b_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2021_02_amtutan.jpg

Fb səhifələrindən biri yazır

Fotodakı bu «xanım» Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovadır. O, bu vəzifəyə cəmi 2 ay əvvəl təyin edilib. Amma…

☑

N.Qaralovanın videosu yayılıb. Etik olmadığına görə paylaşmadıq. O, videoda müəllimləri təhqir edir, aşağılayır. Sonda isə tələbəni onlayn imtahandan qovur və deyir: «Bizə şam tutan lazım deyil».Təsəvvür edin, bu xəstə təfəkkürlü direktor tələbəyə (qız tələbəyə) «şam tutan» deyir. Müəllimləri də alçaldır. #ÇayxanaTV olaraq, N.Qaralovanın kimliyini araşdırdıq. Axı bir qadın özündən dəfələrlə balaca tələbə qıza nə üçün «şam tutan» desin, yaxud müəllimləri niyə təhqir etsin. Bilənlər bilir ki, adətən belə ifadələri yeyib-içən, kişilərlə qol-boyun olan qadınlar açıq şəkildə işlədirlər. Əxlaqı, şərəfi olan qadın belə bir ifadəni niyə işlətsin ki?

☑

Araşdırmamız nəticəsində bəlli oldu ki, 39 yaşlı N.Qaralova açıq-saçıq davranışları, söyüşləri ilə ad çıxarmış adamdır. Tez-tez içki məclislərində də iştirak etdiyi bildirilir. İşləmədiyi televiziya, gəzmədiyi təşkilat qalmayıb, 2015-ci ildə də sənətşünaslıq üzrə «alimlik» dərəcəsi alıb. Və 2020-ci il dekabrında kollecə direktor təyin olunub.

☑

Hesab edirik ki, kimliyi bilinməyən, bütün müəssisələri budaq-budaq gəzərək sonda direktor olan belələrini vəzifəyə təyin etmək milləti təhqir etməkdir. 18-20 yaşlı tələbə qıza «şam tutan» deyən direktorun bu vəzifədə qalmağa haqqı yoxdur, onun elədiyi əxlaqsızlığın ən pik həddidir və Azərbyacan qadını adına ləkədir.

☑

Azərbaycan Respublikası Təhsil Nazirliyi! Bu rəzaləti aradan qaldır, tələbəni, müəllimləri təhqir edən, kobud davranışları ilə ada çıxaran Nərminə Qaralaova adlı məxluqu təhsil sistemindən rədd eləyin!

Dünyapress TV

Xəbər lenti