Vaqif Əliyevin və baldızı oğlunun şok səs yazısı yayıldı: “Atam dedi ki, Orxan uşaqdır, Vaqif əmi ilə danışacam...”
 
 
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin, oğlunun və yaxın qohumlarının adı hallanan dələduzluq hadisəsi ilə bağlı AFN-ə yeni məlumat daxil olub. Redaksiyamıza təqdim edilən səs yazılarında hadisə ilə bağlı etiraflar özünə yer alır. Məlum olur ki, V.Əliyev də, ailəsi də baş verən dələduzluq hadisəsindən nəinki xəbərdar olublar, hətta hadisələrin iştirakçılarıdırlar.

Xatırladaq ki, V.Əliyevin adı keçən əməllə bağlı Qarayev Nicat Maarif oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilib. N.Qarayev V.Əliyevin baldızının oğludur. O, 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib. Bu müddət ərzində isə xalası oğlu (Vaqif Əliyevin oğlu-red.) Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən (Quliyev Elçin-110 min manat, Seyidov Taleh-303.500 manat, Nağıyev Vasif- 21.000 manat, Həsənzadə Rüfət-113.000 manat, Sadıqov Elgün- 40.000 manat-red.) külli miqdarda pul alıb.

Hazırda yalnız adları qeyd olunan şəxslərə qarşı etdiyi əmələ görə Nicat Qarayevə ittiham elan edilsə də, iş üzrə Eyvazov Raman Əlikram oğluna 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq etdiyinə görə adları qeyd olunan şəxslər də iş üzrə zərərçəkmiş şəxslər qismində tanınıb. Nicat Qarayev bu əməlləri ilə zərərçəkmiş şəxslərə ümumilikdə 3.806.820 manat maddi ziyan vurub. Qeyd olunan cinayət işi 22.07.2019-cu il tarixdə Əliyev Orxan Vaqif oğlunun şikayət ərizəsi əsasında başlansa da, zərərçəkənlər bunun qurama olduğunu deyirlər: “Maraqlı burasıdır ki, N.Qarayev tərəfindən xalası oğlu O.Əliyevə, onun şirkətinə qarşı hər hansı dələduzluq hərəkətləri edilməyib, ərizəçi Orxan Əliyev vurulmuş ziyan barədə heç nə göstərməyib, yalnız Nicat Qarayevin dələduzluq əməlləri barəsində məlumat verib. Burdan da belə qənaətə gəlmək olur ki, Orxan Əliyev və atası Vaqif Əliyev qabaqcadan özlərini sığortalamaq məqsədilə bu cür ərizə ilə müraciət ediblər”.

Qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılan cinayət işi üzrə V.Əliyev və oğlu Orxan Əliyev dindirilib. İş üzrə zərərçəkmiş kimi tanınan bir qrup şəxsin redaksiyamıza təqdim etdiyi səs yazılarından məlum olur ki, V.Əliyev baldızı oğlunun əməllərindən əvvəlcədən xəbərdar olub, lakin ona mane olmayıb. Zərərçəkənlərlə danışığında V.Əliyev etiraf edir ki, bir il əvvəl də oxşar hadisə baş verib, baldızı oğlu kimlərisə aldadıb və bundan xəbərdar olublar. “Nicatın xalası (V.Əliyevin xanımı-red.) bacısına zəng edib deyib ki, ay bacı, sənin oğlun maşenniklik edir, bunu ya öldürəcəklər, ya da axırı türmədir. Üstündən bir il keçib, bu adam dəyişməyib...”
Redaksiyamıza təqdim edilən digər səs yazısında N.Qarayev özü etiraf edir ki, ağsaqqal (V.Əliyev-red.) ölkədə yoxdur, gələndə problem həllini tapacaq. Danışıqda V.Əliyevin oğlu Orxan Əliyevin də adı çəkilir və N.Qarayev bildirir ki, Orxan ona mane olur pulları qaytarmağa: “Orxan narazı qalır ki, niyə başqa adamları cəlb etmisən bu prosesə. Mən atama dedim, dedi ki, Orxan uşaqdır, mən onun böyüyü ilə danışacam, Vaqif əmi indi ölkədə yoxdur, gəlsin danışıb həll edəcəm”.

Bölmənin digər xəbərləri

17 Yanvar 2020 İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEO
17 Yanvar 2020 Daha güclü Azərbaycan naminə - ÖZ LAYİQLİ NAMİZƏDİNİZƏ SƏS VERİN!
17 Yanvar 2020 Vəsilə xanım Abulovanın 99 saylı seçki dairəsində qalib olması qaçılmazdır.
17 Yanvar 2020 Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…
17 Yanvar 2020 DTX- dan ŞOK ARAŞDIRMA! Yüzlərlə plastik kart, milyon dollar mənimsəmə - Gömrük generalının BAŞI DƏRDDƏ
17 Yanvar 2020 İcra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT – VİDEO
16 Yanvar 2020 İdman nazirinin qaldıra bilməyəcəyi “ağırlıq” yaxud Azad Rəhimov Elmar Əliyevin maxinasiyalarına şərikdirmi?
16 Yanvar 2020 ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
16 Yanvar 2020 Nazirin Lerik meşələrində qızıl axtarmasının qarşısını polis aldı – Qalmaqal
16 Yanvar 2020 “Medical Plaza” klinikasında həkim rüsvayçılığı nələrə səbəb olub?- ŞOK OLAY
16 Yanvar 2020 Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
16 Yanvar 2020 Qəbələdə tibbi sığorta biabırçılığı
16 Yanvar 2020 Şəmkir polisi Dilqəm Əsgərovun sənədli silahını götürüb, oğluna cinayət işi açır
16 Yanvar 2020 Biləsuvarın “ofisiant” icra başçısı PA-da dayağını itirdi - Səksəkədə
16 Yanvar 2020 5 yaşlı qızını itirən ata fəryad edir: "Qızım həkim səhlənkarlığının qurbanı oldu" - FOTO
16 Yanvar 2020 Bakıda icra başçısı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO
16 Yanvar 2020 Diplomu Olmayan Direktor Müavini-FOTOFAKT
15 Yanvar 2020 Qida agentliyindən Prezidentə şikayət
15 Yanvar 2020 “Qoyun otarıram cənab hakim, məhkəməyə gəlməyə vaxtım yoxdur”- Yasamal Məhkəməsindən ŞİKAYƏT
15 Yanvar 2020 Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video

Dünyapress TV

Xəbər lenti