Rəcəb Babaşovun əndrabadi antivirus "savaşı" - Qazaxın icra başçısı virusu necə “yayır”? – Fotolar…
Ölkədə xüsusi rejimli karantin elan olunub. Bakıya giriş-çıxış bağlanıb, məktəblər, ticarət mərkəzləri, kafe-restoranlar dayanıb, 61 nəfər koronavirusa yoluxub, 1000-ə yaxın şəxs karantindədir.

Lakin Qazax rayon icra başçısı Rəcəb Babaşov və nümayəndələri adi gigiyenik, karantin qaydalarına əməl edə bilmirlər. Reportyor.info-nun xəbərinə görə, icra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, mövcud vəziyyətlə maraqlanıb.

Yoluxucu xəstəliklər korpusunda, eləcə də digər şöbələrdə yaradılan şəraitlə yaxından tanış olan icra başçısı xəstəxanada müalicə olunan xəstələrə də baş çəkib.

Amma icra başçısı və İH nümayəndələrinin, həkimlərin yayılan fotolarından görünür ki, nə tibbi maska taxıblar, nə əlcək geyiniblər, nə ayağa baxil keçiriblər.

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür etsə də, elementar tələb olunan qaydalara riayət etməyiblər.

Halbuki, birinci növbədə icra başçısı R.Babaşov və tibb işçiləri buna əməl etməliydilər. Ancaq onlar faktiki olaraq, virusun yayılmaması, korona epidemiyasının genişlənməməsi üçün heç tibbi maska belə taxmayıblar.

R.Babaşov cəmiyyətə nümunə olmalı, insanlara virusdan qorunmaq üçün hansı addımlar atılmalı olduğunu göstərməliydi. Amma Qazaxın icra başçısı xəstəxanaya elə formada gedib ki, sanki ev şəraitindədir…
1585036073_2.jpg
1585036024_3.jpg
1585036045_1.jpg

Dünyapress TV

Xəbər lenti