Ölüm faktını gizlədən rayon prokurorluğunun məqsədi nədir?


Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölüm işi ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət edilib. 

2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək öldürülən Emin Hüseynovun ölüm faktının araşdırılması ilə bağlı Səbail rayon Prokurorluğunun hərəkətsizliyindən məhkəmə orqanına şikayət verilib. Qeyd edək ki, Emin Hüseynov kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Bunu mərhumun şübhəli ölüm faktının araşdırılması və qanın analizləri nəticəsində aşkara çıxarılan dəlillər sübut edir. Artıq Türkiyə tərəfi baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində cəlb edib.

Ölüm faktını gizlədən rayon prokurorluğunun məqsədi nədir?


Sözügedən sui-qəsdin törədilməsində dolayısı yolla Azərbaycan vətəndaşları arasında iştirak etmiş şəxslər də vardır və onlar öz hərəkətləri, verdikləri ifadələrlə bütün şübhələri özlərinə çəkirlər. Buna baxmayaraq, bu şəxslərin istintaqa cəlb edilməsi üçün heç bir tədbir görülmür. Söhbət Emin Hüseynovun həyat yoldaşı Elfira Mövsümlü və “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyevadan gedir. Adları çəkilən hər iki şəxs baş vermiş cinayəti bildikləri halda hansısa səbəbdən gizlədib və bu şəxslərin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan onların məsuliyyətə cəlb olunması vacibdir. Səbail rayon Prokurorluğu mərhum Emin Hüseynova qarşı törədilmiş cinayət əməlinin araşdırlmamaqla qanunsuzluğa qərəzliliyə yol verib. Səbail rayon Prokurorluğu bu şikayət üzrə ən azından bəzi hərəkətləri etməli idi. Belə ki, mərhumun atası Bəybala Hüseynovun izahatını almalıydı, şikayətdə adları keçən mərhumun həyat yoldaşı Elfira Mövsümlü və turzim şirkətinin rəhbəri Yeganə Nağıyevanın izahatının alınmasını təmin etməli idi. Bundan əlavə şikayət ərizəsinə, əlavə etdiyimiz səs yazılarına baxışın keçirilməsi zərurəti vardı. Çünki bu səs yazılarında cinayət hadisəsinin üzərinə işıq tutacaq xeyli məqamlar əksini tapıb. Hesab edirik ki, Səbail rayon Prokurorluğu hərəkətsizlik etməklə, sübutlar toplamamaqla qəsdən işin istintaqını uzadır, səmərəli nəticənin əldə edilməsinə maneə törədir və barələrində şikayət edilən şəxslərin məsuliyyətdən yayınmasına şərait yaradır. Bununla da Səbail rayon Prokurorluğu CPM-in 38, 48 və 138-ci maddələrini pozub. 

Elçin Məmməd
 
 
 

Bölmənin digər xəbərləri

20 Avqust 2019 Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb
20 Avqust 2019 Bütün bunların hamısı icra başçısınındır? - Ağdaşın şefinin ŞOK SƏRVƏTİ
20 Avqust 2019 Bakı Metropoliteni sədrinin milyonçu oğlu – Zaur Hüseynovun Londondakı sərvəti (ARAŞDIRMA)
20 Avqust 2019 Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədrinində xaricdə şirkəti var - SƏNƏDLƏR
20 Avqust 2019 Hadı Rəcəblinin istirahət mərkəzində biabırçılıq – Video
20 Avqust 2019 Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb.
20 Avqust 2019 Oğlu həbs olunan deputatın Türkiyədə də biznesi aşkar olundu...FOTO
20 Avqust 2019 Sədərəkdə vergidən yayınma, müqaviləsiz obyektləri icarəyə verilmə və vətəndaşları dövlətdən narazı salma halları -VİDEO
20 Avqust 2019 İCRA BAŞÇISININ ZÜLÜMÜNDƏN CANA YIĞILMIŞ​ AĞDAŞ RAYON SAKİNLƏRİ TƏRƏFİNDƏN - PREZİDENTƏ MÜRACİƏT​
19 Avqust 2019 AĞDAMDA HAKİM PARTİYANIN MƏRKƏZİ QƏRARGAHININ QARŞISINDA RƏZALƏT - İCRA BAŞÇISI BUNUDA ETDİ(FOTO)
19 Avqust 2019 CƏLİLABADDA UŞAQ OLMAYAN MƏKTƏBLƏRDƏ ƏLAVƏ SİNİFLƏR AÇILIR
19 Avqust 2019 AZƏRBAYCAN TORPAQLARINI ƏRƏBLƏRƏ OV ETMƏK ÜÇÜN ƏRMAĞAN EDƏN XALIQVERDİ HÜSEYNOV KİMDİR?
19 Avqust 2019 NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ ZİRZƏMİLƏRİ QANUNSUZ OLARAQ SATIR? - FOTOLAR
19 Avqust 2019 Gündüz Əliyevdən Nizami Gəncəvi üçün sürgün planı: “İntriqalar kralı” biznes imperiyasını genişləndirir...
19 Avqust 2019 YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur - VİDEO
19 Avqust 2019 Goranboyda köçkünlərin suyunu kəsən “əjdaha” kimə güvənir?-KƏLBƏCƏRLİLƏR ETİRAZA QALXIR
19 Avqust 2019 Ucarda "DOST"un adndan saxtalaşdırma... - İTTİHAM
19 Avqust 2019 Deputatın oğlu və 5 qohumu "Bandotdel"ə aparıldı - NAZİRLİK İŞÇİLƏRİ İLƏ DAVA
19 Avqust 2019 “Azəravtoyol” Sulutəpədə gildən yol çəkir? – VİDEO
19 Avqust 2019 Beyləqanda yol polisi maşını atla toqquşub- QƏZA haqda məlumat niyə gizlədilir

Dünyapress TV

Xəbər lenti