SHXÇDX, Gədəbəy rayon idarəsində yeni “bazar qanunları”-ŞOK OLAY


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsinə təqribən dörd ay bundan öncə polkovnik-leytenant Eldəniz Süleymanlı yeni rəis təyin olunarkən, tam əksəriyyət düşünürdü ki, bu idarədə hökm sürən “bazar qanunları”na “stop” qoyulacaq.

Amma, həmin kəslər nə biləydilər ki, əvvəlki “komissar”ların oturub işlədikləri binanın ümumi görkəmi xoşuna gəlməyən, rayonun MKTB-nin balansında olan və vaxtilə şəhər icra nümayəndəliyinin yerləşdiyi binanı, üstüstə on iş otağını 50 min manat vəsait xərcləməklə qaydaya saldıran, eyni zamanda özünə yaratdığı “super” iş otağına 25 min manat vəsait xərcləyən bu şəxs, bir hərbi bileti 6 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını isə 500 manata qaldıracaq. Məsələnin düşündürücü tərəfi odur ki, Eldəniz Süleymanlı təqribən dörd ay bundan öncə adı çəkilən idarəyə rəis təyin olunur və o, ötən aylar ərzində digər xərclər istisna olunmaqla, söylənilənlərə görə, təkcə təmir işlərinə 75 min manatdan çox vəsait xərcləyir. O halda ortaya maraq kəsb edən çoxsaylı suallar çıxır. Görəsən bu şəxs daşıdığı vəzifəsinə görə ayda nə qədər əməkhaqqı alır ki, o, bu qədər işlərin öhdəsindən gələ bilib?

Onu da qeyd edək ki, Gundemxeber.az saytının əldə etdiyi məlumatlara görə Gədəbəy rayon idarəsininin yerləşdiyi bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansında olmadığından, sabiq “komissar”lar həmin binanı heç də qaydaya saldırmağı bacara bilməmişdilər. Çünki, vaxtilə həmin şəxslər bildirirdilər ki, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən, bu binanın təmir olunmasına vəsait ayrılmır”. Hələ bunlar azmış kimi, Gədəbəy rayon idarəsi tərəfindən “Qurbanlıq bayramı”nda kəsilən heyvanlara xərclənən pulların necə, hansı yollarla əldə olunması da, hər kəsi düşünməyə sövq edir. Düşünürük ki, belə bir olayların varlığı hər kəsi düşündürdüyü kimi, məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimovu da düşündürəcək. Çünki, heç bir istehsal sahəsi olmayan, biznes fəaliyyəti ilə məşğul olmayan bir idarə rəhbərinin belə bir addımlar atması, olduqca düşündürücü nüaslardır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsi rəisinin bir hərbi bileti 6000 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını 500 manata qaldırmaqla qorxusuz-təhlükəsiz işləməsinin kökündə, sən demə başqa-başa amillərin varlığı dururmuş. Belə ki, söylənilənlərə görə adı çəkilən bu şəxs rayonda “ranqlı vəzifə” sahibi olan bir şəxslə sıx təmas qurmağı bacarıb. Elə ki, bir kimsə Eldəniz Süleymanlıya “qaşın üstə qara var” deyir, o halda həmin vəzifə sahibi idarə rəisinin “harayına çatır” və Gədəbəy rayon idarəsi rəisinin “xətrinə dəyən” həmin kəsi “məhşər ayağına” da çəkir.

Bütün bunlar qalsın bir yana, Gədəbəy rayon idarəsi rəisinin atdığı addımları analiz edərkən, ümumi çevrə arasında yaşananları müzakirəyə çıxarakən, məhz belə bir qənaətə gəlmək olur ki, müharibə şəraitində yaşayan bir ölkədə Eldəniz Süleymanlı ölkəmizə bu cür “töhfə”lərini bəxş etməklə, müasir tariximizdə silinməz izlər də buraxacaq. Görəsən səbəb nədir ki, qəlbində vətənpərvərlik hissi gəzdirən, onu göz bəbəyi kimi qorumağa çalışan bəzi gənclərimizi, o, yollarından çıxmağa şərait yaradır. Axı, belə bir addımlar heç cür yolverilməzdir. Bir hərbi biletin 6 min manata satılması isə, nə yerə, nə göyə sığası məsələ deyil. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.

Gundemxeber.az

 
 
 

Bölmənin digər xəbərləri

17 Yanvar 2020 İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEO
17 Yanvar 2020 Daha güclü Azərbaycan naminə - ÖZ LAYİQLİ NAMİZƏDİNİZƏ SƏS VERİN!
17 Yanvar 2020 Vəsilə xanım Abulovanın 99 saylı seçki dairəsində qalib olması qaçılmazdır.
17 Yanvar 2020 Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…
17 Yanvar 2020 DTX- dan ŞOK ARAŞDIRMA! Yüzlərlə plastik kart, milyon dollar mənimsəmə - Gömrük generalının BAŞI DƏRDDƏ
17 Yanvar 2020 İcra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT – VİDEO
16 Yanvar 2020 İdman nazirinin qaldıra bilməyəcəyi “ağırlıq” yaxud Azad Rəhimov Elmar Əliyevin maxinasiyalarına şərikdirmi?
16 Yanvar 2020 ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
16 Yanvar 2020 Nazirin Lerik meşələrində qızıl axtarmasının qarşısını polis aldı – Qalmaqal
16 Yanvar 2020 “Medical Plaza” klinikasında həkim rüsvayçılığı nələrə səbəb olub?- ŞOK OLAY
16 Yanvar 2020 Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
16 Yanvar 2020 Qəbələdə tibbi sığorta biabırçılığı
16 Yanvar 2020 Şəmkir polisi Dilqəm Əsgərovun sənədli silahını götürüb, oğluna cinayət işi açır
16 Yanvar 2020 Biləsuvarın “ofisiant” icra başçısı PA-da dayağını itirdi - Səksəkədə
16 Yanvar 2020 5 yaşlı qızını itirən ata fəryad edir: "Qızım həkim səhlənkarlığının qurbanı oldu" - FOTO
16 Yanvar 2020 Bakıda icra başçısı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO
16 Yanvar 2020 Diplomu Olmayan Direktor Müavini-FOTOFAKT
15 Yanvar 2020 Qida agentliyindən Prezidentə şikayət
15 Yanvar 2020 “Qoyun otarıram cənab hakim, məhkəməyə gəlməyə vaxtım yoxdur”- Yasamal Məhkəməsindən ŞİKAYƏT
15 Yanvar 2020 Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video

Dünyapress TV

Xəbər lenti