQANDAKI KORRUPSİYA ŞƏBƏKƏSİ…
16 Sentyabr 2019 ƏLİHEYBƏT ŞİRİNOV CƏBRAYIL RAYON MƏCBURİ KÖÇKÜNÜNƏ DİRİYKƏN QƏBİR QAZDIRDI-İDDİA
16 Sentyabr 2019 Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
16 Sentyabr 2019 İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM
16 Sentyabr 2019 ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO
16 Sentyabr 2019 "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
15 Sentyabr 2019 İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR - RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ
15 Sentyabr 2019 SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI
15 Sentyabr 2019 “Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya arxayın olan.."- ŞİKAYƏT/VİDEO
15 Sentyabr 2019 Gədəbəyin "komisarı"açıq bazar qaydaları ilə işləyir - Gədəbəydə niyə səfərbər ola bilmirik...
15 Sentyabr 2019 VƏTƏNDAŞ HEYDƏR ƏLİYEV FONDUNDAN YARDIM İSTƏYİR
14 Sentyabr 2019 Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi: “Qələt edir…”
14 Sentyabr 2019 Qazaxda böyüklərin “uşaq baxçası” oyunu: Rəcəb Babaşovun kadr siyasəti
14 Sentyabr 2019 Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY

Dünyapress TV

Xəbər lenti