Gündüz Əliyevdən Nizami Gəncəvi üçün sürgün planı: “İntriqalar kralı” biznes imperiyasını genişləndirir...
Zakir Fərəcovun xeyir-duası ilə Sumqayıtın bütün strateji məntəqələrini ələ keçirən, bu ərazilərin hər birində özünə, yaxud yaxın çevrəsi üçün “obyekt” əldə edən Gündüz Əliyev, ötən ildən etibarən “Nizami” parkına “göz qoyub”...


Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin nəhəng biznes imperiyasına - çoxlu sayda obyektlərə, ictimai iaşə müsəssisələrinə, sex və ticarət mərkəzlərinə malik olduğu ölkə mətbuatının zaman-zaman gündəmə gətirdiyi həqiqətlərdən biridir.

Bu günlərdə özünü Zakir Fərəcovun “sağ əli” adlandıran, icra başçısının ona qeyri-məhdud səlahiyyət verdiyini car çəkən Gündüz Əliyevin biznes fəaliyyəti və biznes planları ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olub.

Gündüz Əliyev xalqın tarixini və ədəbiyyatını biznes marağına necə qurban verir?

Öncə qeyd edək ki, Zakir Fərəcovun xeyir-duası ilə Sumqayıtın bütün strateji məntəqələrini ələ keçirən, bu ərazilərin hər birində özünə, yaxud yaxın çevrəsi üçün “obyekt” əldə edən Gündüz Əliyev, ötən ildən etibarən “Nizami” parkına “göz qoyub”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-08_1566213031_2.jpg

Şəhər mərkəzində yeganə park olan, XII əsrdə yaşayan dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda ikimərtəbəli ticarət mərkəzi inşa etdirən Gündüz Əliyev, bununla sadəcə adi vətəndaşların deyil, Azərbaycan xalqının tarix və ədəbiyyatını da öz maddi marağına qurban verməyə hazır olduğunu göstərdi. Gündüz Əliyev bununla yalnız Nizami Gəncəviyə, onun timsalında xalqımızın klassiklərinə, onun tarix və mədəniyyətinə olan münasibətini ortaya qoymadı. O, həm də şəhər sakinlərini – qocaları, qadınları, uşaqları gəzinti və istirahət mərkəzindən məhrum etdi, habelə, şəhərin görünüşünü, onun estetikasını pozdu.

Nizami Gəncəvi Gündüz Əliyevin yerini niyə dar edib?

Təəssüflər olsun ki, Gündüz Əliyevin Nizami parkında həyata keçirdiyi “yenilik” yalnız bununla bitmiş deyil. Zakir Fərəcov ismindən lazım gələndə qılınc, lazım gələndə isə qalxan kimi istifadə edən Gündüz Əliyev “Nizami” parkında daha bir neçə obyekt inşa etmək niyyətindədir. Məhz bu səbəbdən də “Nizami” parkında ucaldılan dahi şairin heykəlinin köçürülməsi prosesini səbirsizliklə gözləyən icra hakimiyyəti yetkilisi, öz planlarını köçürmə prosesindən sonra reallaşdırmağa hazırlaşır.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-08_1566213083_3.jpg

Hazır alıcılar, aylar öncə satılan ərazilər, metirlənən səkilər...

Maraqlıdır ki, prosesləri qabaqlamağa çalışan Gündüz Əliyev, Nizaminin heykəlinin parkdan götürülməsini gözləmədən bəzi “hazırlıq işləri” də həyata keçirib. Belə ki, rəqibləri qabaqlamaq, yağlı loxmaya çevriləcək park ərazisindən daha böyük hissə qoparmaq üçün qollarını çirmələyən icra hakimiyyəti yetkilisi, indidən parkın bir sıra nöqtələrinə hazır alıcılar tapıb. Başqa cür desək, artıq indidən Nizami parkından hansı sahibkarın neçə metrlik sahə alacağı, kimin hansı hissədə nə inşa edəcəyi bəllidir. “Gündüzsayağı operativliyin” nəticəsi olan bu proses adıçəkilən məmurun öz biznes imperiyasını sürətlə genişləndirməkdə olduğunu göstərir.

Qeyd edək ki, Gündüz Əliyev sahibi olduğu obyektlərin adlarını “maskalayır” və bu yolla Nizami parkındakı obyektlərin ona aid olmadığını göstərməyə çalışır. Zakir Fərəcovun sağ əli özünü sadəcə hazır obyektlərə şərik etdirir. Nizami parkındakı ticarət mərkəzinin tikintisi ilə bağlı vətəndaş narazılığına isə elə gülməli cavab verib ki....

Bütün bunlar haqda növbəti yazımızda...

Bölmənin digər xəbərləri

18 Fevral 2020 İcra hakimiyyətinin nümayəndələri şəhidin qardaşının evini uçurtdu – VİDEO
18 Fevral 2020 Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - Şikayət var
18 Fevral 2020 Ağcabədi xəstəxanasında nə BAŞ VERİR - İDDİA
18 Fevral 2020 Tovuzda camaatı incidən kimdir? - GİLEY
18 Fevral 2020 Prezidentin “ağ inqilabı”nın Xətaidə üz qarası -Vətəndaş özünü yandırdı /ŞOK Video
18 Fevral 2020 Bu nazirliyin departament direktoru və əməkdaşları yarımmilyonluq yeyintidə suçlanır – TƏFƏRRÜAT
18 Fevral 2020 Bərdə RTŞ-nın müdiri millətinin qanını içən Kirovun adını belə əbədiləşdirib - FOTOFAKT
17 Fevral 2020 Palataları bazara çevirib... - NARAZILIQ...
17 Fevral 2020 Sumqayıt Dövlət Universitetində “yığım mövsümü” – Müdhiş dosye
17 Fevral 2020 Xətainin yeni başçısı da aydan arı, sudan duru deyilmiş... - İTTİHAM
16 Fevral 2020 BƏRDƏ RAYON BƏLƏDİYYƏ SƏDRİNİN ƏMƏLLƏRİ
15 Fevral 2020 ASTARA TƏHSİL İDARƏSİNİN “BAŞ MƏSLƏHƏTÇİ”SİNİN ÖZBAŞINALIĞI DAVAM EDİR!
15 Fevral 2020 Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür- ŞOK FAKTLAR
14 Fevral 2020 Nazir Cəlilabada bir göz salsın... - İTTİHAM
14 Fevral 2020 Azərbaycanda direktor işdən çıxdı, hər kəs ayağa qalxdı - VİDEO
14 Fevral 2020 GDU rektoru ilə bağlı ilginc iddia... - Belə deyirlər...
13 Fevral 2020 Leysanovlar kabusu: “Meyvəli”dən Mil-Muğan çöllərinədək…
13 Fevral 2020 Şəki səhiyyəsində nə baş verir?
13 Fevral 2020 Ulu Öndərin və prezident İlham Əliyevin portretləri tullantılar arasına atılıb - Kürdəmir Mədəniyyət evindəki mədəniyyətsizlik! - FOTOLAR
12 Fevral 2020 Şəkidə vəziyyət uruscadır... - GİLEY

Dünyapress TV

Xəbər lenti