Deputat Hacı Salayevdə Londonda mənzil alıb? - İDDİA
Son dövrlər yüksək vəzifəli məmurların və deputatların ölkə xaricindəki milyonlarla manat dəyəri olan əmlakları, biznes şəbəkələri barədə mətbuatda mütəmadi məlumatlar yayılır. Bu sırada nazirlər, komitə sədrləri, müxtəlif yüksək vəzifələri tutan məmurlarla yanaşı, millət vəkilləri də çoxluq təşkil edir. 

Qanunlar məmur və deputatların biznes fəaliyyətini qadağan etsə də, onlar buna əhəmiyyət vermir, müvafiq qurumlar isə heç bir reaksiya göstərmir. Bəziləri xaricdəki əmlak və şirkətlərini başqalarının adına rəsmiləşdirib, bir çoxu isə heç nəyə əhəmiyyət verməyərək öz adlarına rəsmiləşdiriblər. 

AzFakt.com-a verilən məlumata görə, Hacı Salayev Böyük Britaniyanın paytxatı və Avropanın ən bahalı şəhəri olan Londonda dəbdəbəli mənzil alan azərbaycanlılar siyahısındadır. Məlumatda iddia olunur ki, deputat Londondakı mənzili almaq üçün 350-400 min fun-strelinq vəsait (səkkiz yüz min manat) xərcləyib. 

Qeyd edək ki, bir müddət əvvəl deputat Hacı Salayevin xaricdə biznesi barədə mətbuatda maraqlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, deputatın oğlu, "AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur. 

Şirkət İstanbulun Beşiktaş səmtində, Akat Məhəlləsində Ebulula Mardin küçəsi Mermerler St. D.Bl. N. 8/3 ünvanında yerləşir".

Deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir: "Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568044020_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568044018_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568044068_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-09_1568044043_5.jpg

Bölmənin digər xəbərləri

16 Sentyabr 2019 Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
16 Sentyabr 2019 Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO
16 Sentyabr 2019 Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTOLAR
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - VİDEO
16 Sentyabr 2019 Şəmkir səhiyyəsinin süqutu: “1800 manatım olmadı, 2 yaşlı körpəm can verdi…” – Video
16 Sentyabr 2019 “EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…
16 Sentyabr 2019 ƏHMƏDZADƏNİN BEYLƏQANDAKI KORRUPSİYA ŞƏBƏKƏSİ…
16 Sentyabr 2019 ƏLİHEYBƏT ŞİRİNOV CƏBRAYIL RAYON MƏCBURİ KÖÇKÜNÜNƏ DİRİYKƏN QƏBİR QAZDIRDI-İDDİA
16 Sentyabr 2019 Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA
16 Sentyabr 2019 İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM
16 Sentyabr 2019 ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO
16 Sentyabr 2019 "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
15 Sentyabr 2019 İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR - RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ
15 Sentyabr 2019 SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI
15 Sentyabr 2019 “Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya arxayın olan.."- ŞİKAYƏT/VİDEO
15 Sentyabr 2019 Gədəbəyin "komisarı"açıq bazar qaydaları ilə işləyir - Gədəbəydə niyə səfərbər ola bilmirik...
15 Sentyabr 2019 VƏTƏNDAŞ HEYDƏR ƏLİYEV FONDUNDAN YARDIM İSTƏYİR
14 Sentyabr 2019 Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi: “Qələt edir…”
14 Sentyabr 2019 Qazaxda böyüklərin “uşaq baxçası” oyunu: Rəcəb Babaşovun kadr siyasəti
14 Sentyabr 2019 Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY

Dünyapress TV

Xəbər lenti