Nəsimi Rayon İcra Hakimiyyəti zirzəmiləri qanunsuz olaraq satır? - FOTOLAR
 
 

Nəsimi Rayon Tağızadə küçəsi 7 saylı binanın sakini Elman Musayev mənzilinin altındakı zirzəmi sahəsinin naməlum şəxs tərəfindən zəbt edilməsindən şikayətlənir. 

Anews.az-a müraciət edən şikayətçi deyir ki, onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir və evinin zirzəmisi qanunsuz olaraq Səfərov Ramil Şahin oğlunun mülkiyyətinə verilib. 

"Bir neçə il əvvəl bir nəfər gəldi ki, qonşu olacağıq. Məlum oldu ki, evimin altın bu adama satıblar. Bir müddət eləcə qaldı, daha sonar həmin şəxs orda tikinti işləri aparmağa başladı. Kimə yazdım, hara yazdım bir nəticə olmadı. Əksinə, müraciətlərdən sonra prinsipə düşüb tikdiyi obyekti düz mənzilimin pəncərəsinə kimi qaldırdı. Dedi ki, kimə istəyirsən müraciət elə, heç bir nəticəsi olmayacaq”,- deyə şikayətçi bildirib. 
Onun sözlərinə görə, bundan sonra ölkə prezdienti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etsə də bir cavab ala bilməyib. 

Ancaq Fövqəladə Hallar Nazirliyi və Memarlı, Şəhərsalma Baş İdarəsi şikayətçinin müraciətinə cavab verib. 

Cavablardan bəlli olub ki, nə Fövqəladə Hallar Nazirliyi, nə də Memarlıq, Şəhərsalma Baş İdarəsi tikintinin aparılmasına müsbət rəy verməyib. 

Yəni, tikinti Nəsimi Rayon İcra Hakimiyyətinin razılığı ilə, dövlət qurumlarının rəyi nəzərə alınmadan aparılır. 

Hətta, müvafiq tədbirlərin görülməsi ilə bağlı, Fövqəladə Hallar Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə, Memarlıq və Şəhərsalma Baş İdarəsi isə Nəsimi Rayon İcra Hakiminə məktub göndərib, Ancaq bu da bir nəticə verməyib və tikinti dayandırılmayıb. 
Şikayətçi Elman Musayev istisna etmir ki, evinin altı Nəsimi Rayon İcra Hakimiyyəti və Mənzil İstismar sahəsi tərəfindən qanunsuz olaraq başqa şəxsə satılıb.

Onun sözlərinə görə, hətta prezident Aparatının qəbul şöbəsinə də şikayət üçün gedib, orda da evinin zirzəmisini zəbt edən şəxsi adı ilə tanıyıblar. 

Həmin şəxsin keçmiş polis əməkdaşı olduğunu deyən şikayətçi bildirir ki, evini satmaq istəsə də, heç kim qarşısındakı tikintiyə görə o evi almaq istəmir. 

"Hara getdim, bu adamı adla tanıdılar. Keçmiş polis əməkdaşıdır. Mülkü də oğlunun adına rəsmiləşdirir. Səfərov Ramil onun oğludur. Deyir kiimə istəyirsən çıx, nəticə olmayacaq. Mən də evimi satmaq istədim, amma gələnlər obyekti görüb imtina etdilər. Sabah o obyekt kafe olsa, market olsa hamı yığışacaq qabağına, gülüşən kim, söyüş söyən kim. Orda yaşamaq olmayacaq. Obyekti düz pəncərəmə kimi qaldırıb”, - deyə şikayətçi bildirib. 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq, icra hakimiyyətindən dedilər ki, Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaq. Ancaq nə qədər çalışsaq da, Nəsimi Rayon Icra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik. 

Fövqəladə Hallar Nazirliyindən isə, məsələnin yenidən araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirdilər. 

Fotoları və faktları sizə təqdim edirik: 

b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566218873_16-47-27-1565969727_dbf3c47f-14e4-4c62-8c00-b53d3ddacab3.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219039_16-49-05-1565969678_7dc1a2c5-ecd5-4046-9d17-5856b6caf52d.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219086_16-49-19-1565969699_87aa0da4-e269-4c03-bdfc-0998bcfad8aa.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219070_16-49-16-1565969690_14bc468b-c1e8-40c0-8bff-4af1ba32fcc6.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219085_16-49-13-1565969761_dc184ba4-48c2-4472-9250-cda569e12b9b.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219135_16-49-10-1565969704_87ddf5e5-ba85-4790-be1a-5f8ccfd50504.jpg
b_400_300_16777215_00_http___xalqxeber.az_uploads_posts_2019-08_medium_1566219168_16-49-05-1565969678_7dc1a2c5-ecd5-4046-9d17-5856b6caf52d.jpg

Bölmənin digər xəbərləri

18 Fevral 2020 İcra hakimiyyətinin nümayəndələri şəhidin qardaşının evini uçurtdu – VİDEO
18 Fevral 2020 Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - Şikayət var
18 Fevral 2020 Ağcabədi xəstəxanasında nə BAŞ VERİR - İDDİA
18 Fevral 2020 Tovuzda camaatı incidən kimdir? - GİLEY
18 Fevral 2020 Prezidentin “ağ inqilabı”nın Xətaidə üz qarası -Vətəndaş özünü yandırdı /ŞOK Video
18 Fevral 2020 Bu nazirliyin departament direktoru və əməkdaşları yarımmilyonluq yeyintidə suçlanır – TƏFƏRRÜAT
18 Fevral 2020 Bərdə RTŞ-nın müdiri millətinin qanını içən Kirovun adını belə əbədiləşdirib - FOTOFAKT
17 Fevral 2020 Palataları bazara çevirib... - NARAZILIQ...
17 Fevral 2020 Sumqayıt Dövlət Universitetində “yığım mövsümü” – Müdhiş dosye
17 Fevral 2020 Xətainin yeni başçısı da aydan arı, sudan duru deyilmiş... - İTTİHAM
16 Fevral 2020 BƏRDƏ RAYON BƏLƏDİYYƏ SƏDRİNİN ƏMƏLLƏRİ
15 Fevral 2020 ASTARA TƏHSİL İDARƏSİNİN “BAŞ MƏSLƏHƏTÇİ”SİNİN ÖZBAŞINALIĞI DAVAM EDİR!
15 Fevral 2020 Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür- ŞOK FAKTLAR
14 Fevral 2020 Nazir Cəlilabada bir göz salsın... - İTTİHAM
14 Fevral 2020 Azərbaycanda direktor işdən çıxdı, hər kəs ayağa qalxdı - VİDEO
14 Fevral 2020 GDU rektoru ilə bağlı ilginc iddia... - Belə deyirlər...
13 Fevral 2020 Leysanovlar kabusu: “Meyvəli”dən Mil-Muğan çöllərinədək…
13 Fevral 2020 Şəki səhiyyəsində nə baş verir?
13 Fevral 2020 Ulu Öndərin və prezident İlham Əliyevin portretləri tullantılar arasına atılıb - Kürdəmir Mədəniyyət evindəki mədəniyyətsizlik! - FOTOLAR
12 Fevral 2020 Şəkidə vəziyyət uruscadır... - GİLEY

Dünyapress TV

Xəbər lenti