Ağstafa İcra başçısı yalan məlumat yaydırıb - Fotolar
Ağstafa Rayon İcra Hakimiyyəti rayondakı Bayraq Meydanında aparılan abadlıq-quruculuq işləri ilə bağlı məlumat yayaraq görüntülər paylaşıb. Amma yayılan rəsmi məlumatla yeni çəkilmiş fotolar ziddiyyət təşkil edir.

Mediaxeberleri.az-ın məlumatına görə, bu ilin 29 iyul tarixində Ağstafa RİH-in yaydığı məlumatda bildirilir ki, 2012-ci ildə inşa olunan Bayraq Meydanına mərmər plitələr və tamet üzlüklər döşənib, meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Burada müxtəlif növ gül və bəzək kollarının əkildiyi, müasir işıqlandırma sistemi quraşdırıldığı bildirilir.

RİH-in yaydığı görüntülərdən aydın olur ki, meydanın ətrafında mərmər plitələr və tamet üzlüklər döşənsə də, abadlıq-quruculuq işləri kor-təbii şəkildə aparılıb. 

Belə ki, Bayraq Meydanı ətrafında mərmər plitələr və tamet üzlüklər şəkillərdən göründüyü kimi, qoparaq dağılıb. Üzlüklərin üzərini isə ot basıb. Yəni, Ağstafa RİH-in 2012-ci ildə salınan Bayraq Meydanı ətrafında dövlət büdcəsi hesabına apardığı “abadlıq-quruculuq işləri” heç bir standarta uyğun deyil. 

Ötən illərin görüntüləri ilə müqayisədə burada yaşıllıq da salınmayıb, əksinə, meydanın ətrafında salınan çəmənliklər quruyub.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının “Ağtafa” yazılması da müzakirələrə səbəb olub. Bildirilir ki, bu yazılışa da rayonun icra başçısı Nizaməddin Quliyev qərar verib.

Təəssüf ki, Reyting.az-ın əməkdaşının Ağstafa RİH-in başçısı və digər aidiyyəti şəxslərlə əlaqə saxlamaq cəhdləri alınmaıb. 

Onların da məsələyə münasibətinə yer ayırmağa hazırıq.
Teref.az
1565414567_2.jpg
1565414583_3.jpg

Bölmənin digər xəbərləri

07 Dekabr 2019 "Oksigen"də əməliyyat olundu, sonu faciə ilə bitdi - İTTİHAM
07 Dekabr 2019 Füzuli rayonunun məktəbəqədər müəsissələrində saxta diplomlular - Növbə onlara da çatacaq
06 Dekabr 2019 Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA
06 Dekabr 2019 Bərdədə bu təhsil ocağında bazar açıblar
06 Dekabr 2019 Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM
06 Dekabr 2019 Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA
06 Dekabr 2019 Land Cruiser sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - VİDEO
06 Dekabr 2019 “Həkim 200 manat artıq qazanmaqdan ötrü qızımı öldürdü”
05 Dekabr 2019 İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA
05 Dekabr 2019 Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...
05 Dekabr 2019 Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT
05 Dekabr 2019 Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…
05 Dekabr 2019 Abşeronda torpaqları kim satır? - Gerçək bir xaosun izi ilə - araşdırma
04 Dekabr 2019 Cavid Qurbanovun bu dələduzluqdan xəbəri varmı?-"...yoxsul, ac vəziyyətdəyik"
04 Dekabr 2019 SİYAHIYAALMA QALMAQALI: ŞƏMKİRDƏ MƏMUR ONLARLA SAYICININ MAAŞ KARTLARINI ƏLİNDƏN ALDI - “VAZEH MEHDİYEV ÜSTÜMƏ ADAM GÖNDƏRDİ, HƏDƏ-QORXU GƏLDİ...”
04 Dekabr 2019 Başçının keçmiş müavini indi də qəsəbə sakinlərini bezdirib... - GİLEY
04 Dekabr 2019 GDU-da rektorun rüşvət piramidası
04 Dekabr 2019 Kollec direktorundan dəbdəbəli toy: onu Qüdrət Şükürov taleyi gözləyir...
04 Dekabr 2019 "Qardaşım polislərin verdiyi işgəncədən dünyasını dəyişdi..." - Müəmmalı ölümlə bağlı sensasion iddia (FOTOLAR)
04 Dekabr 2019 Şair Alxasovdan prezidentə şikayət olundu - Müraciət...

Dünyapress TV

Xəbər lenti