Deputat hakimiyyətin SİRRİNİ AÇDI -
Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında bəzi deputatların yatması müzakirələrə səbəb olub. Bu hadisənin ölkə başçısının parlamentdə çıxışı zamanı baş verməsi müzakirələri daha da alovlandırıb.

Yenisabah.az xəbər verir ki, dövlət televiziyasının kameralarına mürgülü vəziyyətdə yaxalanan parlamentarilər bu davranışlarını müxtəlif səbəblərlə əlaqələndiriblər. Parlamentin ilk iclasında yatdığı yerdə görüntülənən qocaman deputat Səttar Möhbalıyevin reaksiyası onun personası ətrafında ciddi ajiotaj yaradıb.

Qeyd edək ki, 69 yaşlı Möhbalıyev dövlət başçısının çıxışı zamanı yuxulamasını səhhəti ilə əlaqələndirib. O, jurnalistlərə açıqlamasında səhhətində ciddi problemlərin olduğunu bildirib. Deputat deyib ki, neçə vaxtdır kəskin ürək ağrılarından əziyyət çəkir: “Yaxın günlərdə icazə alıb müalicə olunmaq üçün 20 günlüyünə Almaniyaya gedəcəm”. vakansiyalar

Naxçıvandan deputat seçilən Səttar Möhbalıyevin bu sözləri onu hədəfə gətirib. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti Möhbalıyevdən bu suala cavab verməyi tələb edir: Səhhətində ciddi problem olan adam imza vərəqləri götürərkən DSK-ya sağlam olduğuna dair arayışı necə verib? Xəstə şəxs necə ağır təbliğat kampaniyası aparıb?

Müstəqil müşahidəçilər hesab edirlər ki, Möhbalıyev bu açıqlaması ilə yüksək rütbəli məmurların, digər vəzifəli şəxslərin, deputatların sirrini açmış olub. Deputat açıq şəkildə etiraf edib ki, vəzifəli və imkanlı şəxslər Azərbaycan səhiyyəsinə etibar etmirlər.

Sosial şəbəkələrdə Səttar Möhbalıyevə “Azərbaycanın ən yaxşı ürək həkimi ilə parlamentdə yanaşı oturursunuz. Səhhətinizi niyə Rəşad Mahmudova etibar etmirsiniz?” məzmunlu suallar ünvanlayanlar da olub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 69 yaşlı deputatın məlum davranışı təkcə sosial şəbəkə iştirakçılarını deyil, həm də hakimiyyət komandasında söz sahibi olan insanları qıcıqlandırıb. Onlar deputata səhhətindəki problemləri gizlətdiyinə görə ciddi irad bildiriblər.

Son vaxtlar hakimiyyətin “gözündən düşən” və buna görə də Həmkarlar Konfederasiyasındakı vəzifəsini itirən deputatın məlum davranışlarından sonra daha ciddi problemlərlə üzləşəcəyi bildirilib. Onun yaxın zamanlarda “səhhətində yaranmış problemlərlə əlaqədar” ərizə yazaraq, deputat mandatından imtina edəcəyi istisna olunmur.
 
 
 

Bölmənin digər xəbərləri

27 Sentyabr 2024 Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır - VİDEO
27 Sentyabr 2024 Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
27 Sentyabr 2024 Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?
27 Sentyabr 2024 Abdin Fərzəliyev Xırdalanda piyadalar üçün səki saxlamadı-Fotofaktlar
27 Sentyabr 2024 Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
26 Sentyabr 2024 min Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO
26 Sentyabr 2024 Qarabağ qazisi: Elmar Vəliyevin oğlu mənim torpaq sahəmi zəbt edib……
26 Sentyabr 2024 Əmrullayevin nazirliyindən ŞOK ÖZBAŞINALIQ: Rusiya şirkəti ilə... - Dövlətin qanunları OYUNCAQDIRMI?
25 Sentyabr 2024 Yoldaş Əhmədovun öz işçisindən XƏBƏRİ VARMI? - RƏSMƏN QOÇULUQ EDİR...
25 Sentyabr 2024 "Məmur müəllimləri TƏHQİR ETMƏKLƏ xalqa XİDMƏT EDİR?"- AĞCABƏDİDƏ MÜƏLLİMLƏR ETİRAZ EDİR
25 Sentyabr 2024 Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları İDDİA
25 Sentyabr 2024 Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır – İsayevlə yeganə müavini panikada…
25 Sentyabr 2024 Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA
25 Sentyabr 2024 Vergi sistemindən qovulan Babaşov indi də Qazaxda GƏRGİNLİK YARADIR - İTTİHAM VAR...
25 Sentyabr 2024 "Büdcə kəsiri" Naxçıvanda bir kəndi məktəbsiz qoyub
24 Sentyabr 2024 Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ...
24 Sentyabr 2024 Qarabağın bərpasına bir qəpik qıymayan Adil Vəliyev... - Dubaya milyonlar axıdır...
24 Sentyabr 2024 Ucarda nə baş verir -Vəzifəli şəxslər rüşvətlə…..
24 Sentyabr 2024 Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - Araşdırma yazı
24 Sentyabr 2024 Göygöldə musiqi məktəbində qalmaqal – Direktor hamilə müəlliməni yerə yıxdı, vəziyyəti pisləşdi – Video

Dünyapress TV

Xəbər lenti