“Veysəloğlu MMC” şəhid ailəsinə qarşı... - QALMAQAL

Şəhidlik elə bir uca zirvədir ki, Axirət günündə Allah onlara istədiklərinə şəhadət vermək haqqını verdi. Onları Peyğəmbərlərindən sonra ikinci müqəddəslərdən etdi. Fani dünyanın insanlarına isə şəhid adına, şəhid ruhuna hörmət etməyi buyurdu. Əsla düşünməyin ki, dövlətimiz şəhidlərin qiymətini yetərincə vermir. “Şəhidlik haqqında Azərbaycan Respublikasının Qanun”unda şəhid ailələrinin haqq və hüquqları olduqca gözəl əksini tapıb. Biz qələmə aldığımız yazımızda bundan bəhs etmək istəmirik. ŞƏHİD adının ucalığı altında şəxsi maraqlar xatirinə alçalan işbazlardan bəhs etmək istəyirik. Əminik ki, bu sizlər üçün də maraqlı oldu. Elə isə keçək mətləbə.

Redaksiyamıza müraciət edən şəhid ailəsi Əliyeva Tura Rza qızı acınacaqlı vəziyyətdə olan mənzilinin təmirinə mümkün qədər kömək göstərilməsi məqsədilə “Veysəloğlu MMC”-yə müraciət edir. Şirkət şəhid ailəsindən şəhidliyi təsdiq edən bir yığın sənəd tələb edir. Adını da qoyur “ailə haqqında məlumatları dəqiqləşdirmək”. Müraciət edən Tura ana aylarla şirkətdən xoş bir xəbər alacağı ümidiylə gözləyir. Nəhayət, cavab gəlmədiyini gördükdə yenidən şirkətlə telefon əlaqəsi yaradır. Telefon xəttinin o başında oturan hər kimsə soyuq, quru, təkəbbürlü səslə, amiranə şəkildə, müraciət edən şəhid ailəsinə “Veysəloğlu şirkətinin şəhid ailələrinə kömək etmək imkanları məhduddur. Siz müraciətinizi bizə yox dövlətə edin”.

“GÖZƏL”. Zənnimizcə, “Veysəloğlu MMC”-nin rəhbərləri Şəhid ailələrinin savadsız, cahil olduqlarını düşünürlər. Niyə belə düşündük? İcazə verin açıqlayaq. Bu gün şəhid olanlar arasında bir məmurun, bir varlının övladı yoxdur. Şəhidlər sadə xalqın övladlarıdırlar. O sadə xalqın biri də Tura anadır ki, Şəhid balası Ayaz Əliyevi beş yaşından təkbaşına, atasız böyütdü. Oliqarxlıq iddiası ilə yaşayan və düşünün “Veysəloğlu MMC” kimi böyük şirkət sahibləri sadə xalqa barmaqarası baxdıqları üçün onları savadsız, hüquqlarını bilməyən, müraciətlərini doğru ünvanlamayan toplum olaraq hesab etsələr də onlar isə kimlərə və hara müraciət etməli olduqlarını gözəl bilirlər. Bilirlər ki, bu gün qurub, səfasını sürdükləri biznesləri üçün onlar Şəhid övladlarına borcludurlar. O borcu yadlarına salmaq üçün müraciət edirlər. Şəhid əmanətinə sahib çıxmaq bu gün Azərbaycanda şirkət qurub, rahat biznes sayəsində yatırlara sahib olan hər kəsin mənəvi borcdur . Əgər mənəvi duyğular hələ də qalıbsa.

Yazımızın əvvəlində “Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən bir yığın sənəd toplayır fikirini söylədik. Sonra “imkanlarımız məhduddur” deyib, başdan etdiklərini bildirdik. Bir halda ki, şirkət kömək etməyəcəyini bildiyi halda, məgər olmaz mı ki, vətəndaş müraciət edən zaman ilk başdan rədd cavabı verilsin? Bəs o halda bu qədər maklatura toplamaq nəyə gərəkdir? Burada maklatura adlandırdığımız şəhid ailələrindən toplanan sənədlərin nəyə gərəkli olması məqamına yetişdik.

Aldığımız məlumata əsasən “Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən sənədləri toplayıb, sonda ölkə Prezidenti qarşısında yalanlardan ibarət hesabat verir ki, “bu qədər şəhid ailəsinə köməklik edib”.Yalanı qarşısında isə ölkə rəhbərliyindən gerçək imtiyazlara sahib olurlar. Doğurdan da “gözəl düşünülmüş hərəkətdir”. Dövlət rəhbərinin həssaslıqla diqqətdə saxladığı şəhid ailələrinin adından istifadə edib, yalançı “xeyriyyəçi” adını qazanmaq ən asan qazanılmış müsbət imicdir. Amma unutduğunuz həqiqəti yadınıza salmağı özümüzə borc bilirik ki, nə qazandığınız milyonlar, nə saxta adlar Şəhidin əmanətinə qarşı etdiyiniz xəyanətin Haqq qarşısındakı divanında sizlərə sipər olmaq iqtidarında olmayacaqdır. Tək sipəriniz şəhidlərin verdiyi şəhadət olacaq. Qorxun ki, ümid verib, ümidlərini qırdığınız şəhidlərin doğmalarının sınıq könüllərinin fəryadı şəhidlərin nigaran baxışlarını Allaha yönəltsin.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:
“DogruXeber.az”

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)
17 Sentyabr 2019 “İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar
16 Sentyabr 2019 Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
16 Sentyabr 2019 Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO
16 Sentyabr 2019 Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTOLAR
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - VİDEO
16 Sentyabr 2019 Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
16 Sentyabr 2019 “EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…
16 Sentyabr 2019 ƏHMƏDZADƏNİN BEYLƏQANDAKI KORRUPSİYA ŞƏBƏKƏSİ…
16 Sentyabr 2019 ƏLİHEYBƏT ŞİRİNOV CƏBRAYIL RAYON MƏCBURİ KÖÇKÜNÜNƏ DİRİYKƏN QƏBİR QAZDIRDI-İDDİA
16 Sentyabr 2019 Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
16 Sentyabr 2019 İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM
16 Sentyabr 2019 ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO
16 Sentyabr 2019 "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
15 Sentyabr 2019 İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR - RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ
15 Sentyabr 2019 SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI
15 Sentyabr 2019 “Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya arxayın olan.."- ŞİKAYƏT/VİDEO
15 Sentyabr 2019 Gədəbəyin "komisarı"açıq bazar qaydaları ilə işləyir - Gədəbəydə niyə səfərbər ola bilmirik...
15 Sentyabr 2019 VƏTƏNDAŞ HEYDƏR ƏLİYEV FONDUNDAN YARDIM İSTƏYİR
14 Sentyabr 2019 Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi: “Qələt edir…”

Dünyapress TV

Xəbər lenti