"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
Son günlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi haqqında narazılıqlar durmadan artır. Son günlər artan narazılığın bir qismi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlıdır. Abunəçilərin səsləndirdiyi iddialara qurumun baş direktoru Ruslan Əliyev bu gün cavab verib. Əslində cavab verməyib. Özünü və rəhbərlik etdirdiyi qurumu ifşa edib. Necə deyərlər “qaş düzəltdiyi yerdə vurub gözü də çıxardıb”.

Gəlin hörmətli Ruslan müəllimin şərhini diqqətlə izləyək. O deyir: “Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 % aşağı düşdü”. Deməli, ölkə üzrə tələbat ən azı 30-40 faiz aşağı düşüb. Bu da əsaslı şəkildə qaz sərfiyyatını azaldıb. Amma Baş direktor nədənsə istehlakın aşağı düşməsi hesabına nə qədər mavi yanacağa qənaət edildiyini demir. Məntiqlə istifadə edilməyən qaz anbarda qalmalıdır. Bəs, niyə qalmayıb?

Baş direktor davam edir: “Ötən il biz əvvəlki ilə nisbətən əhali xətlərində 490 milyon kubmetr çox qaz qəbul etmişik. Bu da o deməkdir ki, bu qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır.” Kökündən yanlış izahdır.

Birincisi, əhalinin istehlak etdiyi qazın həcminin artmasını pandemiyaya bağlamaq sadəcə bəhanədir.İstehlakın artması ən yaxşı halda havaların soyuq keçməsi ilə izah oluna bilər.

İkincisi, Bir il ərzində əhali tərəfindən istehlak edilən mavi yanacağın həcminin yarım milyard kubmetr “artması” sadəcə təəccüb doğurur. Belə çıxır ki, pandemiya dövründə insanlar özlərini karonavirusdan mavi yanacaqla qoruyublar. Ay maşallah!… Bir bunu eşitməmişdik. Gərək Ümumdünya Səhiyyə Təşkilatına yazaq, gəlib “Az

Dünyapress TV

Xəbər lenti