Şahin Məmmədov korrupsionerə necə vəzifə verib? – İDDİA
Cinayətkarın cəzasız qalması, günahsızın cəzalandırılması bütün cəmiyyətlərdə ən böyük ədalətsizlik sayılaraq dövlətin, dövlətçiliyin təməlini sarsıdan, xalqla hakimiyyət arasındakı körpünü laxladan əsas səbəblərdən biri hesab olunur. Təəssüf ki, çağdaş Azərbaycan cəmiyyətində də buna dair çoxlu misallar çəkmək olar. Acınaqcaqlı burasıdır ki, korrupsiya cinayətləri ilə bağlı problemlər çox vaxt məsələ KİV müstəvisində ictimailəşdiriləndən sonra rəsmi qurumlar hərəkətə keçirlər. Nəticə də bu olur ki, cinayətkarı uzaqbaşı cinayəti törətdiyi vəzifəsindən kənarlaşdırmaqla kifayətlənirlər. Bununla da ictimai narazılığı səngidirlər. Amma ara sakitləşəndən sonra həmin şəxsə başqa bir mühüm vəzifəni etibar edirlər. Məlum olur ki, onun dosyesində birinci vəzifəsindən azad olunmasının səbəbi kimi nəinki cinayətə qol qoyması, hətta səhlənkarlığa belə yol verməsi də göstərilməyib. Sən demə, adam öz ərizəsi ilə könüllü olaraq işdən azad edilibmiş.

Məsələn, məlumdur ki, 2016-cı ilin avqust ayında Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Mehdi Əhmədov barəsində cinayət işinin açılmasına səbəb isə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı Ağcabədi məktəblərində ciddi maliyyə hüquqpozmalarının üzə çıxması – 897,0 min manat vəsaitin mənimsənilməsi faktı ilə bağlı idi.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Agcabədi rayon məktəblərində apardığı yoxlamalar barədə 13 iyul 2016-cı il tarixli DX-03103-05-1131 nömrəli məktubu ilə redaksiyamızın sorğusuna rəsmi cavab da vermişdi:

«Sizin adınızdan Agcabədi rayon məktəblərində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Müfəttişliyi tərəfindən yoxlamaların obyektiv aparılmaması, həmin yoxlamaların dayandırılaraq başqa orqanlar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi barədə Respublika Baş Prokurorluğuna daxil olmuş və Baş Prokurorluq tərəfindən araşdırılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır… Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsini yerli xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənilməsi üzərində nəzarəti təmin etmək məəqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən təsdiq edilmiş «İş planı»na uyğun olaraq Xidmətin 10 saylı Regional Maliyyə Müfəttişliyi Agcabədi Rayon Təhsil Şöbəsinin fəaliyyətini yoxlamış və nəticədə ciddi nöqsanlara yol verildiyi aşkar edilmişdir… Aşkar edilmiş nöqsanların ciddiliyini nəzərə alaraq, nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamanın nəticəsi üzrə tərtib edilmiş sənədlər Respublika Baş Prokurorluğuna göndərilmişdir».

Həmin vaxt Mehdi Əhmədov işdən kənarlaşdırıldı, amma necə kənarlaşdırıldığı olduqca təəccüb doğurdu. Hələ də həmin məsələlərlə bağlı qaranlıq məqamlara aydınlıq gəlməyib. Korrupsiya cinayətinə görə Anti-korrupsiya idarəsində dindirilən və ardından işdən çıxarılan Mehdi Əhmədov nədənsə qol qoyduğu korrupsiya cinayətinə görə yox, məhz öz ərizəsi əsasında vəzifəsindən azad edilmiş kimi təqdim olundu. Bu da çox maraqlı idi.

Əslində Mehdi Əhmədovun işdən çıxarılmasına səbəb kimi onun korrupsioner fəaliyyəti göstərilməli olduğu halda, nədənsə bu, ört-bastır edildi. Daha qəribə burasıdır ki, Antikorrupsiya idarəsində 897,0 min manat maliyyə pozuntusuna rəvac verdiyinə görə vaxtilə “məhşər ayağına” çəkilən Mehdi Əhmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun əmri ilə Ağcabədi rayon Ağabəyli kənd inzibati ərazi üzrə icra nümayəndəsi təyin edilib. Söz yox ki, elə Mehdi Əhmədovu o vaxt da “qanadı altına alan” və ona hamillik edən də məhz Şahin Məmmədov idi.

Təəccüblüdür ki, korrupsioner bir şəxsin necə cəzasız qalmağı bir yana dursun, dövlət vəsaitini tarı-mar etdiyi unudularaq ona necə yenidən dövlət qulluqçusu vəzifəsi etibar olunub? Hələ o vaxt Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi redaksiyamıza cavab verərək bildirirdi ki, Ağcabədi rayon, təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Mehdi Əhmədov barəsində İdarədə istintaq edilən 162026172 №-li cinayət işinin istintaqı zamanı redaksiyanın müraciətində göstərilən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul olunması təmin ediləcəkdir.

Amma belə görünür, cənab Şahin Məmmədovun Antikorrupsiya İdarəsinin yekun qərarlarını gözləməyə hövsələsi çatmayıb.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

Bölmənin digər xəbərləri

23 Sentyabr 2019 "UCAR RAYON İCRA HAKİMİYYƏTİNDƏ AQRESSİV SÖZLƏRLƏ QARŞILANIRAM..." - ŞƏHİD ATASI KÖMƏK ÜÇÜN MÜRACİƏT ETDİ...
23 Sentyabr 2019 Qaradağ rayonunun qara günləri - “Belə yaşamaq olar?…” ŞİKAYƏT
22 Sentyabr 2019 İcra başçısı və müavinləri - Biləsuvarda insanları saya salmazsa...
22 Sentyabr 2019 Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib
22 Sentyabr 2019 İcra başçısı vətəndaşı intihara məcbur etdi
21 Sentyabr 2019 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
21 Sentyabr 2019 Ana ölümündə günahlandırılan həkimlə bağlı cinayət işinə xitam verilib
21 Sentyabr 2019 Prezidentin tapşırığına Şəkidə 4 il 4 aydır ki, əməl olunmur
21 Sentyabr 2019 Tural Yusifov: DYP "Çermet" körpüsünün altında özləri üçün "mini London" yaradıb - VİDEO
21 Sentyabr 2019 Mahir Quliyev başçı olanda problem boğaza çıxar... - GİLEY
21 Sentyabr 2019 Şirəliyevin batan şirəli səhiyyəsi: Şəki səhiyyəsinin gizlinləri yavaş-yavaş üzə çıxır
21 Sentyabr 2019 Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO
21 Sentyabr 2019 İnam Kərimovun yeni aqro-innovativ kəşfi – Kombaynlar hava ilə işləyəcəkmiş
20 Sentyabr 2019 "RÜŞVƏTXOR MƏMURLAR DÜZ 4 İLDİR Kİ, MƏNİ YOLLARDA QOYUBLAR” - GİLEY
20 Sentyabr 2019 “CƏNAB PREZİDENT, QOBUSTAN RAYONUNDA EV OĞRULARI SƏRBƏST İŞ BAŞINDA, AMMA POLİSLƏR…” VƏTƏNDAŞ POLİSLƏRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ
20 Sentyabr 2019 Təhsil Nazirliyində böyük saxtakarlıq... - NAZİRƏ ÜNVANLANAN SUALLAR
20 Sentyabr 2019 Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? – ARAŞDIRMA
20 Sentyabr 2019 BEYLƏQANDA ANAR VƏLİYEVİN “XANIM JURNALİSTLƏRƏ” “CƏNNƏT BAĞI” NDA VERDİYİ ZİYAFƏTİN “CƏHƏNNƏM” ƏZABI …
20 Sentyabr 2019 “Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay: Balababa Rzayev Azərbaycandan xaricə milyonlar çıxarır (FOTOFAKT)
20 Sentyabr 2019 İsmətli kənd sakinlərinin bəlalı günləri və ya Biləsuvarda nə baş verir?

Dünyapress TV

Xəbər lenti