İlham Əliyevdən xalqa ÇAĞIRIŞ
Prezident İlham Əliyev “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı öz feysbuk səhifəsindən xalqa çağırış edib.

EDNews-un məlumatına görə müraciətdə deyilir:

"Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir". İMZA

Dünyapress TV

Xəbər lenti