Bütün bunların hamısı icra başçısınındır? - Ağdaşın şefinin ŞOK SƏRVƏTİ
İcra başçısının zülmündən cana yığılmış Ağdaş rayon sakinləri adından Teref.az-a şikayət məktubu ünvanlanıb. Bir qrup narazı vətəndaşlar yazırlar:

"Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın.Örüş yerləri zəbt olunub qanunsuz olarq əkin işləri aparılıb.Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz. Ağdaş rayon icra hakimiyyəti başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardı; 

- Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, 
- həmin kənddə 10 hekrat meyvə bağı, 

- Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, 

- Şəmsabad kəndində 200 hektar yonca sahəsi, 

- Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, 

- Mürsəl kəndində 200 hektar çəltik sahəsi, 

- Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, 

- Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, 

- rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 

- 80 ədəd böyük yük avtomobilləri, 

- Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, 

- Bakı şəhərində 2 yerdə villa və mənzillər, 

- Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 

- 100 hektar fındıq bağları,

və s. 

Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, rayonda sahibkarlara, fermerlərə qənim kəsilib.Onlara haqq kəsib verməyən sərt şəkildə cəzalandırılır.
Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub.Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır.Örüş yerləri zəbt olunub deyə mal-qaramız örüşsüz qalıb. 
Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır.

Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün".

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

06 Aprel 2020 "Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir..." - GİLEY
06 Aprel 2020 Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun oğlunun məcara dolu dünyası - FOTOLAR
06 Aprel 2020 Cəlilabadda şöbə müdiri qəbristanlıqda kartof əkdirir?
06 Aprel 2020 YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda-FOTO/VİDEOFAKT
06 Aprel 2020 Zakir Fərəcovun bacısı oğlu Sumqayıtda ağaclara divan tutur- Video
05 Aprel 2020 Azərbaycan insanına koronavirus bəlası yetişməzdən xeyli qabaq Azərbaycan ekologiyasına korrupsiya virusu gəlmişdir
05 Aprel 2020 Nazirin nəzərinə: Lerik meşələrində soyqırım davam edir- ŞİKAYƏT
05 Aprel 2020 11 saylı İnternat məktəbində təhlükəli durum – İDDİA
05 Aprel 2020 “Əli Nağıyev əməkdaşlarını Abşeron icra başçısının kabinetinə göndərsin”
05 Aprel 2020 Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
05 Aprel 2020 "Alimpaşa Məmmədov Prezidentin xeyirxah təşəbbüsünə niyə qoşulmur?" – Şəmkir Şampan Zavodunun direktoru Hafiz İbrahimovdan şok ittiham
05 Aprel 2020 Zakir Fərəcovun rəhbəri olduğu şəhərdə ağaclar kütləvi şəkildə kəsildi – VİDEO
04 Aprel 2020 Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?
03 Aprel 2020 "Kim borcunu ödəmirsə işığını kəsib-tökün" - ŞOK SƏS YAZISI
03 Aprel 2020 Yazımıza Oqtaysayağı reaksiya: Xəstəni danladılar -VİDEO
03 Aprel 2020 Bir-birini yumruqlayan qohumlar - Abıyevlərin sərgüzəstləri
03 Aprel 2020 Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
03 Aprel 2020 Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
03 Aprel 2020 Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
03 Aprel 2020 Xanım İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO

Dünyapress TV

Xəbər lenti